Patoloji fiziologiya


Etiotrop profilaktika və terapiyanın əsas prinsipləri



Yüklə 29,29 Kb.
səhifə8/11
tarix01.01.2022
ölçüsü29,29 Kb.
#110347
1   2   3   4   5   6   7   8   9   10   11
1. Patoloji fiziologiyanın predmeti

Etiotrop profilaktika və terapiyanın əsas prinsipləri .

Bu prinsiplər aşağıdakılardır :

  1. Xəstəliyin və ya patoloji prosesin səbəbinin aşkar edilməsi və onun orqanizmə təsirinin qarşısının alınması

  2. Səbəb amilinin patogen təsirini gücləndirən şərait amillərinin qarşısını alan və ya onun patogen təsirinin qarşısını alan şərait amillərini gücləndirən tədbirlərin həyata keçirilməsi

Patogenetik müalicənin əsas prinsipləri :

  1. Xəstəliyin inkişafının müəyyən mərhələdə dayandırılması

  2. Patogen amilin qüvvəsinin zəiflədilməsi

  3. Həlledici həlqənin və ya əsas mərhələnin zəiflədilməsi , aradan qaldırılması

  4. Qüsurlu dövranın qırılması

  5. Orqanizmin mühafizə - kompensator tədbirlərinin gücləndirilməsi .

Patogenez – xəstəliyin inkişaf mexanizmi , gedişi , nəticəsini öyrənən təlimə deyilir .

Sanogenez ( sano – müalicə etmək ) – orqanizmin sağlamlıq tədbirləridir . Sanogenez reaksiya – larının aşağıdakı tipləri vardır :

  1. Mühafizə reaksiyaları – daha çox patogen amilin daxil olmasına və zərərsizləşdirilməsinə qarşı yönələn tədbirlərdir. Məs : asqırma , öskürmə , qusma , dəri baryeri , lizosim , interferon və s.

  2. Uyğunlaşma reaksiyaları – sağlam orqanizmin dəyişilmiş həyat şəraitinə adaptasiyasına xidmət edir . Bu zaman hemostaz pozöunluğu olmur. Məs: mütləq eritrositoz və s. Bəzən uyğunlaşma reaksiyası xəstəliyə keçə bilər . Məs : Endemik zob - əvvəl uyğunlaşma reaksiyası kimi yaranıb , sonradan xəstəliyə keçir .

  3. Kompensator – bərpa reaksiyaları – xəstəliyin gedişində pozulmuş funksiyaların və hemostazın bərpasına yönələn tədbirlər kompleksidir .


Yüklə 29,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin