Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Növ Dövlət təminatına münasibət



Yüklə 0,73 Mb.
səhifə88/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   294
Növ

Dövlət təminatına münasibət


Siyasi ənənələr


Antikollektivizm

Dövlət təminatı fərdi azadlığı, təşəbbüsü və seçimi məhdudlaşdırır, artıq tələblər irəli sürür. Azad sektor, ailə və özünə yardım vasitəsi ilə özəl təminat.

Iqtisadı liberalizm, bazar azadlığı, sağ yönümlülər, yeni sağ yönümlülər

Sosial reformizm

Sosialist olmayan kollektiv təminat

Fabian-sosializm

Radikal sosial siyasət




Sosial təminat milli effektivlik naminə ehtiyacı olanların bütün ehtiyaclarını fərdi və könüllü sektor vasitəsi ilə təmin edir. Sosial təminatın qarışıq iqtisadi modeli, növlərinin və formalarının müxtəlifliyi.

Sosial rifah sərvətin yenidən paylanılması, cəmiyyətin daha ədalətli və ahəng sosial münasibətlərin formalaşması naminə transformasiyaları hesabına əldə olunur.

Sosial təminat sosial planlaşdırma prinsipləri əsasında həyata keçir. Ümumi bərabərliyin təmin olunması məqsədi ilə cəmiyyət sərvətlərin və resursların radikal bölgüsü üzərində qurulub.


Siyasi liberalizm, sosial-demokratizm.

Demokratik sosializm, fabian-sosializm.

Fabian- sosializm, demokratik sosializm, marksizm


Sosial təminatda siyasi iqtisad.

Sosial təminat yardım etmə qabiliyyətində olmayan kapitalistlər və fəhlə sinfi arasında olan əsas münaqişənin nəticəsi kimi.

Marksizm

İdeal ideoloji modelləri bu və ya digər cəmiyyətə xas olan ictimai dəyərlər sistemi təyin edir. Qərbin bir çox ölkələri üçün o, şəxsin azadlığı, fərdiyyətçilik konseptləri ilə bağlıdır, lakin həmrəylik və kollektiv məsuliyyət prinsiplərinin qərbi Avropa ölkələrində ictimai şüurun qəbuledilməz dominantları olduğunu israr etmək olmaz.

Müasir dövrdə ümumi bazarın Avropa ölkələrində olan sosial həmrəylik təkcə əmək bazarında məşğulluğun perspektivini yox, eləcə də sosial müdafiənin kollektiv sisteminin formalaşmasını təyin edir. Bu sistem aşağıda qeyd olunan bir sıra proqramlar seriyasını təmsil edir: “ Gelios”, “Üfüq”, “ Leonardo və Sokrat” və s. “Gelios” proqramı əlillərin adaptasiyası və inteqrasiyası, onların işə götürülməsi zamanı diskriminasiya hallarının aradan qaldırılması ilə bağlıdır. “Üfüq” proqramı əmək bazarında əhalinin ən zəif təbəqələrinin dəstəyinə yönəlib.

Proqramlar spektri yetərincə genişdir - qadınla kişi arasında hüquq bərabərliyinin təmin olunmasından tutmuş irqçilik və ksenofobiya ilə mübarizəyə qədər, yoxsulluğun və sosial qəsb edilmənin qarşısının alınması proqramlarından tutmuş təhsil və professional hazırlığın keyfiyyətinin artırılmasına qədər.

Dövlətin rolu, bölgü prinsipləri, iqtisadi və sosial siyasətin sosial təminatın həyata keçirilməsində nisbəti bu və ya digər ideoloji modellərin qurulmasında ən vacib xüsusiyyətlər kimi çıxış edir. Belə ki, İsveç alimi Espinq-Andersen bu determinantları nəzərə alaraq, iqtisadiyyatı sənaye cəhətdən inkişaf etmiş ölkələrdə sosial təminatın üç ən vacib ideoloji modellərini ayırd etmişdi.



Liberal model - gəliri olmayan vətəndaşlara ünvanlı dəstək göstərilən zaman “sən nəyə maliksən” prinsipi əsasında fəaliyyət göstərir (ingilisdilli ölkələr, İngiltərə, Yaponiya).

Mühafizəkar model – “ sən nə etmisən” prinsipində əsaslanıb. Bu modelin əsasında əmək həyatı ərzində pensiyaya çıxarkən, eləcə də xəstəlik və ya əlillik zamanı əldə olunan həyat səviyyəsini qoruyub saxlamaq dayanıb. Sosial sığorta, sosial yardım sistemi yoxsulluğun yenidən paylanılması və ləğv edilməsi məqsədlərini güdmür ( Qərbi Avropa ölkələri).

Sosial-demokrat modeli – sosial xidmətlərin bu xidmətləri alan şəxsin gəlirindən və əmək statusundan asılı olmayaraq göstərildiyi durumda “sən kimsən” prinsipinə əsaslanaraq sosial dəstək sistemini realizə edir.

Bu gün Avropa İttifaqı çərçivəsində təkcə bu modellərin vahid inteqrasiya olunmuş modellərə birləşməsi yox, eləcə də bu çərçivələrin genişlənmə meylləri müşahidə olunur. Dövlət və antidövlət yönümlü ideoloji modellərin zəngin spektrini müşahidə etmək olar.

İdeoloji modellərin formalaşması və qurulmasına təkcə əmələ gələn sosial-siyasi reallıqlar yox, həmçinin sosial elmlərin idrak metodları kontekstində ideoloqemaların eyniləşdirməsi də təsir göstərirlər. Fərdiyyətçilik, idealizm, funksionalizm, materializm əsas ideoloji modellərə müvafiq olaraq öz mövcudluqlarının aşağıda göstərilən formalarını ala bilən sosial siyasətin nəzəri normativ və perspektiv modellərinin qurulmasına öz korrektivlərini daxil edirlər (cədvələ bax).





Dəyərlər

Sosial təminatda dövlətin rolu

Dövlət bölgüsünün prinsipləri

Iqtisadiyyatın və sosial siyasətin nisbəti


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin