Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Qrup üzvləri arasında qarşılıqlı fəaliyyət



Yüklə 0,73 Mb.
səhifə266/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   262   263   264   265   266   267   268   269   ...   294
Qrup üzvləri arasında qarşılıqlı fəaliyyət

Bu modeldə irəli sürülən konsepsiyaya uyğun olaraq fərdlər qrup qarşılıqlı fəaliyyəti prosesində fəallıq göstərirlər. Qrupun hər bir üzvü səlahiyyətlərindən hakimiyyəti idarə etmək üçün istifadə edə və onu bölüşdürə bilər. Belə ki, qrupda iş prosesi fərdin sosial fəaliyyət gücünü artırmağa yönəlik sosial təlim elementi kimi dəyərləndirilir.

Qrup işində fərdin ən zəruri ehtiyacları sırasında birgəlik durur – birgə iştirak, bir-birinin dərdinə birgə şərik olmaq və s. Belə sosial vərdişlərin inkişaf etdirilməsi insanları bir-birindən uzaqlaşdıran, depersonallaşdıran ideologiyanın hökm sürdüyü cəmiyyətlərin tələbatına çevrilir və qrup kliniki işinin məqsədi də məhz bu tələbatları yerinə yetirməkdir. Qrupun profilindən asılı olmayaraq (terapevtik, profilaktik, inkişafla bağlı qruplar) burada əsas amil insan situasiyası ilə bağlı məsələlərdə fərdlərin birgə iştirak etmək bacarığının inkişaf etdirilməsidir.

Digər tərəfdən, belə yanaşma muxtariyyat vərdişlərini inkişaf etdirir, fərdiyyətçiliyin inkişaf etdirilməsi mövqeyində dayanır. Qrupun üzvləri onun resurslarından istifadə edərək özlərinin fərdi fərqlərini gözdən keçirməklə, fərdlərin fərdi xüsusiyyətlərini nəzərə almaqla, fərdiyyətçiliyin yalnız pozitiv tərəflərini deyil, eyni zamanda neqativ tərəflərini də dərk etməklə qruplararası qarşılıqlı fəaliyyət bacarıqların əldə edə bilərlər.

Qrup işində əsas məsələ fərdi və qrup ehtiyacları və tələbatları arasında dinamik tarazlığın daim qorunub saxlanmasıdır. Bununla yanaşı, qrup işçisi ayrı-ayrı fərdləri, onun ehtiyac və tələbatlarını müdafiə etməyə borcludur.

4. QRUPLA SOSİAL İŞİN NƏZƏRİ MODELİ

Qrupla sosial işin inkişafının dinamikası istifadə edilən yanaşmaların çox geniş şəkildə təsnifatlaşdırılmasına imkan vermir. Qeyd etmək lazımdır ki, qrupla sosial işi ilk dəfə 60-cı illərdə C.Kleyn tərəfindən təsnifatlandırılmışdır. Onun təsnifatının əsasını öz dövrü üçün xarakterik olan qrup işlərinin real istiqamətlərinin sistemləşdirilməsi təşkil edir. C.Kleynin təsnifatı aşağıdakı şəkildədir:



  1. Asudə vaxt qrupları:

  2. Təhsil qrupları:

  • ailə təhsili qrupları;

  • professional oriyentasiya qrupları;

  • sərbəst seçim qrupları.

  1. Sosial qruplar:

  • davranışın adaptiv modellərini qorunub-saxlanmasını hədəf götürmüş qruplar;

  • davranışın adaptiv modellərini dəyişməyi hədəf götürmüş qruplar;

  1. Terapiya qrupları.

Pappel və Rothman qrupla sosial işin təsnifatlandırılmasında başqa bir yanaşma təklif edirlər. Onların təsnifatlandırması sosial iş modelinin mahiyyət və görüntü xüsusiyyətlərinə əsaslanır. Burada əsas fərqləndirici meyar isə göstərilən xidmət növü, rolların və sosial işçinin qarşılıqlı fəaliyyətinin özünəməxsus xüsusiyyətləri, qrup işi metodunun paradiqması, müştərinin tipologiyasıdır. Belə yanaşma əsasında onlar çoxobrazlı qrup işinin aşağıdakı modellərini təyin etmişlər: sosial məqsədlər modeli, kliniki model, qarşılıqlı fəaliyyət (qarşılıqlı yardım) modeli.

Sosial məqsədlər modeli könüllü köməkçilər təcrübəsində qəbul edilmiş ənənəvi fəaliyyət paradiqmasını təmsil edir, eyni zamanda o, sosial iş təcrübəsinin inkişaf səviyyəsinə müvafiq şəkildə dəqiqləşdirilmişdir.

Kliniki model qrupla sosial işin kliniki modeli qrup işində istifadə edilən iki dominanta – vasitələr və kontekstə əsaslanır, müqavilə, müalicə planı, qrupun formalaşdırılması, qrupun inkişaf etdirilməsi, qiymətləndirmə və tamamlama kimi elementləri özündə birləşdirən müəyyən texnoloji yanaşma bu modelin səciyyəvi əlamətidir.

Qarşılıqlı fəaliyyət modeli qrup dinamikası prosesində qrup üzvləri tərəfindən göstərilən qarşılıqlı yardım elementlərindən ibarətdir.

Cədvəldə (bax: səh-460) qrup işinin öz modelləri çərçivəsində fərqləri göstərilmişdir.



5. QRUPLA SOSİAL İŞİN İSTİQAMƏTLƏRİ


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin