Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Kömək edən insan — altruistik davranışın fəlsəfi əsasları



Yüklə 0,73 Mb.
səhifə69/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   294
Kömək edən insan — altruistik davranışın fəlsəfi əsasları

Sosial işçi tarixi proses kontekstində kömək edən subyektin mədəni-tarixi patternini təcəssüm edir. Kömək edən subyekt bütün mifik, dini, fəlsəfi və etik sistemlərdə yardım konseptlərində meydana çıxır. Yardım konseptinin fəlsəfi əsası kimi Antik dövrlə müqaisədə daha qədim mədəniyyətlərdə inkişaf edən tale haqqında, insanın həyat strategiyalarının müqəddəratı haqqında təsəvvürlər çıxış edir. Məhz orada subyektlər arasında münasibətlərin tipləri haqqında təsəvvürlər yaranmışdır və bu münasibətlərdə bir tərəf — aktiv, müəyyən edən, digər tərəf isə — passiv, müəyyən edilən tərəfdir. Münasibətlərin bu konsepti təkcə fəlsəfi və dini-etik doktrinalar vasitəsilə dərk edilməyəcək, həm də müxtəlif tarixi dövrlərdə kömək edən subyektlərin patternlərini formalaşdıraraq əhalinin zəif qatlarının köməyi və müdafiəsinin ictimai təcrübəsində inkişaf edəcək. Lakin yardım konsepti “tale” kimi çoxölçülü və mürəkkəb anlayış vasitəsi ilə açılaraq, fərdi anlam müəyyənliyinə malikdir. Tale anlayışı ilə insan iştirakı haqqında, “tale tərəfindən unudulmuş”, sosial cəhətdən zəif subyektlərə münasibətdə insan davranışının əxlaqi idealı barəsində təsəvvürlərin kifayət qədər konkret dairəsi bağlıdır. Məhz bu kontekstdə “hadisə” anlayışı xüsusi məna kəsb edir. Müxtəlif tarixi dövrlərdə o, öz əxlaqi-etik müəyyənliyində başa düşülür. Hadisə bir simvol, taleyin nişanı kimi tarixi prosesdə aktiv və passiv subyektlərin mövqelərini müəyyən edir, kömək edən subyektin normaya salınmış davranışını, dəstəyin sərhədlərini, patternlərini müəyyən edir.

Antik dövrdə tale insanın üzərində ən yüksək hakimiyyətə malik olan, bütün onun təkrarolunmazlığında şəxsiyyətin həyat yolunu müəyyən edən gücü təyin edir. Qədim yunanların dini təsəvvürlərində müəyyən nizamlılığı əldə edən Allahlar, bəzi funksiyaların daşıyıcısı, xüsusi “sosial güclər” olurlar, insanın həyat ssenarisinə müəyyən tərzdə təsir edirlər. Məsələn, Homerin eposunda Afina Odisseyə öyüd-nəsihət verir, ona evə qayıtmağa kömək edir. Afina onu tanınmamaq üçün yaşlı yoxsula çevirir, və eyni zamanda ona adaxlılara qalib gəlməyə kömək edəndə elə həmən Afina olur. Ayrı ayrılıqda götürülən insanın dünyasını və onun şəxsi həyatını qoruyan Allahlar müxtəlif köməkçilər qismində çıxış edirlər. Məsələn, Apollon yalnız incəsənətin himayəçisi deyildi, o həm də əkinləri, heyvan sürülərini qoruyurdu, şəfanın Allahı və bədbəxtliklərdən uzaqlaşdıran idi (insanın həyati ehtiyaclarının həyata keçirilməsinə imkan yaradırdı). Xəstəliklərin sağaldılması Asklepiy, İsida, Sarapis kimi Allahlara aid edilirdi. Uğurlu doğuşları həyata keçirmək üçün qədim yunanlar Artemida İlifiyanı, Yunonanı, Lutsinanı çağırırdılar.

Qəhrəmanlar — yarımilahi varlıqlar daha çox insanların, polisin və ya ayrı şəkildə götürülən insanın talelərinə fəal qarışırlar. Onlar özəl hadisələr, xəstəliklər və bədbəxtliklər baş verəndə kömək edirlər, döyüşlərdə yardım göstərirlər. Hadisə isə köməyin obyekti tərəfindən bir növ geri dönməyən hal kimi qəbul edilir və burada onun həyat yolunu transformasiya edən mənfi qüvvələr, lənətlər, tale dəyişiklik kimi çıxış edirlər. Qəhrəman buna mane olur. O, bir növ əlavəlik prinsipini reallaşdırır, güc balansını tarazlaşdırır, özündə pozitiv başlanğıcı təcəssüm etdirir. Bununla sosial həyatda kalloqatiy prinsipi, fiziki və əxlaqi səxavət bərpa olunur. Heraklın, Prometeyin, Yasonun və başqalarının qəhrəmanlıqları bu vəziyyəti təsvir edirlər.

Hadisə —antik insanın daxili yönümlərini hərəkətə gətirən mexanizmdir və burada kömək edən subyektlərin “davranışlarının motivləri” kimi “ən yaxşılarına bənzəmə və rəqabət” prinsipləri çıxış edir. Birinciliyə canatma, çoxlarının arasında ən yaxşısı olmaq, səfeh və gülməli görünmək qorxusu — qərb antropologiyasında ənənəvi olaraq “utancaqlıq mədəniyyətləri” kimi müəyyən edilən Antikliyin əsas dəyərli dominantlarıdır. Buna görə yalnız müharibə meydanında, idmanda yox, həm də öz sələflərini geridə qoyaraq ictimai cəhətdən əhəmiyyətli aksiyalarda birinci olmaq — antik insanın filantropik fəaliyyətinin dəyərli mənasıdır. Allahlar, qəhrəmanlar, antropomorf formalarda sublimasiya olunan fərdiləşdirilmiş insan idealları insanların sosial həyatının vacib iştirakçılarıdırlar. Onlar filantropik fəaliyyəti utancaqlıq mədəniyyətinin mifologemalarında həyata keçirilən köməyin subyektləridir, “taleyin iştirakçıları”dırlar.

Xristianlıq tale ideyasını keyfiyyətcə fərqli konseptlərdə əks etdirir. İnsan varlığı antik sivilizasiyada gördüyümüz kimi polisin məkanını yox, “İsanın kilsəsində İsanın firavanlığında yaşayan xaçpərəst”in kilsə dünyasını müəyyən edir. “Utancaqlıq mədəniyyəti” dəyərlərin daxili sistemi və altruistik davranışın qiymətləndirilməsi, “vicdan məhkəməsi”nin ön plana keçdiyi bir durum ilə xarakterizə olunan “günah mədəniyyəti” ilə əvəz olunur. İnsanın həyat fəaliyyətinin konsepti kimi çıxış edən tale ilahi qüvvə, mərhəmət, qurtuluş və hikməti-ilahiyyə qayda-qanununun digər hadisələri ilə yanaşı yüksək rifah məkanına daxil olur. Beləliklə, xristian yanaşmalarında tale ideyası ruhun xilas edilməsi ideyası kimi dərk olunur.

“Hadisə” “varlıqla yanaşı mövcud olmaq” anlayışına bərabərdir və passiv, sosial cəhətdən zərər çəkən şəxsiyyət bununla əlaqədar özünün mövcudluq, bəraət qazandırma və qorunma konsepsiyasına malikdir. Zəngin və yoxsul insanların birgə mövcud olması onların bir biri üçün yaranması ilə şərtlənib. Sosial dünya mifologeması kömək edən və ehtiyac duyan subyektlərin varlığını onların birgə mövcud olmasından çıxış edərək əsaslandırır. Zənginlərin öz günahlarını yuması üçün yoxsullar onlar üçün mövcuddurlar, zənginlər isə yoxsullara onların həmən zəngin insanların ətrafında qidalanması üçün lazımdırlar. Onların hər biri Allahın önündə bir-birinə müdafiəçi qismində çıxış edirlər, hər biri biri digərinə qarşılıqlı xidmətdə xilas olunmağa layiqdirlər, bu aksiomatik prinsiplər mərhəmət konsepsiyasının əsasını təşkil edirlər.

Dəstək və qarşılıqlı yardımın xristian paradiqması müəyyən “xilas qaydaları”nı işləyib hazırlayır, nəyin edilib edilməyəcəyini qərarlaşdırır. Bu mərhəmətli davranışın konseptləri kömək edən insanın aksiyalarının və hərəkətlərinin əsasına çevrilirlər. Mərhəmətin qaydaları və prinsipləri subyektin müxtəlif ehtiyaclarına yönələ bilən əməllər və hərəkətlərin seriyası vasitəsi ilə müəyyən olunurlar və burada yardımın iki səviyyəsini üzə çıxarmaq olur: mənəvi və cismani şəfqət. Cismani şəfqətə aşağıda qeyd olunanları aid etmək olar: “ac olanları yedizdirmək, susuza su vermək, çılpağı və ya layiqli paltara ehtiyacı olanı geyindirmək, zindanda qalana baş çəkmək, xəstələrə ziyarət etmək, qəribi evdə qəbul etmək və sakitləşdirmək, ölüləri miskinlikdə dəfn etmək”. Mənəvi şəfqətə aşağıdakılar aiddir: “nəsihət”, günahkarı səhflərdən uzaqlaşdırmaq, ehtiyacı olanlara həqiqəti və yaxşılığı aşılamaq, yaxın olan insana yaxşı məsləhət vermək, onun üçün Allaha dua etmək, kədərlini sakitləşdirmək, pisliyə görə qisas almamaq, ürəkdən haqsızlığı bağışlamaq.

Kömək edən subyektin patterni ədəbli xaçpərəst sənətkardan zəngin süzerenə qədər yayılmışdır. Onların “ehtiyacı” olan insana yardımı kortəbii və affektiv idi və bu dilənçiliklə məşqul olanların əsl motivlərinin üzə çıxarılması ilə bağlı deyildi. Lakin, əsas yardım edən subyekt olan rahiblik institutu özünə aid bir dəstək ideologiyasına malik idi. Praktiki mərhəmətin mədəniyyəti, əməyin kultu, “müqəddəs sadəlik”, əsas səxavət kimi çıxış edən savadlılıq sosial xristian xidmətinin əsas tərkib hissələridir. Sosial xristian xidməti təcrübədə İsanın mərhəmət haqqında əmrlərinə riayət etməyi nəzərdə tuturdu, rahiblərin hərəkətlərinə və əməllərinə müəyyən normalaşdırılmış tələblər irəli sürürdü, yardım edən subyektin ilkin dəyərli mövqelərini müəyyənləşdirirdi.

Xristian mərhəmətinin əməllərində ilk dəfə təkcə insanın varlığı və qeyri-varlığı, zənginlik və yoxsulluq arasında bərabərlik işarəsi qoyulmurdu, ən əsası “kollektiv mentallıq”dan uzaqlaşma müşahidə olunurdu, bu isə fərdi müdafiə və dəstək formalarını yaratdı. Öz “Mən”inin dərk olunması, özünüdərkin və fərdiyyətçiliyin inkişafı “günah mədəniyyəti”ndə “həmrəylik” paradıqmasında öz əksini tapan yardım və dəstəyin fərqli paradiqmalarının əsasını qoydu.




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin