Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Ahıl yaşlı insanlara aid psixoloji konsepsiyalar



Yüklə 0,73 Mb.
səhifə203/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   199   200   201   202   203   204   205   206   ...   294
Ahıl yaşlı insanlara aid psixoloji konsepsiyalar

Şəxsiyyətin psixoloji konsepsiyaları insanın inkişafını onun bütün həyatı boyu nəzərədən keçirir. İnsan həyatının yaşlı dövrü bu və ya digər konsepsiyada üstün olan yanaşmadan asılı olaraq müxtəlif cür dərk edilir.



İntensionallıq nəzəriyyəsi

Konsepsiya Şarlotta Byuler tərəfindən işlənib hazırlanmışdır. Konsepsiyaya görə şəxsiyyətin təbiətinin əsasında— intensiya (niyyət), subyekt tərəfindən dərk edilə bilən və edilə bilməyən hədəflərin seçimi durur. Onun konsepsiyasına əsasən, insan öz inkişafının beş mərhələsini keçir. Həyatların son mərhələsi 65— 70 yaş onunla səciyyələnir ki, insanlar gənclikdə qoyduqları hədəfləri təqib etməyi dayandırırlar. Onlar güclərini asudə zamanın, vaxtın keçirilməsinin müxtəlif formalarına sərf edirlər. Bu elə dövrdür ki, insan həyatı bütöv kimi qəbul edərək öz mövcudluğuna məna verməyə çalışır. Bəziləri öz həyatını təhlil etdikdə, — məmnunluq, digərləri hədəflərə nail olmadıqları üçün— məyusluq hiss edirlər.



Epigenetik nəzəriyyə

E. Eriksonanın epigenetik nəzəriyyəsi şəxsiyyətin formalaşmasını bütün həyatı boyu nəzərdən keçirir. Burada cəmiyyətə və insanlara bərabər qiymət verilir. İnsan həyatının axırıncı mərhələsini o son yetkinlik kimi 65 yaşı və daha çox olanları aid etdi. Bu dövrdə insanın səhhəti pisləşir, o təkliyə yönəlir, həyat yoldaşının, yaxın dostlarının ölümünü görür. E. Eriksona görə insanlar bu dövrdə yalnız psixososial böhranla yox, həm də bütün yaşanmış həyatın inteqrativ qiymətləndirilməsi ilə rastlaşırlar. Yalnız ahıl yaşda əvvəlki təcrübə və nailiyyətləri qiymətləndirməyə imkan verən insanın əsl yetkinləşməsi baş verir. Bu onun tərəfindən müdriklik adlandırılan qütbdür.

Başqa qütbdə öz imkanlarını reallaşdırmamış və artıq bunun qeyri-mümkünlüyünu dərk edən insanlardır. Buradan aydın olur ki, belə insanlarda qıcıqlanmanın iki tipi üstünlük təşkil edir: həyatı yenidən başlamağın qeyri-mümkünlüyü barədə məyusluq və öz çatışmazlıqlarının inkarı, onların digərlərinə aid edilməsi.

Sosial iş üçün bu konsepsiyanın faydası ondadır ki, yaşlı nəsilin insanlarının problemləri daha öncəki yaş dövrlərindəki münaqişələrin və frustrasiyaların daşınması kimi yox, müəyyən psixososial böhran kimi nəzərdən keçirilir.



İnsanın qocalmasının fizioloji aspektləri.

Qocalığın fizioloji aspektləri bir sıra funksiyaların zəifləməsiylə bağlıdır. Görmədə, eşitmədə, hissiyyat orqanlarında problemlər olur. Hərəkilik, fəallıq itir. Ünsiyyət əlaqələrin azalması üzündən emosional həyatın yoxsullaşması prosesləri müşahidə oluna bilər ki, o da insanın deqradasiyasına, həyat fəaliyyətinin yalnız fizioloji ehtiyacların aktual olacağı dərəcəyə ( qida, yuxu, fiziki ehtiyaclar) gətirib çıxara bilər.

Yaşlı insanlar qorxulara, narahatlıqlara meyillidirlər, onlarda yüksək səviyyədə təşviş müşahidə oluna bilər. Bu yaş üçün tipik fiziki xəstəliklər — ürək xəstəlikləri, skleroz, şişlərdir. Fiziki xəstəliklər, psixi pozuntular kimi dekompensasiyaya, yaşlıların gecə deliriyalarına səbəb ola bilər. Bu zaman sakit yaşlı insanlar aqressiv, narahat olurlar, sayıqlayırlar. Emosional yüklənmələr nəticəsində nitq xəstəliklərinə, iflicə, epileptik ürəkkeçmələrə gətirən beyin qan dövranında pozuntular ola bilərlər. Əhval-ruhiyyədə dəyişikliklər ruh düşkünlüyünə, depressiya, ipoxondrik vəziyyətlərə gətirir: belə hadisələr baş verəndə yaşlı insanlar özlərini yanlış hərəkətlər etdiklərinə görə ittiham edirlər. Ahıl yaşlı insanlarının psixi pozuntuları psixosomatika ilə, orqanik pozuntular ilə, bioloji və sosial amillər ilə bağlı səbəblər kompleksinə malikdir.

Yaşlı insan-müştərinin özünəməxsusluğu ondadır ki, o daha çox sosial mühit tərəfindən zorakılıq obyekti kimi görünür. Ancaq bu demək deyil ki, onun tənhalıq, ailə münasibətlərində böhran, alkoqoldan sui-istifadə, depressiya, psixi natarazlıq problemləri yoxdur.




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin