Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Sosial iş konsepsiyalarında insan



Yüklə 0,73 Mb.
səhifə65/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   294
Sosial iş konsepsiyalarında insan

Fəlsəfənin fundamental sualı olan: “İnsan nədir?” sualı sosial işdə də öz quruluş əsasına malikdir. Sosial işin nəzəriyyələrinin xüsusiyyəti ondan ibarətdir ki, onlarda əsas vurğu texnoloji tərəf, qarşılıqlı təsir prosesi insanın varlığı ilə müqayisədə aktuallaşan durumda instrumental aspektə yönəlir. Sosial işin texnologji aspekti müəyyən tələbləri irəli sürür: müştərinin vəziyyətinin inkişafının perspektivlərinin dərk edilməsi, müdaxilənin imkanlarının qiymətləndirilməsi, dəstəyin sərhədlərinin aydınlaşdırılması və s. Və burada sosial işçilər onlara öz fəaliyyətində can atılası hər hansı bir nümunələri müəyyən etməyə şərait yaradan insanı görmənin fəlsəfi, sosial, psixoloji modellərindən istifadə edirlər. Lakin insan mövzusu sosial işdə xüsusi dərk etmənin predmetidir. Onun xüsusiyyəti ondan ibarətdir, o, insan “ ehtiyac duyan insan” və “kömək edən insan” kimi qarşılıqlı şərtlənmə və qarşılıqlı asılılıqda nəzərdən keçirilən dixotomik vəhdətdə, sistem propozisiyasında mövcuddur. Bir tərəfdən, insan müstəqil həyat problemlərini həll edə, əməli həyata keçirə, vəziyyəti dəyişdirmək üsulunu tapa bilməyən subyekt kimi çıxış edir. Belə insan sosial işdə müştəri kimi təyin edilir. Digər tərəfdən — müştərinin, “ehtiyac duyan insanın” mövcudluğu idrak məkanında çətin həyat şəraitinin həllinə yönəlmiş hərəkətləri və əməlləri ilə səciyyələnən başqa subyektin, “kömək edən insan”ın mövcudluğunu apriori güman edir.

Əzab çəkən insan” — sosial işin antropoloji ənənələri və empirik əsasları

Fəlsəfi antropologiya insanı və onun varlığını “aktivlik” və “passivlik” terminlərində ifadə olunan “hərəkət” və “hadisə” əsaslarından nəzərdən keçirir. Sosial işin nəzəriyyəsində “əzab çəkən insan” passiv subyekt kimi çıxış edir. O, müxtəlif vəziyyətlərə görə həyat fəaliyyətində aktiv iştirak edə bilmir. Bu vəziyyət müxtəlif şəxsi və qrup, mühit kontekstləri, insanın əhatəsi ilə şərtlənə bilər.

Subyektin şəxsi varlığı onun öz müqəddəratının təyin edilməsində və öz özünün həyata keçməsində öz həyatının mənasını tapmasına yönəldilmişdir. Ancaq öz müqəddəratını təyin etmənin və öz özünün həyata keçməsinin reallaşmasına insanın subyektliliyinin müxtəlif təzahürləri cəlb edilmişdir: insan Animal rationale kimi, insan təbii hadisə kimi, insan psixosomatik varlıq kimi, insan Animal sociale kimi. Subyektliliyin hər bir təzahürü insanın həyat strategiyalarının mürəkkəbləşməsinə gətirib çıxaran öz dialektik ziddiyyətlərinə malikdir.

“Rasional insan” davranışın ziddiyyətləri ilə rastlaşır. Onun normativ təsəvvürlərinə və stereotiplərinə uyğun autentik qərarları ətrafdakıların təsəvvürləri, onların dəyərlər normaları, davranış stereotipləri ilə ziddiyyət təşkil edə bilərlər. Öz varlığının və davranışının subyekti kimi insan həqiqətən özünə malik ola bilmir. Bununla əlaqədar olaraq koqnitiv proseslər stress rolunda çıxış edə bilərlər. Sosial işdə belə davranış ziddiyyətini pozulmanın təbiəti müştərinin adekvat sosial funksiyalaşmasını məhdudlaşdıranda adaptiv böhranları və inkişafın böhranları ilə əlaqələndirirlər.

Təbii varlıq kimi insan problemlərin digər modusuna malikdir. Öz şəxsi konkretliyi və müəyyənliyində insan materiya, öz vücudu vasitəsilə dərk edilir. Özünü ifadə etmə, özünün həyata keçməsi, anlama və özünü anlama vücud və onun sırf fərdi quruluşu vasitəsi ilə ifadə edilir. “Şəxsiyyət kimi insanın bütöv strukturunda vücud şəxsiyyətin strukturunu təşkil edən bünövrəni və ya alt strukturunu yaradır”.

Lakin şəxsiyyətin ifadə vasitəsi kimi çıxış edən vücud identikliyin və qrup mənsubiyyətinin amili ola bilər. Xüsusi şəraitdə vücud ayırıcı diskriminasiya əlaməti ola bilər, məsələn, sosial faydalılığın ictimai konseptinin yanaşmalarında. Məhz bu yanaşmalar insanları sağlamlara və əlillərə böldü. Vücud bəzi fərdlərə cəmiyyətdə inteqrasiya etməyə və funksiyalaşmağa icazə verən, başqa fərdlərə isə buna icazə verməyən normanın müəyyən forması kimi çıxış edir. Buradan belə nəticə əldə etmək olar ki, invalidizmin ictimai konsepti aşağıdakı müddəaları özünə daxil edir:

• bəşəriyyət sağlam insanlara və məhdud imkanları olan insanlara bölünmüşdür;

• sağlam insanlar məhdud imkanları olan insanlardan daha bacarıqlıdır;

• sağlam insanlar məhdud imkanları olan insanların resurslarına və həyatına nəzarət etməlidir.

Qabiliyyət — vücudu mübadilənin predmetinə çevirməklə bağlı, ondan ictimai və istehsalat fəaliyyətdə bərabər hüquqlu iştiraka əlçatılması üçün istifadə etməklə bağlı qabiliyyətsizlik — şəxsiyyətin fəallığı və ya passivliyini müəyyən edən əsaslardan biridir. Sosial işin humanistik mənası məhz ondan ibarətdir ki, hətta bərabər olmayan şəraitlər vəziyyətində hər bir insana onun planlarının reallaşdırması üçün imkan vermək, məhdud imkanları olan şəxsləri əmək və ictimai həyat fəaliyyətinin əsas proseslərinə inteqrasiya etməkdir.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin