İnkişafın sosial və mədəni aspektlərini öyrənən Harvard layihəsinin tədqiqatçıları insanın müasir modelini təqdim etməyə cəhd etmişlər. Bu “ideal insan” aşağıdakı keyfiyyətlərə malik olmalıdır:
Eksperiment, yenilik və dəyişiklikliyə açıqlıq. Bu müxtəlif yollarla ifadə edilə bilər: "Yeni bir dərman və ya müalicənin yeni bir üsuluna müraciət etməkdə, yeni bir nəqliyyat vasitəsi və ya informasiya vasitəsini istifadə etməkdə, yeni bir nikah mərasimi ya da gənclər üçün yeni bir təhsil növü tətbiq etməkdə."
Rəylərin plüralizminə hazır olmaq və hətta onu rəğbətləndirmək. "Müasir insan müxtəlif baxışların mövcudluğunu qəbul edir. O başqalarının fikirlərinin onun baxışlarını dəyişdirəcəyindən qorxmur. O həm də hesab etmir ki, ictimai rəy yuxarıdan formalaşmalıdır.
"Müasir insanın öz həyatını elə həyatın özünün yaratdığı maneələri aradan qaldırmaq üçün təşkil edə biləcəyinə olan inamı". Bu, təbiəti fəth etmək, siyasi, iqtisadi və digər sosial problemləri nəzərə almaq imkanı ilə bağlıdır.
İctimai və şəxsi həyatda nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün gələcək addımların planlaşdırılması.
Gələcək addımları hesablamağa imkan verən sosial həyatın (iqtisadi qanunlar, ticari qaydalar, hökumət siyasəti) tənzimlənə bilən və proqnozlaşdırıla bilən olmasına inam.
Paylanmanın ədalətli olması hissini duymaq, yəni mükafatın təsadüfdən asılı olmadığına, daha çox peşəkarlığa və çəkilmiş zəhmətə uyğun olmasına inam.
Formal təhsil və tədrisin yüksək dəyərləndirilməsi.
Digərlərinə, həmçinin daha aşağı statusa və hakimiyyətə malik olanlara hörmət.
Ancaq şəxsin fərdi xüsusiyyətləri barədə danışarkən bu ideal model əhəmiyyətli dərəcədə korreksiyaya uğrayır.
İndividuallıq dedikdə ayrıca fərdin mahiyyətini əks etdirən keyfiyyət və fərqli xüsusiyyətlərin məcmusu başa düşülür.
Sosial iş təcrübəsində müştərilərin fərdi problemli sahələri müxtəlif amillərlə müəyyən edilir. Onların müxtəlifliyi bizə geniş tip bölgüsü və təsnifat verməyə imkan vermir. Lakin sosial iş təcrübəsində rast gəlinən müştərilərin şəxsi sorğuları ətrafında qruplaşan əhəmiyyətli biopsixososial dominantları ayırd etmək olar. Bu cins, yaş, müştərinin psixi sağlamlığı və seksuallığı amilləridir.