Rusiyanınv Sankt-Peterburqun əhalisinin intihar səbəbindən ölüm faizi
İl
|
100 min insana düşən intihar sayı 1>к
|
|
Rusiya
|
Sankt-Peterburq
|
|
kişilər
|
qadınlar
|
Cəmi
|
kişilər
|
qadınlar
|
Cəmi
|
1990
|
23,2
|
6.5
|
14.3
|
29.2
|
9,6
|
18,4
|
',991
|
24,9
|
6,7
|
152
|
30,7
|
11.4
|
20,0
|
1992
|
37.6
|
9,9
|
31
|
35.0
|
12,3
|
1
|
1993
|
49.5
|
13.5
|
38
|
38.9
|
12.0
|
24,0
|
1994
|
|
|
42
|
38,1
|
11,1
|
23.0
|
1995
|
|
|
42
|
37.6
|
11.6
|
23,3
|
19%
|
|
|
39
|
33,1
|
9,2
|
19,9
|
1997
|
|
|
38
|
32.3
|
8,9
|
19,3
|
199S
|
|
|
35
|
28,4
|
7,8
|
17,0
|
1999
|
|
|
39
|
32,9
|
9,3
|
20,7
|
Y. Qilinskiy qeyd etdiyi kimi kişilər qadınlardan çox könüllü olaraq həyatdan imtina edirlər, bu nisbət 3,8:1 kimi səciyyələnir və dünya üzrə intihar davranışının dinamikasına uyğundur.
Beləliklə, 1988 bu nisbət ABŞ-da 4:1 , 1990-da Yaponiyada — 1,6:1, 1990-da Polşada — 4,9:1, 1990-da Macarıstanda — 2,8:1, 1990-da Fransada — 2,6:1 təşkil etdi.
Q.Rumyantseva hesab edir ki, 90-cı illərdə kişilərdə intihar fəallığının artması onların psixikasını zədələyən psixoloji yüklənmələrlə bağlıdır. Kişilər qadınlarla müayisədə dəyişən sosial şəraitə daha az uyğunlaşa bilirlər.
E. Dyürkheym "İntihar" əsərində bu barədə qeyd etmişdir ki, kişi "özündən kənarda çoxlu dayaq nöqtəsi tapanda tarazlığı saxlaya bilir və onun mənəvi sabitliyi bir çox xaric şərtlərdən asılı olduğu üçün bu vəziyyət daha asan pozulur".
Buna görə təsadüfi deyildir ki, sosial-iqtisadi qeyri-sabitlik ömrün uzunluğu kimi amilə təsir edir. Beləliklə, əgər kişilərdə ömrün uzunluğu 1987-də — 65 il təşkil edirdisə,1994-cü ildə bu göstərici— 58 ildir.
Alkoqolizm
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə kişilər qadınlardan daha çox alkoqolizmdən əziyyət çəkirlər. Lakin əgər XX əsrin başlanğıcında kişilərin və qadınların arasında nisbət 1:10-u təşkil edirdisə, əsrin sonunda — artıq 1:5-dir. Cins-rol stereotipləri və sosial ustanovkalar kişilərdə alkoqol asılılığının formalaşmasına müəyyən təsir edir. Streslər, dezadaptiv amillər, ailə münaqişələri, maliyyə problemləri, işdə qarışıqlıqlar, boşanmalar alkoqolizmin formalaşmasını təhrik edir.
ALKOQOLİZM — xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq — "alkoqol asılılığı sindromu" — alkoqoldan fiziki və psixi asılılıq şəklində görünən və şəxsiyyətin sosial deqradasiyasına, maddələr mübadiləsi, daxili orqanlar,sinir sistemi patologiyalarına gətirən sərxoşluq nəticəsində inkişaf edən xəstəlikdir.
|
Alkoqol müxtəlif təsirili psixotrop vasitədir. Dozadan asılı olaraq o eyforiya yaradıcı, antidepressiv - yuxugətirən, təsir göstərə bilər. Alkoqol daimi istifadə olduqda tədricən alkoqoldan asılılıq sindromu formalaşır. O yalnız müxtəlif növ xəstəliklər (şəkər, hepatitlər, sirrozlar və s.), əmələ gətirmir, həm də ailədə və cəmiyyətdə zorakılığın müxtəlif formalarının meydana gəlməsinə səbəb olur.
Rus tədqiqatçısı İ. Sikorskiy XIX əsrin sonunda təsdiq etdi ki, alkoqol — "böyük qatildir". Kriminal xronikaya görə 1870-ci ildən 1887-ci ilə qədər olan dövrdə Rusiyada "qəfildən və təsadüfi ölümlər" qeyd alınmışdır.
qəfilvətəsadüfiölümlər
|
Kişilər
|
Qadınlar
|
Cəmi
|
İldırım vurması nəticəsində
|
6410
|
3 499
|
9909
|
Yanmış
|
9640
|
6640
|
16280
|
Donmuş
|
18620
|
3530
|
22150
|
Həddən artıq araq qəbul etmədən
|
76786
|
7431
|
84217
|
Suda batmış
|
95690
|
28810
|
124500
|
"Arağın həddən artıq qəbulundan" 76 786 kişi ölmüşdür, əgər İ. Sikorskiy hesab etdiyi kimi başqa ölüm hadisələrinə baxsaq, onda "böyük qatilin" qurbanı olan kişilərin sayı siyahısını davam etdirmək olar.
