MASKULİNLİK— insanlar arasında kişini qadından ayıran somatik, psixi və davranış əlamətlərinin məcmusudur.
Kişilik göstəricilərinin müasir stereotipləri fiziki güc, münasibət azadlığı kimi keyfiyyətlərlə əlaqəlidir, məsələn, zahiri görünüş və alkoqollu içkilərin istifadəsi, seksual əlaqələr. Ancaq qadın hərəkatının güclənməsi və sənaye münasibətlərində qadınların rolunun güclənməsi ilə daha əvvəl kişilərə qarşı tətbiq edilməyən tələblər irəli sürülür. B. Lenneer-Akselsonun tədqiqatlarına əsasən, bu qadın ideologemalarını, növbəti tələblər şəklində təqdim etmək olar:
■ kişi çox pul qazanmalıdır, bundan başqa ev üzrə də öz öhdəliklərini yerinə yetirməyə vaxt tapmalıdır;
■ kişilər güclü, məntiqli, qətiyyətli, təhlil edən, dərrakəli, yumşaq olmalıdır;
■ kişi eyni zamanda mülayim və sərt olmalıdır;
■ evli kişilər səhərlər qaçmalı (idmanla məşğul olmalı), otağı təmizləməli, uşaqların qayğısına qalmalı, yemək hazırlamalıdır, avtomobili və evdəki digər avadanlıqları sahmanda saxlamalıdır;
■ kişilər karyeranı qurmaqla eyni zamanda həyat yoldaşını da unutmamalıdır.
Ancaq mədəni normalar, gizli gender konsepsiyaları, rol öhdəlikləri müasir cəmiyyətdə maskulinliyin təzahürü üçün müəyyən məhdudiyyətlər formalaşdırır. C.O.Nilin tədqiqatlarına əsasən, kişilər sosiallama prosesində ictimai ustanovkaların təzyiqi altında olurlar. Bu təzyiq də onları müəyyən rol öhdəliklərini mənimsəməyə və qəbul etməyə məcbur edir. O hesab edir ki, cəmiyyətdə məhdudiyyətlərin altı tipi cinsi dimorfizmin spesifik sosial fenomeni kimi "maskulinliyin" təzahürünə müəyyən təsir edir:
■ hisslərin ifadəsinə və emosional davranışa qadağa;
■ sağlamlıq problemlərinə diqqətsizlik;
■ nailiyyətlərə və müvəffəqiyyətlərə düşkünlük;
■ seksual davranışının reqlamentləşdirilməsi;
■ hakimiyyətə və rəqabətə yönəlmə;
■ homofobiya (eyni cinslərin sevgisinə nifrət)
Sosial normalar və stereotiplər kişilərin həyat və fəaliyyət prosesində spesifik problemlərə səbəb olur.
Maskulinlik böhranı — bizim əsrimizin problemidir. Böhran azad bazarda əməyin xarakterinin dəyişikliyi, qadının iqtisadi və sosial azadlığı bağlıdır. Digər tərəfdən, kişilərdən bərabərhüquqlu ictimai iqtisadi əməkdaşlıq şəraitində yalnız ailənin təminatında daha çox fəallıq tələb olunmur, həm də daha əvvəllər onlar üçün sosial rol cəhətdən xarakterik olmayan funksiyaların icra edilməsi tələb olunur. Məsələn, ev üzrə işlərin icraedilməsi və ya xəstə uşağa qulluğun həyata keçirilməsi. Əgər kişi işsizdirsə və qadının çalışması, gəliri ailənin maliyyələşdirilməsinin tək mənbəyidirsə, onda vəziyyət daha da gərginləşir. Beləliklə, sosiallaşma prosesində formalaşmış cins-rol ustanovkalarının aşınması baş verir və bu aqressiya, zorakılıq, intihar kimi müəyyən problemlərə gətirib çıxarır.
Dostları ilə paylaş: |