Patoloji prosesin yerli və ümumi təzahürlərinin qarşılıqlı əlaqəsi Yerli dəyişikliklər : ağrı , ödem , qızartı , şişkinlik
Ümumi dəyişikliklər : leykositoz , halsızlıq , bədən hərarətinin artması , EÇS – in artması , fermentemiya , kəskin faza zülallarının qanda artması və s.
Patogenezdə əsas mərhələ , qüsurlu dövran Əsas mərhələ xəstəliyin bütün əlamətlərini doğuran , onun gedişində həlledici rol oynayan mühüm həlqə nəzərdə tutulur . Əsas mərhələni aradan qaldırmaq , bütün əlamətləri aradan qaldırmaq deməkdir . Məs : Şəkərli diabetdə insulin çatışmazlığı , arterial hiperemiyada arteriolların genişlənməsi qüsurlu dövran hesab olunur .
Qüsurlu dövran dedikdə səbəb – nəticə əlaqələrinin elə yerdəyişməsi nəzərdə tutulur ki , bu prosesin gedişini daha da ağırlaşdırır . Məs : miokard infarktında ağrı nekrozu böyüdür , eyni zamanda nekrozun böyüməsi ağrını daha da qüvvətləndirir . Renin – angiotenzin sistemi (böyrəkdə işemiya zamanı renin ifrazı artır , renin də angiotenzin 1-i, angiotenzin II – yə çevirir . Angiotenzin II vazopressor maddədir , damarları yığaraq təzyiqi yüksəldir . Bu zaman böyrəyin qan təchizatı yenidən pozulur və renin ifrazı yenidən artır – qüsurlu dövran yaranır ) .