18 iyul 1914-cü il Rusiyada "quru qanun" çıxır və ilk dönəmlərdə müsbət nəticələr gətirir, ancaq 1915-ci ildə vəziyyət əhəmiyyətli dərəcədə pisləşir və tədqiqatçıların qeyd etdiyi kimi, surroqatların və həmçinin çəkmə araqların kütləvi istifadəsinin tendensiyaları qeyd edilirdi.
Sovet hakimiyyətinin birinci illərində satışına və istehsalına icazə verilən alkoqollu içkilərin siyahısının genişlənilməsi üzrə qərarlar qəbul edilir. Nəticə olaraq 1 oktyabr 1925 il "qırxdərəcəlinin" istehsalı başlanır. Dövlət inhisarçılığının tətbiqi çəkmə araq "istehsalını" kəskin azaltdı.
XX əsrin 90-cı illərinin sonlarında əhalinin alkoqola meyillənməsilə bağlı vəziyyət pisləşir. Tədqiqatçı A. Nemsov qeyd etmişdir ki, Rusiya ilk dəfə adambaşına 13,0 l olan Fransanı ötüb alkoqolun adam başına istehlakı üzrə dünyada birinci yerə çıxır (adambaşı 14,5 l. 1993-cü ildə).
Alkoqoldan ölüm faizinin dinamikası dəyişməmiş yüksək olaraq qalırdı. Y.İ.Qilinskinin tədqiqatlarına görə Sankt - Peterburqda 100 min əhali sayından şəhər sakinlərinin ölüm faizinin dinamikası 1990-cı illərdə növbəti göstəriciləri təşkil etdi:
İllər
|
Hər 100 min əhalidən
|
1990
|
11.6
|
1993
|
49, 1
|
1994
|
46.3
|
1995
|
28,3
|
1996
|
21,5
|
1997
|
15.7
|
1998
|
19.0
|
1999
|
23.0
|
Alkoqolizmin ümumiyyətlə və xüsusilə kişilərdə inkişafının sosial-psixoloji ilkin şərtlərini müxtəlif stresogen amillərə adaptasiyanın çətinlikləri ilə bağlayırlar. V. Dunaevskinin,V. Styajkinanın fikrincə, alkoqola meyil şəxsiyyətin fərdi psixo-fizioloji xüsusiyyətləri və tərbiyə şəraiti ilə əlaqəlidir. Onlar alkoqolizmin inkişafına meyillilyi olan şəxsiyyətin dörd tipini ayırırlar:
■ özünü həddən artıq qiymətləndirən şəxslər, özünü tənqiddən uzaq olanlar;
■"aqressivlər", asosial, qəddar, asanlıqla kiməsə və ya nəyəsə nifrəti hissi yarananlar;
■"uyğunlaşdırılmamışlar", yardıma əli çatmayanlar, nevroz reaksiyalarına meyillilər;
■"qəribə olanlar", depressiyanın və paranoyanın xüsusiyyətləri olanlar.
Kişi stereotipləri və seksuallıq
Erix Fromm, kişi seksual meylinin motivasiyası haqqında düşünərək, nəticəyə gəlmişdir ki, onun əsasında "qeyri-seksual mənşəli" hadisə — şöhrətpərəstlik durur. "Bir tərəfdən kişilər seksual macəralar üçün güclərinin və enerjisinin bol olduğunu zənn edirlər, ona görə digər tərəfdən qadınların cazibədarlığı onu təhrik edir, lakin əslində öz şöhrətpərəstliyinin təsiri altındadır: o başqa kişilərin üzərində öz üstünlüyünü isbatlamaq istəyir".
"Şöhrətpərəstlik" fenomeni mürəkkəb psixo-sosial şərtlərə malikdir. O seksual sferada kişilərin stereotipləri ilə, kişilərin seksual müstəqilliyinə-qeyri-müstəqilliyinə cəmiyyətin baxışı ilə, ailədə cütlük arasında sadiqliyə-xəyanətə olan normativ tələblərlə bağlıdır.
Zilbergqeldin yanaşmalarına əsasən, kişilər haqqında seksual stereotiplər növbəti mifologiyanın ətrafında formalaşır:
■ kişi müəyyən hisslərə malik olmamalıdır və ya ən azı onları göstərməməlidir;
■ cinsi münasibətdə hər yerdə olduğu kimi yalnız nailiyyətlər hesablanır;
■ cinsi münasibətdə kişi məsuliyyəti və rəhbərliyi öz üzərinə götürür;
■kişi həmişə cinsi münasibətdə hazırdır;
■ bədən əlaqəsi cinsi münasibətə aparmalıdır;
■ cinsi münasibət cinsi əlaqə deməkdir;
■ cinsi münasibətdə təbii və spontan olmalıdır.
