Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Sosial işçinin peşəkar formalaşması bələdçisi



Yüklə 0,73 Mb.
səhifə225/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   221   222   223   224   225   226   227   228   ...   294
Sosial işçinin peşəkar formalaşması bələdçisi

N.A. Rıbakova sosial iş üzrə təhsil alan hər kəsin bir çox amilləri ( yaş və həyat təcrübəsi, sosial mənşə və vəziyyət, dəyər oriyentasiyaları və sosial ustanovkalar, təhsil, milliyyət, vətəndaşlıq və s) nəzərə alaraq cavab verə biləcəyi sualları özünə daxil edən sosial işçinin peşəkar formalaşmasının xüsusi bələdçisini təklif edir. Suallara cavablar təhsil alan şəxsə öz həyatının subyekti olmağa, fərdi etik kodeksini formalaşdırmağa, onun davranışının güclü determinantı olacaq mükəmməl Mən-obrazı hazırlamağa icazə verəcək.

■ Mən kiməm ( əgər mənim gələcək peşəm — sosial işçidirsə)?

■ Mən necəyəm? (Mənim peşəkar ehtiyaclarım, qabiliyyətlərim və maraqlarım; şəxsi xüsusiyyətlərim; personoqramma — professioqram).

■ Mən haradayam?

■ Təhsil müəssisəsi (təhsil müəssisəsinin tədris - tərbiyə sistemində mənim rolum və yerim ; mənim hüquqlarım, vəzifələrim, imkanlarım);

■ Tədris fənnləri sistemi kimi sosial iş: istəyirəm —bacarıram — etməliyəm (mənim istək xəritəm);

■ Sosial işin kökləri passionari (sosial işin nəzəriyyəsinin üsullarının digər elmlərin sırasında yeri, nəzəri və tətbiqi aspektlərdə onun inteqrativ xarakteri, biliklərin, bacarıqların və qabiliyyətlərin istifadə olunması sferaları və sahələri, cəmiyyətdə sosial işçinin rolu, yeri və statusu) missiyaları kimi .

■ Mən nəyə görə buradayam (təhsil müəssisəsindəyəm, ölkəmdəyəm, Yer kürəsindəyəm)? Mənim peşəkar gələcəyimin obrazı: peşəkar hərəkətin istiqaməti proqnozu xəritəsi, proqramı, planı, Yer kürəsində bu cəmiyyətdə, tədris qrupunda mənim missiyam.

■ Mənim yanımda olan digər insanlar kimdir? (qərarların qəbulunda və reallaşdırılmasında müstəqillik) Mən — problemləri yaradan və ya onları həll etməyi bacaran, bu işdə başqalarına kömək edən insanam? Digərləri ilə necə birgə mövcud olmaq və əməkdaşlıq etmək olar? Kimə və nəyə uyğun olmaq və "halına yanmaq" lazımdır? Mənim səlahiyyətlərimin dərəcəsi. Mənim tolerantlığımın dərəcəsi: bəli (kimə? nəyə?), yox(kimə? nəyə?), (nə istəyirəm?), sevirəm (nə,?), edirəm ( nə?).

■ Mənim şəxsiyyətimin həyat strategiyası (həyat gücü, həyat ssenarisi, münaqişələrin emalı sferaları, inam, ümid, sevgi)

Sosial işin peşəxüsusiyyətləri (N.S. Danakin). Peşə kimi sosial işin əsas fərqləndirici xüsusiyyəti onun dəyər istiqamətlənməsidir: əgər, məsələn, psixoloqun və ya sosioloqun fəaliyyətində o peşəkar dəyərlərdən— insana dəyər kimi reallaşırsa, sosial işçinin fəaliyyətində əksinə: ən yüksək dəyər kimi insandan — peşəkar dəyərlər reallaşır.

Peşə kimi sosial işin prinsipial xüsusiyyəti onun sərhəd xarakteri daşımasındadır. Sosial işçi — demək olar ki, universaldır, hərçənd onun universalizmi müştərinin həyat problemlərinin məzmunu və onların həllinin mümkün yolları ilə əlaqədar dəqiq predmet sərhədlərinə malikdir. Sosial işin məna və instrumental məzmunu informasiya, alətlər dəsti, texnologiyalarla qarşılıqlı mübadilə əsasında özünə yaxın olan peşələrin (psixologiya, sosiologiya pedaqogika, hüquq və s.) sərhəd elementlərini cəmləşdirir.

Peşə kimi sosial işin daha bir əhəmiyyətli xüsusiyyəti onun inteqral və sərhəd xarakteri daşıması, insana və real insanların həyati problemlərinə istiqamətlənməsinin nəticəsi olaraqvasitəçilik xarakterində təzahür edir.

Vasitəçiliyin əsas istiqamətləri:

■ müştəri və müxtəlif sosial institutlar arasında;

■ müştəri və başqa mütəxəssislər arasında;

■ müştərinin həyat problemlərinin həllinə cəlb edilən başqa mütəxəssislər arasında;

■ müştərilərarasında.

Sosial xidmət müəssisələrində sosial işçinin rolları. Rolların təsnifatı və tipologiyası. Sosial işçi hazırlığının dövlət standartları tələblərini nəzərə alaraq sosial işçinin peşəkar fəaliyyətinin rol repertuarının problemləri belə sualların, məsələlərin müzakirəsini ehtimal edir: mütəxəssis hər şeydən əvvəl hansı peşəkar rollara hazırlanmış olmalıdır; gələcək sosial işçinin qabiliyyətləri, maraqları, meyillərdən asılı olaraq bu rollardan hansı prioritetdir; sosial sfera mütəxəssisinin hər bir peşəkar rolu hansı funksiyaları özündə birləşdirir. Bu məsələlərə cavablar mütəxəssisə lazım olan hər bir peşəkar rol və funksiyanı bacarıq və qabiliyyətlərlə əlaqələndirməni nəzərdə tutur. Bu halda ixtisaslaşma yalnız yer (sosial xidmət, psixoloji konsultasiya, idarəetmə şöbələri və s.) üzrə yox, işin xarakteri üzrə də (ailə, əlillər, uşaqlar, narkotik və ya alkoqoldan asılı şəxslərilə və s.) üzrə, həm də gələcək işdə yerinə yetirəcəkləri rol üzrə müəyyən edilə bilər.

Peşəkar rolun sosial kimi (şəxsiyyətlərarası ilə müqayisədə) nəzərdən keçirilməsi həm obyektiv sosial münasibətlər sistemində fərdin yeri ilə, həm də onlar tərəfdən həyata keçirilən funksiyaların məcmusu ilə şərtlənmiş, sosial işçinin peşəkar fəaliyyətinin səviyyələrini müəyyən etməyə imkan verir (İ.A. Zimnyaya). Onlara aiddirlər: müştəri ilə praktik sosial iş; müştəri ilə işin təşkili və koordinasiyası; sosial xidmətlər, departamentlər səviyyəsində sosial işin idarə olunması, və s.; sosial iş təhsili; sosial işdə supervayzerlik, sosial işdə tədqiqatlar. Müvafiq olaraq, peşəkar rolların növbəti qruplarını ayırmaq olar: praktik sosial işçi, təşkilatçı, menecer, müəllim, supervayzer, tədqiqatçı. Bu peşəkar rollardan hər biri birincisi, spesifik qabiliyyətlər (məsələn., müəllim); ikincisi, hər rol bacarıqlarının hazırlığı prosesində formalaşan prioritet dəyəri müəyyən edir (məsələn, "vasitəçi" funksiyası başqabacarıqları tələb edir, nəinki tədqiqatçı); üçüncüsü, hər peşəkar rol icraçı tərəfindən reallaşdırılan (məsələn, praktik sosial işçinin vəzifələrinə daxil olan fəal dinləmənin ünsiyyət funksiyası) konkret funksiyalar dəstinə malikdir.

