Qrup psixoanalitik terapiyası
Qrup psixoanalitik terapiyasının əsasını qrupla işin psixoanalitik ənənəsi təşkil edir. Qrup 18-60 yaş arası 8-10 nəfərdən ibarətdir. Qarşılıqlı fəaliyyət dərk edilməyən proseslərin müzakirəsi və şərhi əsasında həyata keçirilir. Qrup azad assosiasiyalara “nəzarət” edir, müqavimət yalnız terapevt tərəfindən deyil, eyni zamanda qrupun üzvləri tərəfindən də interpretasiya edilir. Qrupun üzvləri bütün diqqətlərini hazırkı problem və münasibətlər üzərində cəmləşdirir.
A.Volf fərdi psixoanalizin prinsiplərini qrupa aid edirdi. O, hesab edirdi ki, qrup psixodinamik konsepsiyalardan istifadə edə bilməz, çünki qrup refleksi fərdi intrapsixi prosesləri müvafiq surətdə təhlil edə bilməz. O, “dairə ilə gedən” adı verdiyi texnikanı təklif etmişdir. Bu üsulun məğzi ondan ibarətdir ki, hər bir nəfər növbəti qrup üzvünə görə öz partnyorunu sərbəst buraxır. Onun tərəfindən “alternativ sessiya” təklif edilmişdir ki, mahiyyəti də ondan ibarətdir ki.qrup terapiyanı davam etdirmək üçün terapevtin iştirakı və təsiri olmadan görüşür. Onun yanaşmasında terapevt yalnız inkişafı qrup işinin məqsədlərinə uyğun şəkildə istiqamətləndirən müşahidəçi mövqeyindən çıxış edə bilər.
Fəaliyyətlə terapiya qrupları
Qrup işinin bu növü S.Slavson tərəfindən psixoanalitik konsepsiya əsasında irəli sürülmüşdür. Qrup uşaqlara və 8-15 yaş arası yeniyetmələrə aid edilir. Qrupun üzvləri qarşılıqlı terapiya təsiri əsasında səylə seçilir və onlar özünüifadənin qeyri-verbal formalarından və müxtəlif obrazlı fəaliyyətlərdən istifadə etməklə həvəsləndirilirlər. İşdə peşədən tutmuş səyahətədək müxtəlif formalardan istifadə edilir. Bu qruplarda ab-hava çox önəmlidir. Belə ki, burada uşaqların qrupun digər üzvlərinə və ya terapevtə münasibətləri aqressiv xarakter daşısa belə, yenə də onlar öz impuls və təxəyyülərindən çıxış edərək fəaliyyət göstərirlər. Terapevt qrupda heç bir spesifik rola sahib deyil, o uşaqların düşünülmüş və düşünülməmiş ehtiyaclarına bir rəhbər kimi reaksiya vermir. Uşaq davranışlarının gizli tərəflərini o, psixoanaltik konsepsiya anlayışları ilə şərh edir.
Adaptiv qrup yanaşmaları
Qrup terapiyasına adaptiv yanaşmalar C.Conson tərəfindən təklif edilmişdir. Psixoanaltik yanaşmadan fərqli olaraq, bu metodda münaqişə və problemlərin səbəblərinin açılmasına cəhd edilmir. Qrup prosesi süni gərginlik yaradır, müştəriyə düşdüyü vəziyyətin təəssüratlarını yenidən yaşamağı təklif edir, bununla da vəziyyətdən çıxmaq üçün yeni təcrübə qazandırır.
Qrupda qrup qarşılıqlı fəaliyyətindən kənarda olan və bütün görüşləri qeyd edən “qeydiyyatçı” işləyir. Müştərilər seçilir, məqsədlər isə izah edilir. Bu metoddan müxtəlif fərdi hallarda və psixososial problemlərdə istifadə edilir.
Davranış terapiyası qrupları
Davranış terapiyası pozitiv davranış formalaşdırmağa istiqamətlənib. Qrup terapevt də daxil olmaqla beş-yeddi nəfərdən ibarətdir. Bir qayda olaraq, bu, psixoloji problemləri, ünsiyyət və davranışda çətinliyi olan homogen qrupdur. Qrupun üzvləri əvvəlcədən fərdi terapiya keçirirlər. Qrup terapiya işində beş əsas intervensiyadan istifadə edilir: əks əlaqə; davranışın modelləşdirilməsi, motivasiyanın stimullaşdırılması; desensebilləşdirmə (həyəcanlılığın azaldılması); sosial dayanıqlılıq.
Qrup işi prosesində müştərilər açıq şəkildə öz hiss və emosiyalarını bölüşür, sosial münaqişələrdən uzaq durmağı öyrənir, pozitiv ünsiyyət vərdişləri qazanırlar.
Sosial terapiya klubları və icmaları
Bu qruplar XX əsrin 40-cı illərində ingilis psixiatrı Suasha Bierer tərəfindən psixi müalicəxanalarda terapiya kursu keçən müştərilərin adaptiyası məqsədilə irəli sürülmüşdür. Terapiya birlikləri, klub və ya icmaları müştərinin sosiumda müstəqil yaşaya bilməsi üçün sosial demokratik srtukturdan istifadə edirlər. Qrup işində intervyü, birlik daxilində görüşlər, hiss və qorxuların verballaşdırılması və sonradan onların müzakirəsi kimi müxtəlif metodlardan və qrup dəstəyi metodundan istifadə edilir.
QORXU – psixologiyada real və xəyali təhlükə nəticəsində yaranan, orqanizmin, şəxsiyyətin və onun qoruduğu dəyərlərin (ideallar, məqsədlər, prinsiplər və s.) həyatı üçün təhlükə törədən mənfi emosiya.
|
Repressiv stimullaşdırıcı qrup
Bu qrupun öz iş təcrübəsində intervensiyanın analitik metodlarından istifadə etməyən bir qrup olduğunu diqqətlərə çatdırmaq üçün “repressiv stimullaşan” qrup terminindən istifadə edilir.
Bu qrupun kifayət qədər müxtəlif obrazlı parodiqması var: özünəkömək, psixotik, alkoqolik, narkoman, məhkum və d.-nin qrupları. Qrup prosesi qrup identifikasiyası ilə inkişaf edir, burada sosial dəstək və emosional qəbuletmə əsasında bu sosial submədəniyyət üçün səciyyəvi olan bu problemlər müzakirə edilir.
Dostları ilə paylaş: |