SOSİAL XİDMƏTLƏR – fəaliyyətləri insanın inkişafının dəstəyinə və rifahının təmin edilməsinə yönəlmiş təşkilatlardır
Yerli elmi ədəbiyyatda, həmçinin fenomenin başa düşülməsində və interpretasiyasında dar və geniş yanaşmada ifadəsini tapan, həmin fenomenin bir neçə anlam səviyyələrində nəzərdən keçirildiyi bir şəraitdə müəyyən yanaşmalar formalaşıb. Əgər sosial iş dar anlamda fərdi, qrup ehtiyacları və problemləri kontekstində nəzərdən keçirilirsə, onun geniş anlamı ictimai proseslərin təşkil olunması və funksiyalaşması səviyyəsi ilə əlaqələndirilir.
Bu kontekstdə, sosial siyasət kontekstində, sosial iş iqtisadi, sosial, ictimai münasibətlərin, əlaqələrin inkişafı və sabitləşdirilməsi məqsədi ilə insan resurslarının (insan kapitalının) qorunub saxlanılması və bərpa olunması prosesi kimi çıxış edir.
İnsan kapitalını təhsil və təlimin, sosiallaşma və enkulturasiyasının nəticəsi olan və insanda cəmləşən vərdişlər, bacarıqlar, biliklər və əlamətlər ilə əlaqələndirmək qəbul olunub.
ENKULTURASİYA – mədəni normaların və hərəkətlərin cəmidir.
|
Sosial işin geniş anlamı rifaha olan yanaşmaları onun nəzəri və praktik problemlərinin tərkib hissəsi kimi nəzərdən keçirməyə əsas verir, sosial siyasətin iqtisadi və ideoloji məqsəd və vəzifələri isə sosial işçilərin professional fəaliyyətinin makrokontekstidir.
Dostları ilə paylaş: |