Hər şeydən əvvəl, sosial işçi müştəri və sosial mühit arasında vasitəçilik edir (Danakin N.S.). O bir tərəfdən sosial mühitdə müştərinin effektiv uyğunlaşmasına, digər tərəfdən — sosial mühitin real insanların qayğılarından uzaqlaşması prosesinin öhdəsindən gəlməyə kömək edir. Bu funksiyaların həyata keçirilməsi müəyyən şərtlərlə mümkündür:

■ müştərinin problemlərinin sosial işçisi tərəfindən dərk edilməsi;

■ sosial işçinin müştərinin həyati problemlərinin adekvat ifadə və təqdim etmə (reprezentasiya) qabiliyyəti;

■ vasitəçinin müxtəlif müəssisələr və təşkilatların malik olduğu sosial resurslara bələd olması;

■ müştərinin həyat problemlərinin həllinə cəlb edilən əlaqəli peşələrin nümayəndələrinin instrumental imkanlarının sosial işçi tərəfindən tanınması;

■ müxtəlif mütəxəssislərin qarşılıqlı anlaşmasının mövcudluğu və onların effektiv əməkdaşlığı, sosial işçinin onların ünsiyyətində vasitəçi olmağa hazır olması;

■ müştəri tərəfindən sosial işçiyə nümayəndəlik səlahiyyətlərinin ötürülməsi;

■dövlət idarələri və təşkilatlar tərəfindən uyğun olan səlahiyyətlərin sosial işçiyə ötürülməsi ;

■ sosial işçinin əlaqəli peşələrdə qismən nümayəndəlik etməsinə hüququn tanınması;

■ sosial işçinin peşəkarlığı ilə əldə etdiyi tərəflərin vasitəçiyə, yəni ona etibarı.

Praktik sosial işçilərin və idarəçi-menecerlərin fəaliyyəti adətən özündə hər iki istiqaməti birləşdirən insanlar tərəfindən həyata keçirilir (İ.A. Zimnyaya). Aşağıdakıları nəzərdə tutur:

■ inzibati hüquq, qanunvericilik (sosial təminat, ana və uşaq müdafiəsi, gənclərin, qadınların, əlillərin problemləri, uşaqların və yeniyetmələrin əməyin qorunması məsələlərində əmək qanunvericiliyi və s.) biliyi;

■ yerli idarəetmə orqanlarının funksiyalarına bələd olmaq (mənzil komissiyaları, həddi-buluğa çatmayanların işləri üzrə komissiyalar və s.) ;

■administrasiya və əməkdaşlarla işin metodlarına yiyələnmək (tədris, müalicər, penitensiar və başqa müəssisələr): peşəkar fəaliyyətdə əməkdaşlıq; müştərilərlə münasibətlərdə yaranan problemlərin həlli; şəxsi problemlərin həllində əməkdaşlara yardım;

■ ailələrin psixoloji, iqtisadi, sosial, hüquqi problemlərindən (ahıllar, xəstələr, uşaqlar və yeniyetmələr, əlillər, qanunu pozanlar və s.) xəbərdar olmaq;

■müştərinin rastlaşdığı problemlərinin kəskinləşməsinin psixoloji,sosial-psixoloji amillərindən xəbərdar olmaq (ailədə, qonşuluq icmasında, idarə strukturları ilə münasibətlərdə, müəssisələrin əməkdaşları ilə və s.);

■ sosial, psixoloji statusu qiymətləndirmək, müştərinin sosial durumu, fiziki və psixoloji sağlamlıq vəziyyəti və pozuntuları barədə diaqnoz qoymaq bacarığı, stress vəziyyətinin öhdəsindən gəlmək;

■ sosial və sosial-psixoloji uyğunlaşma metodlarına yiyələnmək;

■ xeyriyyə təşkilatları, aksiyalar, fondlar haqqında məlumat vermək ;

■ sosial layihələrin, yardım aksiyalarının təşkili ("gənc ailə üçün ev", "əlilliyi olan insanlar üçün idman", "həbsxanalarda təhsil" və s.);

■ müştərinin və ailənin (məktəbə, xəstəxanaya yerləşdirmə, işə düzəlmə, müalicə və penitensiar müəssisədə müştərinin vəziyyətinə nəzarət və s.) maraqlarının təmsil edilməsi;

■ intiharın (uşaqların və yeniyetmələr, ahıllar, cəzaçəkənlər, əlilliyi olan şəxslər və s. arasında) qarşısının alınmasının metodlarına yiyələnmək.

Sadalanan funksiyaların əksəriyyəti sosial işçinin təşkilati-koordinasiya funksiyalarına aiddir.

