Qrup prosesləri
Qrupun ümumi məqsədi ilk başlanğıcda sosial işçi tərəfindən tənzimlənən fərdi məqsədlər əsasında formalaşır. Əsas mövzu bir-birinə kömək etməkdir. Məhz buna görə, bu qrupa müəyyən qarşılıqlı yardım sistemi kimi baxılır. Qrup işinin əsas sosial modeli qrup psixoterapiyasından əhəmiyyətli dərəcədə fərqlənir. Qrup fəaliyyəti konsepsiyası münasibətlərin yalnız qrup məkanında deyil, kənarda da qurulmasını nəzərdə tutur. Qrupun ayrı-ayrı üzvlərinə vəziyyəti dəyişmək, ətraf mühitə təəsir göstərmək bcarıqlarının öyrədilməsi zərurəti yarandığında xarici mühit də qrup işi prosesinə qoşulur. Qrupun hər bir üzvü fərdi səlahiyyət konsepsiyalarını ekstrapolyasiya edə bilər və ardınca onlar qrup tərəfindən ya qəbul edilə, ya da rədd edilə bilər.
Digər fərqləndirici cəhət isə ondadır ki, konsepsiya qrupun inkişafını “qrup bütöv tamlıq kimi” situasiyasında görür. Bu, sosial işçidən qrup qarşılıqlı fəaliyyətinin və baş verən dəyişikliklər prosesinin inteqrativ mexanizmləri haqqında yüksək səviyyəli anlayışa sahib olmasını tələb edir.
Ani olaraq toplanmış və ya qrup işinin səyi nəticəsində yaradılmış qrupun ilkin tərkibi inkişafın muxtar strukturunu formalaşdırır ki, burada situasiyanı koordinə edən, qrup inkişafını zəruri ehtiyacların həll edilməsinə yönəldən rolu öz üzərinə götürən liderlər meydana çıxır.
Bu qrupun fərqləndirici amili məqsədlərin çevikliyi və insanların müxtəlif ehtiyaclarının nəzərə alınmasındadır.
Dostları ilə paylaş: |