Sosial qrup işi modelləri
|
Sosial məqsədlərin modeli
|
Kliniki model
|
Qarşılıqlı fəaliyyət modeli
|
Xidmət növü
|
Sosiollaşma və tələbat
|
İnteqrasiya və adaptsiya
|
Adaptasiya, sosiollaşma, inteqrasiya, tələbat
|
Sosial işçinin rolu
|
Köməkçi
|
Qarşılıqlı fəaliyyət agenti
|
Vasitəçi
|
Qrup üzvünün obrazı
|
İştirakçı, vətəndaş, özündən çıxan, rəhbər
|
Deviant, hansısa kiçik qrupun nümayəndəsi
|
Eqo və alt eqo
|
Fəaliyyət növü
|
Mikrososiumda işləməyə yönəlik bir sıra fəaliyyət növləri
|
Əlavə qrup vasitələri də daxil olmaqla direktiv və qeyri-direktiv təsir vasitələrindən istifadə edilməsi.
|
Qrup üzvlərinin interpersonal münasibətlər prosesinə təhkim edilməsi
|
Zəruri bacarıqlar
|
Proqramlaşma
|
Qrup prosesində intervensiyaya spesifik məqsədlərə nail olunması
|
Kateqoriyalaşdırrma və dialoq
|
Nəzəri baza
|
Eklektik nəzəri baza
|
Sosial rol nəzəriyyəsi, sosio-bihevioral nəzəriyyə, eqo-psixologiya, qrup dinamikası
|
Sistem nəzəriyyəsi və sahə nəzəriyyəsi
|
Qrupun məqsədi
|
Sosial şüur və sosial məsuliyyət
|
Sosial disfunksiyanın və spesifik davranış qarşılıqlı fəaliyyətinin müalicəsi
|
Qarşılıqlı yardım sisteminə nail olunması; İlkin, lakin spesifik məqsədlər
|
Vasitəçilik
Vasitəçiliyin əsasını sosial sistem nəzəriyyəsi, qrup nəzəriyyəsi və kiçik qrup nəzəriyyəsi, fərdin qrupla qarşılıqlı fəaliyyətinə diqqət yetirilməsi təşkil edir. Yardım prosesinə hazırlıq, sosial işçini müştəri ilə qrupda görüşə hazırlamaq, mərhələdən mərhələyə keçid və yekun prosesləri daxildir. Məqsəd cəmiyyətin və şəxslərin ehtiyaclarının ahəngdarlığına nail olmaqdır. Vasitəçi və həvəsləndirici rolunda çıxış edən sosial işçi qrup prosesinin müalicə imkanlarından istifadə edərək müştəriyə ehtiyac duyduqlarını əldə etməkdə köməklik göstərir.
Qrup qarşılıqlı fəaliyyəti prosesində müştərinin problemlərinin gerçək motivləri bəlli olur. Bu metod əlverişsiz mühitin aradan qaldırılmasına praktiki yardım göstərilməsinə istiqamətlənib.
Özünəkömək qrupları
Qrupda göstərilən kömək onun üzvlərinin qarşılıqlı şəkildə bir-birlərini dəstəkləməli əsasında qurulur. Prosesi təşkil edərkən sosial işçi öz funksiyalarını qrupa ötürür. Qrupun iştirakçısı öz başına gələn hadisəni danışır, qrup üzvlərinin dəstəyini alır, probleminin mahiyyətini rasional şəkildə dərk etməkdə özü-özünə kömək edir və beləliklə, qrup işi prosesində müştərinin problemi aradan qalxır.
Drakeford stressin beş meyarını ayırır ki, onların əsasında müştərilərin özünəkömək qruplarının birləşməsi baş verir:
məsuliyyət;
standartlar;
konfessiya;
qeyri-peşəkarlıq;
fəaliyyət proqramı.
Qrup prosesinin əsasında özünüdərki inkişaf etdirməklə özünü təkmilləşdirmək prinsipləri durur. Bu, sosial fəaliyyəti yaxşılaşdırmaq üçün zəruri olan ictimai normaların qəbul edilməsində gətirib çıxarır.
Anonim Alkoqoliklər (spirtli içkilərdən asılılıqdan əziyyət çəkən müştərilər), Anonim depressiyalılar (depressiyadan əziyyət çəkən fərdlər), Anonim ailə (əlil uşağı olan ailələr) qruplarını, Amerika diabet təşkilatı (diabet xəstələrinin klubu), Milli qadınlar təşkilatını (öz haqları uğrunda mübarizə aparan qadınlar) nümunə göstərmək olar.
Dostları ilə paylaş: |