Yaşlı insanlara qarşı zorakılıq
Yaşlı insanlara qarşı zorakılıq— ən böyük problemlərdən biridir. Xarici tədqiqatlara əsasən təsdiq etmək olar ki, ahıl yaşlı insanlar zorakılığın müxtəlif növlərinə məruz qalırlar, onların arasında: pis qulluqla bağlı hadisələr, fiziki, psixoloji zorakılıq, xroniki şifahi aqressiya. Amerika alimləri tərəfindən sosioloji sorğuda əldə edilmiş məlumatlar deməyə imkan verir ki, bütovlükdə ABŞ üzrə yalnız bir il ərzində 701000-dən 1 093 560-a qədər yaşlı insan pis rəftarın qurbanı oldular. İngiltərədə və ABŞ-da yaşlı insanlarla pis rəftarın tipologiyasının faiz nisbəti növbəti cədvəldə təqdim edilmişdir.
Tip
|
ABŞ
|
İngiltərə
|
Bütün tiplər birlikdə
|
3.2
|
|
Fiziki
|
2,0
|
2,0
|
Şifahi
|
1.1
|
5.0
|
Pis qulluq
|
0.4
|
|
Maliyyə
|
|
0.2
|
|
|
|
Elmi ədəbiyyatda yaşlı insanlara qarşı zorakılıq probleminə üç yanaşma göstərmək olar: situativ model, sosial dəyişikliklərin nəzəriyyəsi, simvolik interaksionizm modeli.
Situasion nəzəriyyə aqressiya səbəbləri kimi situativ və struktur amilləri ayırır. Onların arasında ən əhəmiyyətliləri yaşlı insanın şəxsiyyətinin deformasiyasıyla və qəyyumun şəxsiyyətilə bağlı olanlardır.
Ailə inkişafı nəzəriyyəsi bu yanaşma çərçivəsində ahıl insanlara qarşı zorakılığı davranışın elə modelinin yenidən təzahürü kimi nəzərdən keçirilir ki, onlar erkən uşaqlıqda ailədə tərbiyəsi prosesində formalaşmışdır.
Şəxsi xüsusiyyətlər konsepsiyasına əsasən zorakılıq şəxsiyyətin patopsixoloji meyillilikləri ilə sıx, qarşılıqlı əlaqəlidir.
Sosial dəyişikliklər nəzəriyyəsinə görə sosial qarşılıqlı təsir prosesi həvəsləndirmə və cəzalandırmanın ardıcıl biri-birini əvəzləməsindən ibarətdir.Yaşlı insanların daha çox yardıma ehtiyacı olduğundan onlar daha az qarşılıqlı təsir modelləri alternativinə malikdirlər. Bu da himayədarları aqressiya nümayiş etdirməyə təhrik edir. Ahıl insanın fəallığı azaldıqca asılılığı artır. Simvolik interaksionizm modelinin konsepsiyaları kommunikativ yanaşmalara əsaslanır. İnformasiya mübadiləsi mənaların, anlayışların, rolların vahid "kodlaşdırma şablonunun" qurulmasını ehtimal edir. Bu yanaşmaya əsasən, zorakılığın səbəbi insanın indiki zamanda və keçmişdə olan obrazlarının üst-üstə düşməməsidir.
Alkoqol və ahıl insanlar
Alkoqola meyil onunla şərtlənir ki, ahıl insanlar işlə, yaxınlara qayğı ilə bağlı, ətrafındakıların fikirləri barədə bir çox məhdudiyyətlərdən azad edilmişlər. Digər tərəfdən, yaşlı insanlarda real psixoloji ustanovkalar və psixosomatik reaksiyalardan irəli gələn müəyyən mifologiya mövcuddur. Onların arasında: "alkoqol həzmi yaxşılaşdırır", "alkoqol yatmağa kömək edir", "alkoqol qızınmağa kömək edir", "alkoqol tənhalıq hissinin öhdəsindən gəlməyə kömək edir" və s. var. Bu da başqa amillərlə yanaşı alkoqoldan çox istifadəyə gətirib çıxara bilər.
Bundan əlavə əks reaksiyalar da müşahidə olunur. Alkoqol yaşlı insanlarda hipotermiya (həddindən artıq soyumaya) yaradır, yaddaşı zəiflədir, depressant rolunda çıxış edir, həzm yolunun və sidik kisəsinin işinə mənfi təsir edə bilir. Dərman preparatlarının alkoqolla birgə istifadəsi yaşlı insanlar üçün ayrıca bir təhlükəlidir. Bütün bu problemlər sosial işçilərin diqqəti sahəsindədir.
Tənhalıq və qocalığın psixopatologiyası
Tənhalıq ahıllar üçün sosial və psixoloji problem kimi çıxış edir. Bir tərəfdən təqaüdə çıxışla, övladların müstəqillik əldə etməsi ilə, sonra isə dostların və yaxın qohumların həyatdan təbii gedişi ilə bağlı əlaqələrin azalması müşahidə olunur.
Digər tərəfdən, yaşlı insana üç altböhranın öhdəsindən gəlmək lazımdır. Pekk hesab edirdi ki, onlar onun əsas tərkib hissəsi "peşəkar- Mən"inin olmaması və bədənin qocalmasının və sağlamlığın pisləşməsi, daim özü barədə narahtlığın öhdəsindən gəlməsinin və öz həyatının final mərhələsi kimi ölümün dərk edilməməsi ilə "Mən - konsepsiya"-sının həddən artıq qiymətləndirilmə ilə bağlıdır ". Qocalıq patoloji olduqda eqosentrizm, emosional atrofiya, şəxsiyyətin dəyişikliyi yaranır. Bu halda yaşlı insanlar faydasız əşyaları (əskilər, köhnə qəzetlər, daşlar və s.) toplamağa patoloji həvəsə malik ola bilərlər. Yadda saxlama qabiliyyətinin azalması nəticəsində ağır yaddaş pozuntuları yarana bilər. Paranoidal xəstəliklər olduqda sayıqlama ideyaları təzahür edir: oğurluqda, ər-arvad xəyanətində ittihamlar və s. Ahıllıqla əlaqədar xəstəliklərin patogenezi bir sıra fizioloji və sosial amillərdən asılıdır. Onların arasında: beyinin fəaliyyətinin pozulması, əsəb sisteminin pozulması, ruhi sarsıntılar var.
Dostları ilə paylaş: |