Psixososial həyat hadisələri və xəstəlik. Bu konsepsiya ağır (gərgin) həyati vəziyyət və xəstəlik arasında qarşılıqlı əlaqəni əsaslandırır. Əsas yanaşmalar: həyatı çətinləşdirən hadisələrin öhdəsindən gəlmək sosial, emosional və koqnitiv xərclər tələb edir və psixososial stressin inkişafına səbəb olur. Bu halda xəstəliyin inkişafına böyük təhlükə yaranır. Bu yanaşma psixi və ruhi xəstəliklərdə xüsusi təzahür edir. Bütov cəmiyyətə aid inkişaf şərtləri və tendensiyaları bu yanaşmada nəzərə alınmır, hərçənd həyatda bu hadisənin baş verməsinə, miqyasına, növünə, vaxtına müəyyən münasibətə malikdir. Həmçinin subyektiv göstəricilərə, stress reaksiyalarına və həyati dəyişikliklərə uyğunlaşmanın formalarına kifayət etməyən diqqət ayrılır.