Frustrasiya və məyusluq spesifik, kişi cinsinə aid olan qorxular doğura bilər. Belə qorxulara K. Xorni "qadının istədiklərini ona verə bilməmək" amilini aid edir. O hesab edirdi ki, bu qorxu əsasında cinsin biologiyası durur, yəni "kişi hər dəfə qadına öz bacarığını sübut etməyə məcburdur". Maskulinliyə (elə özünün mövcudluğu böyük dəyər daşıyan anlayış kimi) dair iddialar, istehzalardan çəkinmə müəyyən inamsızlığa, kişi və qadın arasında münasibətlərin dayanıqsızlığına səbəb olur.
Yardım funksiyasını yerinə yetirən peşələrin təcrübəsi göstərir ki, kişilərin intim münasibət stereotipləri müxtəlif psixoseksual pozuntuları təhrik edə, depressiya vəziyyətlərinə gətirə və ya qadınlara qarşı aqresiyanın müxtəlif formalarına səbəb ola alkoqolizmə və qanundan kənar davranışa meyillənməyə təsir edə bilər.
Kişilər haqqında stereotiplərin digəri isə kişilərin intim münasibətlərin təşəbbüskarı kimi təsəvvürlərin olmasıdır. Bu problematika kontekstində psixoloqlar davranışı maskulin mifologiya ilə əlaqəli olan kişilərin növbəti rol tipologiyasını təqdim edirlər:
■"məyus olmuş" — uzun illər birgə həyatdan sonra cinsi münasibət arzusunu itirmiş; cinsi münasibətə yeni "yanaşmaları" tapmağa çalışamayan;
■"istilaçı" yeni seksual əlaqələrin daimi axtarışları ilə məşğul olan, öz nailiyyətlərilə özünü təsdiq edən;
■"qaçaq" — ailə-nikah münasibətlərindən məmnunluq hiss etməyən, kənar psixo-seksual harmoniyanın axtarışlarını həyata keçirən.
Bu mifologiya əsasında nikah-ailə münasibətlərində disharmoniyanin səbəbləri durur, həyat yoldaşlarında emosiya və seksuallığın kifayət qədər olmaması, şəxsiyyətin sosial cəhətdən yetkinləşməməsi və ər-arvad xəyanətinə təhrik edən müxtəlif komplekslər. Demək olar ki, kişi — nikah-ailə problemlərinin kontekstində müştəridir, onun psixo-seksual problemləri — sosial işin ən əhəmiyyətli tərkib hissəsidir.
Amerika tədqiqatçısı C.Masionisin yazdığı kimi nikahdankənar cinsi əlaqə — bu daha bir reallıqdır. Çünki real nikah onun ideal obrazı ilə üst-üstə düşmür. Ümummilli sorğuya əsasən, 90% amerikalı hesab edirlər ki, nikahdan kənar cinsi münasibət yolverilməzdir, ancaq anonim anket cavablandıran respondentlər içərisindən 21% kişi etiraf etdi ki, heç olmasa bir dəfə həyat yoldaşına xəyanət etmişlər.
Qadınlar
XX əsrin patriarxal mədəniyyəti dünyanın çox ölkələrində qalsa da, bununla belə əhəmiyyətli dəyişikliklər baş verir. Sərbəst sosiomədəni hadisə kimi qadın fenomeni bu gün elmi fikirin müxtəlif istiqamətlərində nəzərdən keçirilir: sosiologiya, politologiya, feminologiya, psixologiya, antropologiya və başqalarında.
Sosial işdə qadın-müştəriyə yanaşmaların müəyyən olunmasında - feminizm nəzəriyyələri, psixoloji-antropolojı yanaşmalar, cins-rol identikliyinin psixoloji nəzəriyyələri, stereotiplərin sosioloji nəzəriyyələri öz rolunu oynamışdır. Bu konseptlərdə toxunulan əsas mövzular qadının azadlığı və müstəqilliyi, mədəniyyətdə və cəmiyyətdə onun tabe olunmasının mənbələri, cinslərin bərabərliyinin bno-sosial fenomeni, cins-rol identikləşmənin özünəməxsusluğudur. Bu, tədqiqatçıların elmi mövqelərdən qadın fenomeninin xüsusiyyətini müəyyən etməyə çalışdığı problemlər kontinuumudur.
Feminizm nəzəriyyələri
Feminizm nəzəriyyələri "qadın və cəmiyyət", "qadın və sənaye", "qadın və istehsal" kimi ən əhəmiyyətli ictimai-iqtisadi dilemmaları anlamağa çalışır. Cinsin determinantı, spesifik ictimai miflər əsasında onlar şəxsiyyətin dərk edilməsinə sosial-tarixi yanaşma tətbiq etmişlər, ictimai münasibətlərin təhlilini təqdim etmişlər. Müasir feminizm liberal, radikal, marksizm və sosializm istiqamətləri tərəfindən izah edilir.
Dostları ilə paylaş: |