Sosial işçinin peşəkar rolları daha çox differensiasiya olunmuş şəkildə təsnif edilə bilər. Professor İ.A.Zimnyaya, xarici müəlliflərə istinad edərək, on üç peşəkar rol qeyd edir. Onların məzmunu belə təsvir edilir:

■ Çətinliklə rastlaşan (böhran vəziyyətində olanlar) və ya hər hansı zorakılıq təhlükəsi ilə üzləşən (risk vəziyyətində olanlar) insanları və insanlar qruplarını müəyyən edən sosial işçi. Bu sosial işçinin məqsədi problem yaradan ətraf mühit amillərinin aşkarlanmasıdır. Bu rol "müştəri təyinedicisi)" Outreach Worker- adlandırılmış ola bilər).

■ Broker (Broker) — insanları sosial xidmətlər sistemindən istifadə etmək və onları əlaqələndirməyə imkan vermək məqsədi ilə onlara faydalı ola biləcək mövcud xidmətlərə yönəldən sosial işçidir.

■ Vasitəçi — (Mediator). Bu insanlara aralarındakı fərqlərin öhdəsindən gəlməyə yardım etmək və birlikdə məhsuldar işləmək üçün insan və qrup və ya iki qrupun arasında işləyən sosial işçidir.

■ Vəkil, müdafiəçi (Advocate). Bu köməyə ehtiyac duyan insanların hüquqları və ləyaqətləri uğrunda mübarizə aparan sosial işçidir. Onun fəaliyyəti ayrı-ayı insanlara, qruplara, icmalara yardımı, qanunlarda və ya qüvvədə olan təcrübələrdə bütöv insan sinifinin və ya cəmiyyətin seqmentinin mövqeyindən dəyişiklik üçün mübarizəni əhatə edir.

■ Qiymətləndirən (Evaluator) — informasiya toplayan,insanların, qrupların, icmaların problemlərini qiymətləndirən sosial işçidir. Hər hansı bir fəaliyyət üçün qərar qəbul etməyə kömək edir.

■ Mobilizator (Mobilizer) — problemləri həll etmək üçün artıq mövcud olan, yaxud yaratdığı qrupu hərəkətə gətirən, davranışını təşkil edən, enerji ilə yükləyən sosial işçidir . Mobilizasiya fərdi səviyyədə də yerinə yetirilə bilər.

■ Müəllim (Teacher) — bu məlumat və biliklər ötürən, insanlara bacarıqlarını inkişaf etdirməyə kömək edən sosial işçidir.

■ Davranışı korreksiya edən (Behavior Changer) —insanların və ya qrupların qavrayış və bacarıqlarını, davranış stereotiplərini dəyişmək üçün çalışan sosial işçidir.

■ Konsultant\Məsləhətçi (Consultant) — müştərinin problemlərinin həllində onların bacarıqlarını təkmilləşdirməyə kömək etmək məqsədi ilə başqa işçilər ilə və ya agentliklər ilə birgə hərəkət edən sosial işçidir.

■ İcma layihəçisi (Community Planner)— icmaların fəaliyyət proqramlarının inkişafını planlaşdıran sosial işçidir.

■ İnformasiya meneceri (Data manager)—sosial mühit haqqında məlumatları yığan, təsnif edən və təhlil edən sosial işçidir.

■ Administrator (Administrator) — agentliyi, müəssisəni, proqramı (layihəni) və ya sosial xidməti idarə edən sosial işçidir.

■ Praktik (Caregiver) — konkret tədrici yardımı, qayğını (fiziki, məişət, maliyyə) və müəssisədə, və ya yerlərdə təmin edən sosial işçidir.

Bu rolların funksiyalarının məcmusu kifayət qədərdar və məhduddur, lakin onu praktik işin konkret şəraitinə proyeksiya etdikdə — uşaqlarla, yeniyetmələr, təqaüdçülər, işsiz, əlilliyi olan şəxslərlə və s.—sosial işçinin peşəkar fəaliyyətinin effektivliyinin artması imkanı yaranır.

2. Sosial işçinin kommunikativ professioqramı

Ünsiyyət hərtərəfli prosesdir və müxtəlif formalarda (sosial dialoq, işgüzar və peşəkar ünsiyyət, kommunikasiya və s.) reallaşır. Ünsiyyət prosesi özünə daxil edir:

■ şəxsiyyətin formalaşması və inkişafı (fərdin sosiallaşması);

■ cəmiyyətin və ictimai münasibətlərin inkişafı;

■ fəaliyyətin nəticələri ilə mübadilə;



S

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin