Patofiziologiyanın predmeti xəstə orqanizmin həyat fəaliyyətini öyrənməkdən ibarətdir .
Patoloji fiziologiyanın vəzifəsi patogenetik müalicə və profilaktikanı işləməkdən ibarətdir .
Ümumi nazologiya .
Nazologiyanın əsas anlayışları
Norma – sabit deyil , optimal dəyişkən parametr olub aşağıdakı növləri vardır :
Orta statistik norma .Orta statistik norma dedikdə, bir şəxsin norması olmayıb , böyük əhali qrupu arasında alınmış orta rəqəm nəzərdə tutulur . Məs :eritrositlərin sayı və s.
Dinamik norma – normanın patologiya sayılmayan tərəddüdüdür . Məs : arterial təzyiq 100 – 140 mm c.s , ürək vurğularının sayı 60 – 90 , bədən temperaturu 36.4 – 36 .8 və s.
Adaptiv norma – şəraitə uyğun norma dəyişikliyidir . Məs : yüksək dağ şəraitində mütləq eritrositoz .
Sağlamlıq – orqanizmin ətraf mühitə optimal uyğunlaşma qabiliyyəti olub , təkcə xəstəlik və fiziki qüsurların olmaması deyil , tam ruhi, ictimai , mənəvi rahatlıqdır .
Xəstəlik – orqanizmin keyfiyyət və yeni bir halı olub , aşağıdakı göstəricilərə malikdir :
Xəstəliyin əlamətləri və simptomları