QİYMƏTLƏNDİRMƏ – sosial işdə problemi, onun yaranma səbəbini dərk etmə və onu minimuma endirmə və ya həll etmə bacarığıdır.
II MƏRHƏLƏ: ÖHDƏLİKLƏR VƏ ROLLARIN İNDUKSİYALAŞDIRILMASI
Bu mərhələdə müştəri sosial işçi tərəfindən göstərilən səmimilik, şəfqət və diqqəti hiss etməyə davam etməlidir. Eyni zamanda müştəri tərəfindən müqavimət, əlaqənin davam etməsinin istənməməsi kimi hallar da bu mərhələdə baş verə bilər. Sosial xidmət müəssisələrinin istifadə etdiyi dilin müştəri tərəfindən başa düşülməməsi, göstərilən köməklə müştərinin gözləntisinin üst-üstə düşməməsi belə müqavimətin səbəblərindən biri ola bilər.
Lakin sosial işçi yaranmış vəziyyətdə hazırkı sosial xidmətin müştəri üçün daha faydalı olacağını ona çatdırmağa borcludur. Bu mərhələdə sosial işçi və müştəri arasında problemin həll edilməsinə yönəlik yanaşmaların müəyyənləşdirilməsinə kömək edən münasibətlərin qurulması baş verir.
III MƏRHƏLƏ: İLKİN MÜQAVİLƏ
Bu mərhələdə yardım və dəstək haqqında ilkin şifahi müqavilə formalaşdırılır. Burada mühüm şərt subyektin özünü müştəri roluna identifikasiya etməsidir, sosial işçi isə problemin onun səlahiyyəti çərçivəsində olduğunu dərk etməyə borcludur.
Dostları ilə paylaş: |