Mövzu 10. Azərbaycan Respublikasının xarici iqtisadi siyasət konsepsiyası və onun inkişaf perspektivləri.
10.1. Ticarət-iqtisadi əlaqələrin dünya təsərrüfat sistemində rolu.
10.2. Azərbaycanın dünya ticarət sistemində rəqabətlilik problemləri və bu sahədə prioritet istiqamətlər.
10.3. Azərbaycanın beynəlxalq qurumlarda iştirakı və ticarət-iqtisadi əməkdaşlıq əlaqələri.
10.4. OPEK-ə daxil olmayan ölkələrin neft diplomatiyası (Rusiya, Qazaxıstan, İran və s.).
10.5. Azərbaycan iqtisadi diplomatiyası qlobal rəqabət mühitində.
10.1. Ticarət-iqtisadi əlaqələrin dünya təsərrüfat sistemində rolu.
Ticarət-iqtisadi əlaqələrin yerinə yetirilməsində müxtəlif standartlardan və formalardan istifadə edilir. Bununla belə bu fəaliyyət dairəsinin başlıca məqsədi ölkənin milli maraqlarına uyğun ticarət-iqtisadi əlaqələrin yaradılması və inkişafı ilə bağlı olduğundan, ticarət mühüm bir standart kimi diqqəti cəlb elir.
Qeyd etmək lazımdır ki, kommersiya fəaliyyəti ticarət-iqtisadi əlaqələrdən yaranan strateji vəzifələrin yerinə yetirilməsində ən effektivli və təsirli vasitələrdən biri hesab edilir və dünya təsərrüfat sistemi, beynəlxalq əməkdaşlıq formaları, ticarət-iqtisadi əlaqələri, xarici-iqtisadi fəaliyyət formaları təkmilləşdikcə, ticarət mühüm iqtisadi vasitə kimi daha da inkişaf etmiş və müasir dünya təsərrüfat sistemində əsaslı mövqeyi olan iqtisadi vasitədir.
Ticarət - mühüm bir amil kimi hər bir ölkənin siyasi və iqtisadi sistemlərinin dünya siyasətinin formalaşmasına ciddi təsir göstərmək imkanına malikdir və bu aşağıdakılarla izah olunur:
ölkələrarası siyasi əlaqələrin genişlənməsinə ticarət maraqlarının təsirinin güclü olması;
ölkələrarası xarici-iqtisadi əlaqələrin genişləndirilməsində ticarətin effektivli bir mexanizm kimi mühüm əhəmiyyət kəsb etməsi;
xarici-ticarət dövriyyəsinin genişləndiri lməsinin hər bir ölkənin milli maraqlarında önəmli yer tutması;
dünya iqtisadi siteminə inteqrasiyanın genişlənməsində, ölkənin rəqabəiqabiliyyətinin yüksəldilməsində ticarətin səmərəli iştirakı və s.;
Dünya ölkələrinin bir birinə ticarət maraqları çox hallarda həmin ölkələr arasında ikitərəfli əlaqələrin yaradılması və sazişlərin bağlanmasına təkan verir. Dünya təsərrüfat sistemində iqtisadi maraqların ticarət standartında formalaşması və onun ayrı-ayrı ölkələrin dünya iqtisadi siyasətinin formalaşmasına dair nümunələrlə zəngindir. Məsələn, ABŞ öz daxili və xarici siyasətini çoxsaylı ölkələrlə iqtisadi amillərlə - Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər maliyyə köməyi proqramları vasitəsilə formalaşdırır və həyata keçirir. Məhz bu tip siyasətin uzun illər dünya iqtisadi sisteminə təsiri, başqa sözlə ABŞ-ın ticarət-iqtisadi siyasəti dünya iqtisadi məkanının qloballaşmasına, qloballaşma elementlərinin genişlənməsinə və rəqabət mühitinin artmasına güclü stimul vermişdir. ABŞ-ın ticarət-iqtisadi siyasətinin belə böyük bir məkanda, dünya qlobal iqtisadi mühitində özünün təsir qüvvəsinin formalaşdırması, bu ölkənin iqtisadi gücünü nümayiş etdirir.
Qeyd etmək lazımdır ki, ticarətin mühüm bir standart kimi formalaşması, son 20 il ərzində dünya ölkələrinin əsas makroiqtisadi göstərici olan ÜDM-da xarici ticarətin və investisiyaların xüsusi çəkisinin əsaslı şəkildə artması da ciddi təsir göstərmişdir. Bundan əlavə,ticarət-iqtisadi siyasətin əsas proiritet vəzifələrinin yerinə yetirilməsində, məsələn, bazar iqtisadiyyatı münasibətlərinin genişləndirilməsi, inteqrasiya proseslərinin effektivliyinin artırılması, iqtisadi islahatların aparılmasında beynəlxalq təcrübənin səmərəli tətbiqi, ixrac təyinatlı məhsulların istehsalının genişləndirilməsi, qloballaşmış biznes və ticarət sistemlərinin rəqabətinə tab gətirilməsində ticarət diplomatiyası bu və ya digər formada effektivli iqtisadi standart kimi mühüm əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |