Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Sosial işdə “emosional yanma” və psixogigiyena



Yüklə 0,73 Mb.
səhifə236/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   232   233   234   235   236   237   238   239   ...   294
Sosial işdə “emosional yanma” və psixogigiyena

Professional fəaliyyət əlahiddə əlverişsiz şəraitdə və ekstremal əmək şəraitində ciddi dəyişikliklərə məruz qalır. “Emosional yanma” sindromu adı verilən peşə xəstəliyi “insan – insan” sisteminin digər mütəxəssisləri kimi öz fəaliyyəti etibarilə başqa insanlarla gərgin ünsiyyətdə olan sosial işçilərə xas olan bir xəstəlikdir. Bu, onunla bağlıdır ki, öz fəaliyyətində sosial işçi professional bilik, bacarıq və vərdişlərdən əlavə, əhəmiyyətli dərəcədə bir növ “emosional donor” kimi öz şəxsiyyətindən də istifadə edir ki, bu da professional risk amilindən biridir.






PROFESSİONAL XƏSTƏLİKLƏR – Bu peşəyə xas amillərin təsirindən bu peşə üçün səciyyəvi olan əmək şəraitindən və yaxud, bütövlükdə bu istehsalat üçün spesifik olan əmək şəraitindən yaranan xəstəliklər

“Emosional yanma” sindromunun mahiyyəti bir çox alimlər tərəfindən tədqiq edilmişdir.

K.Kondo “emosional yanma”nı həddən artıq iş yüklənməsi və şəxslərarası qeyri-adekvat münasibətlər səbəbindən iş yerinə adaptasiya olmama kimi müəyyənləşdirir. Onun tərəfindən izah edilən, hər şeydən öncə, insanlarla intensiv surətdə və alturistcəsinə işləyənlərin məruz qaldığı “yanma” anlayışı yuxarıda söylənən fikirlə uyğunluq təşkil edir. Belə emosional gərgin iş həddən artıq psixi enerjinin sərt edilməsi ilə müşayət olunur ki, bu da psixosomatik yorğunluğa (taqətdən düşmə) və emosional üzülməyə (tükənmə) gətirib çıxarır. Nəticədə narahatlıq (həyəcan), qıcıq olma, əsəb, surətli ürək döyüntüsü fonunda özünü qiymətləndirmənin aşağı düşməsi, təngnəfəslik, mədə-bağırsaq pozuntusu, baş ağrıları, aşağı təzyiq, yuxu pozuntusu və bir qayda olaraq, ailə problemlərinin də yaranması meydana gəlir. “Emosional yanma”nı meydana gətirən stress xarakterli amillərin təsiri əhəmiyyətli sayda peşə dairəsini əhatə edir və bu xəstəliyə məruz qalanların sayını artırır.

Belə halların ilkin tədqiqatı əsasən təsviri və epizodik xarakter daşıyırdı. Lakin 1981-ci ildə “emosional yanma” nı öyrənən aparıcı mütəxəssislərdən biri olan S. Maslaç bu sindromu emosional planda tükənib taqətdən düşmə hissini, dehumanizasiya, depersonalizasiya simptomlarını, öz-özünü neqativ yöndə qiymətləndirmə hissini, professional planda isə peşəkar ustalığın itirilməsi vəziyyəti kimi cəhətləri əhatə edən xüsusi vəziyyət kimi xırdalıqlarına qədər açıb göstərdi.

1983-cü ildə E. Maher öx xülasəsində ümumiləşdirmə apararaq “emosional yanma” simptomlarının siyahısını tərtib etdi: yorğunluq, gücdən düşmə, üzülmə; psixosomatik kefsizlik, yuxusuzluq, müştərilərə neqativ münasibət; işin özünə neqativ münasibət; iş fəaliyyəti repertuarının zəifliyi, kimyəvi maddələrdən – tütün, qəhvə, alkoqol, narkotikdən sui-istifadə; iştahanın itməsi və yaxud əksinə həddən artıq yemə, neqativ “Mən konsepsiyası”; aqressiv hisslər (qıcıqlanma, gərginlik, narahatlıq, həssaslıq, həddindən artıq həyəcan, qəzəb); aşağı əhvali-ruhiyyə və bundan irəli gələn emosiyalar (arsızlıq, pessimizm, ümidsizlik hissi, apatiya, depressiya, mənasızlıq duyğusu); günakarlıq hissi keçirmə.

1982-ci ildə S. Maslaç sindroma məruz qalan şəxslər üçün vacib səciyyəvi xüsusiyyətlər kimi aşağıdakıları sadalamışdır: emosional “Mən”in tükənmişliyə qarşı dura bilməsi üçün fərdi imkanlarının son həddi; özünü qoruyub saxlamanın hesabına “yanmaya” əks təsir göstərmək; hissləri, düzərgahı, motivləri, gözləntiləri əhatə edən duyğular; distress, diskomfort, disfunksiya və ya onların nəticələri.

Yanma sindromunun əsas əlamətləri bunlardır:


  • emosional tükənmişlik duyğusu;

  • müştəriyə münasibətdə neqativ hisslərin mövcudluğu;

  • neqativ özünüqiymətləndirmə.

Sindromun bu əlamətləri onu öyrənən və müşahidə edən klinistlərin bir çoxu tərəfindən qeyd edilir.

Alimlər tərəfindən emosional yanma sindromunun əlamətləri müəyyənləşdirildikdən sonra bu fenomen hamıya bəlli oldu və qanuna uyğun olaraq bu xəstəliyin inkişafını əngəlləyən və ya onun yaranmasına səbəb olan amillərin aşkarlanması və sinifləndirilməsi zərurəti yarandı. Tədqiqatlar nəticəsində alimlər belə bir qənaətə gəldilər ki, “emosional yanma” da 3 əsas amil mühüm rol oynayır:



  • şəxsi amil;

  • rol amili;

  • təşkilati amil.

Şəxsi amilin öyrənilməsi zamanı bəzi tədqiqatçılar (P.Tornton) aşağıdakı göstəriciləri diqqətə almışlar: yaş, cins, ailə vəziyyəti, ümumi staj, təhsil səviyyəsi, hazırkı işdəki staj, sosial vəziyyət. Lakin sonradan bəlli oldu ki, bunların heç biri “emosional yanma” səviyyəsi ilə əlaqəli deyildir.

Digər tədqiqatçılar (A.Payns) motivasiya və “yanma” arasındakı əlaqəyə xüsusi diqqət ayırdılar; əsasən əmək fəaliyyətinin maaşdan məmnun qalma, iş yerində şəxsi əhəmiyyətlilik duyğusu, professional cəhətdən irəli getmə, müstəqillik və rəhbərlik tərəfindən olunan nəzarətin səviyyəsi və digər bu kimi motivlər öyrənildi. “Yanma” sindromunun əmək haqqı səviyyəsilə birbaşa bağlılığı aşkar edilməmişdir. Bununla yanaşı professional yüksəlişdən və istiqamətverici yardımlardan (xeyirxahcasına yanaşma) məmnun qalmamağın daha çox “yanma” sindromunun inkişafına şərait yaratdığı ortaya çıxdı. Müstəqillik çatışmazlığından əziyyət çəkən sosial işçilərin (fövqəlnəzarət edilənlər) daha çox “yanmaya” məruz qaldıqları aşkar edilmişdir.

Stressli məsələlərin həll edilməsinsə K.Kondonun tədqiqatı xüsusi əhəmiyyət kəsb edir. O, streslə rəqabətə davam gətirməyərək ona aqressiv, qeyri-təmkinlə reaksiya göstərənləri daha zəif hesab edir. Stress amili, bir qayda olaraq, həyatda istədiklərini reallaşdıra bilmədikləri səbəbindən məyusluq hissi keçirənlərə təsir edir. Konda, həmçinin əməyə həddən artıq aludə olanları da “yananlar” tipinə aid edir.

X.Freydenberqer “yanma” sindromuna məruz qalanları şəfqətli, humanist, yumşaq, aludəçi, idealist, başqalarının yardımına yetişməyə meylli və eyni zamanda da qərarsız, intravert, fanatik, asanlıqla həmrəyliyə gələn insanlar kimi xarakterizə edir. E.Maher bu kateqoriyaya empatiya səviyyəsi aşağı olanları və avtoritarizmə meylli olanları da aid edir.

Beləliklə, sosial işçilərin şəxsi keyfiyyətləri “yanma” sindromuna qarşıdurmada çox böyük rol oynayır.

“Emosional yanma”da rol amilinin çox böyük əhəmiyyəti var. Alimlər tərəfindən aparılan tədqiqatlarda rol münaqişəsi, rol qeyri-müəyyənliyi və “yanma” arasında olan mühüm korrelyasiyalar aydınlaşdırılmışdır. Onlar bu halların, xüsusilə, ümumi fəaliyyətdə yekdilliyin zəif olduğu, səylərin birləşdirilmədiyi, rəqabətin hökm sürdüyü professional situasiyalarda daha çox özünü göstərdiyini aşkar etmişlər. Halbuki əməyin nəticəsi fəaliyyətdəki uzlaşma və koordinasiyadan asılıdır. İki müxtəlif qrupda aparılan “yanma” səviyyəsinin təhlili göstərdi ki, iş yükünün adi qaydadan daha artıq olması ehtimalına baxmayaraq, işdə məsuliyyətin bölüşdürülməsi və kollegiallıq “yanma sindromu”nun inkişafını azaldır. Beləliklə, sosial işçinin fəaliyyətində rol münaqişəsinin mövcudluğu “yanma” sindromunun yaranmasına səbəb olur.

Yanma sindromunun inkişafına təşkilati amil də təsir göstərir. Onun təsir gücü işin öz məzmununa nisbətdə daha mürəkkəb olması, buna baxmayaraq yetərincə təşkil olunmaması və qiymətləndirilməməsi, göstərişlərin işin məzmununa uyğun olmaması və digər bu kimi hallarla bağlıdır. Funksiyaların qeyri-müəyyənliyi və məsuliyyətin çatışmazlığı da sindromun yayılmasına şərait yaradır. Əməyin müxtəlif tərzdə stimullaşdırılması, professional yüksəliş imkanlarının təminatı, tapşırıqların dəqiq bölüşdürülməsi, düşünülmüş vəzifə təlimatları, kollektivdə sağlam mikroiqlim “yanma” sindromunun inkişafını zəiflədə bilər.

“Yanma” sindromunun yaranmasına səbəb olan təşkilati amil vəzifədə yüksəlməsinin qeyri-mümkünlüyünü, yaradıcı muxtariyyətin olmamasını, rəhbərlik tərəfindən fövqəlnəzarəti, idarəetmədə qeyri-mükəmməlliyi özündə ehtiva edir.

K.Kondonun fikrinə görə “emosional yanma”da professional kömək 2 növ müalicə ilə mümkündür: “yanmaya” məruz qalan şəxslərlə iş və təşkilati amilin təsirinin azaldılması. Pasientlə işdə dərman preparatlarından və psixoterapiyanın müxtəlif növlərindən: “azsözlü terapiya”dan, davranış terapiyasının variantlarından istifadə edilməlidir (X.C.Fredenberqer).

“Yanma” sindromunu dəf etməyin ən mühüm prinsiplərindən biri sosial işçinin özünün psixogigiyena tələblərinə riayət etməsidir. Psixi sağlamlıq tam ruhi tarazlığı, özünü ələ ala bilmə bacarığını, mürəkkəb vəziyyətlərə tez uyğunlaşıb, onları dəf etmək bacarığını, qısa müddət ərzində ruhi tarazlığın bərpa edilməsini nəzərdə tutur




PSİXOGİGİYENA – insanın psixi inkişafı və psixi vəziyyətinə faydalı təsir göstərən amilləri, həyat tərzini və ətraf mühit şəraitini öyrənən və psixi sağlamlığın qorunub saxlanmasına və möhkəmləndirilməsinə yönəlik tövsiyyələr işləyib hazırlayan psixatriya və gigiyena sahəsi.

Peşə ünsiyyəti prosesində sosial işçinin qeyri-normal psixi reaksiyasının qarşısını almaq psixogigiyenanın ən başlıca vəzifəsidir.

Sosial işçinin psixogigiyenası onun “yanma” sindromuna tolerant yanaşmasını təmin edir. Sosial işçi emosional cəhətdən möhkəm olmalı, psixi yüklənməyə hazır olmalı, şəxsi fəaliyyətində və qiymətləndirmədə mümkün sapmalardan qaçmalıdır.

Özünənəzarət, özünü qiymətləndirmə, həmçinin stressədayanıqlı keyfiyyətlər, fiziki məşq, özünətəlqin, öz emosiyalarını idarə etmək və diqqəti başqa istiqamətə yönəltmək kimi psixoanalitik keyfiyyətlər mühüm əhəmiyyət kəsb edir. Sosial işçi üçün özünü ələ ala bilmək bacarığı olduqca vacibdir. Bu keyfiyyət psixologiyada şəxsiyyətin sosial və emosional yetkinliyinin göstəricisi kimi dəyərləndirilir. Qeyd etmək lazımdır ki, özünü ələ ala bilmək bacarığı şəxsi keyfiyyətdən daha çox ekstremal situasiyada davranışların idarə edilməsi prosesidir. Sosial işçi tez-tez belə situasiyalara düşdüyü üçün xüsusi olaraq özündə soyuqqanlılıq bacarığını və vərdişlərini inkişaf etdirməlidir.

Sosial işçinin bir peşəkar kimi rolu həkim və yaxud psixoloq rolundan daha çətindir. Belə ki, onun həkim və psixoloq kimi professional statusu yoxdur.

Sosial işçi öz fəaliyyətində tez-tez neqativ əks transfertlə qarşılaşmalı olur.





Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin