5.4. Benyəlxalq ticarət əməliyyatlarında kvotalaşdırma və lisenziyalaşdırma.
Kvotalaşdırma - dövlət tərəfindən müəyyən müddət ərzində mal və xidmətlərin idxalı və ixracı üzrə miqdar və həcmini müəyyənləşdirməkdən ibarətdir. Bu cür məhdudiyyətlər müxtəlif müddətlərə - rüblük, yarımillik, illik və s. dövrlərə təyin edilir.
Kvotalara -ayrı-ayrı ölkələrə qarşı tətbiq edilən qlobal kvotalar, mövsümi kvotalar və «könüllü» adlandıran - ixracı məhdudlaşdıran (ingiliscə - Voluntary Export Restriction) kvotalar daxildir. Könüllü ixracın məhdudlaşdırılması bir ölkə - partnyoru öhdəliyi və yaxud qarşılıqlı öhdəlik kimi qəbul edilir və ixracçı ölkənin sərhədində tətbiq edilir.
İdxal kvotası -qeyri-tarif formasında müəyyən mal və xidmətlərin ölkəyə gətirilməsinin miqdar və dəyərini məhdudlaşdırır. İdxal kvotası xüsusi iqtisadi göstərici kimi çıxış etməklə, bu və ya digər istehsal sahələri, iqtisadiyyat sektorları, mal qrupları üzrə dövlətin prioritet siyasətini xarakterizə edir.
İdxal depoziti -idxalçı tərəfindən girov formasında müəyyən müddətdə banka qoyulur. Bu faizsiz əmanət idxal ediləcək malın dəyərinə və ya onun bir hissəsinin dəyərinə ekvivalent olmalıdır. Nəticədə ixracçının kapitalı dövriyyədən çıxır və onun ödəmə qabilliyəti məhdudlaşır.
İxrac kvotası -ayrı-ayrı məhsulların (malların) istehsalına və ixracına qoyulan məhdudiyyətdir. Bu tip məhdudiyyətlər beynəlxalq ticarət sazişləri və ikitərəfli razılıqlar əsasında müəyyənləşdirilir.
Qeyd etmək lazımdır ki, dövlət öz büdcəsi hesabına ayırdığı ixrac subsidiyası hesabına ixracı stimullaşdıra bilər. Bu tip subsidiyalar elmi-texniki konstruksiya işlərinin və istehsalın birbaşa maliyyələşdirilməsi və kreditlərin verilməsi ilə həyata keçirilir.
«Könüllü» ixrac kvotası isə -inzibati-bürokratik metodlar vasitəsi ilə təyin edilir və müəyyən malların çıxarılması məhdudlaşdırılır.
Dünya təcrübəsində qeyri-tarif inzibati baryerlərindən biri kimi kvotanın müxtəlif növlərindən zəruri hallarda istifadə edilir: