5.5. Xarici-ticarətin nizamlanmasında Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rolu.
Beynəlxalq ticarətin nizamlanmasında və beynəlxalq ticarət siyasətinin ÜTT-nın mühüm rolu vardır. Bu təşkilat dünya səviyyəsində ticarət əməliyyatlarının liberallaşdırılması, sərbətləşdirilməsi və bu əməliyyatların sürətləndirilməsi üçün ortaya çıxan baryerlərin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir.
ÜTT ilk dəfə 23 sentyabr 1947-ci ildə Tarif və Ticarət üzrə Baş Saziş bağlandıqdan sonra 1948-ci ildə fəaliyyətə başlamışdır. Dünya ölkələrinin inkişaf proseslərinin artması, ticarət əməliyyatlarının genişlənməsi və yeni dövlətlərin yaranması ilə əlaqədar olaraq bu təşkilatın işi trasformasiyalara məruz qalmış, təkmilləşdirilmələr aparılmış və, nəhayət, bu təşkilat 1995-ci il 31 dekabrdan etibarən yeni formatda, yəni indiki ÜTT formatında fəaliyyətini davam etdirmişdir.
Bu təşkilatın fəaliyyətinin əsasında beynəlxalq ticarətin forma və prinsipləri çoxtərəfli sazişləri, qarşılıqlı ticarət əlaqələrinin aparılması və nizamlanması qaydaları və ticarət üzrə digər əməliyyatların normativ əsaslarının işlənib hazırlanması və razılaşdırılması durur.
ÜTT-nın əvvəlki formada fəaliyyəti çərçivəsində 100-dən çox ölkə birlikdə ümumi beynəlxalq ticarət qaydalarının iştirakçıları olmuşdur. Bu təşkilatın fəaliyyətində vaxtaşırı sessiyalar və şuralar və Cenevrədə (İsveçrə) rəhbərlik və katiblik yerləşlən qərargah fəaliyyət göstərmişdir.
1947-1967-ci illərdə Cenevrə, Annesi (Fransa) və Torkidə (İnqiltərə) keçirilən ticarət danışıqlarında yalnız gömrük tariflərinin aşağı salınmasına baxılmışdır. 1967-1994-cü illərdə isə gömrük tariflərinin aşağı salınması ilə yanaşı ticarət kdekslərinin hazırlanması, qeyri-tarif tənzimləmələrinin təşkili üçün funksiyaların yaradılması antidempinq siyasətinin formalaşması və, nəhayət, ÜTT-nın strukturunun təkmilləşdirilməsi üzrə mühüm məsələlərə baxılmışdır.
Məlumdur ki, sərbəst ticarət siyasətinin böyük üstünlükləri vardır və ticarət diplomatiyasının əsas vəsifələrindən biri mal və əmtəələr üzrə dünya ticarəti proseslərinin bürokratiyasız, maneəsiz hərəkəti üçün münbit şəraitin yaradılması siyasətidir.
Qeyd etmək lazımdır ki, dünya ticarət siyasətində müxtəlif məhdudiyyətlər qoyulması da ticarət diplomatiyasının siyasiləşdırılməsinə rəvac verir. Məsələn, İraqın Küveyti zəbt edəndən sonra BMT ölkələri İraq neftinin satışına qadağa qoymuşdur. Digər bir misal, Yaponiya özünün ticarət siyasətində ABŞ-a avtomobil ixracını könüllü olaraq məhdudlaşdırmaqla, ABŞ tərəfindən antidempinq tədbirlərinin görülməməsinə çalışmışdır. Bundan əlavə, Avropa Birliyi ölkələri bir çox mallar üzrə müxtəlif məhdudlaşdırıcı qərarlar qəbul etmişlər.
Qeyd etmək lazımdır ki, ÜTT-nın Uruqvay raundundan sonra (1994) ən mühüm prioritet vəzifələrinə beynəlxalq ticarətin liberallaşdırılması, sərhədyanı mal, xidmət və kapital axınının genişləndirilməsi, ticarət əməliyyatlarında süni baryerlərin aradan qaldırılması, idxal və ixrac əməliyyatları üzrə ticarət rejimlərinin iştirakçı ölkələr üçün qarşılıqlı sərfəli olması, iştirakçı ölkələr üzrə milli ticarət və beynəlxalq siyasətlərin uyğunlaşdırılması, beynəlxalq ticarətin artımının təmin edilməsi və bu ticarət üzrə normativ bazaların təkmilləşdirilməsi, ticarət məsələləri üzrə beynəlxalq mübahisələrin baxılması və həll edilməsi, iştirakçı dövlətlərin ticarət üzrə milli qanunlarının, normativ aktların və xarici ticarət siyasətinin yaxınlaşdırılması və, nəhayət, qlobal ticarət siyasətinin işlənib hazırlanması və həyata keçirilməsidir.
Qeyd etmək lazımdır ki, bir çox ölkələr ÜTT-a daxil olmaq üçün uzun illər danışıqlar aparırlar və hazırlıq görürlər. Bu isə təsadüfi deyildir. Hazırda mal və xidmətlər üzrə dünya ticarətinin 90%-dən çoxu ÜTT-nın norma və qaydaları əsasında aparılır. Çin ÜTT-a daxil olmaq üçün 15 il güclü ixrac siyasəti aparmışdır və çoxlu güzəştlərə getməli olmuşdur. Məsələn, kənd təsərrüfatına ayrılan subsidiyaların azaldılması və s.. Bu tip təcrübə keçmiş SSRİ ölkələrinin ÜTT-a daxil olması zamanıda tətbiq edilmişdir (Qırğızıstan, Gürcüstan, Moldova).
Təhlillər göstərir ki, gələcəkdə digər postsovet ölkələrini, o cümlədən Azərbaycanı da UTT-a daxil olması bir çox hazırkı ticarət siyasəti üzrə prioritet istiqamətlərdə güzəştlərə gedilməsi qaçılmazdır. Xüsusilə, ölkədə daxili ticarət əməliyyatları, bir çox iqtisadi sahələrə, xüsusilə kənd təsərrüfatı sahəsinə ayrılan subsidiyaların azaldılması, məhdudiyyətləşdirilməsi qaçılmazdır.
ÜTT-nın xazırkı baş direktoru italiyalı Renato Rucerodur. Bu təşkilat ticarət diplomatiyasını müxtəlif orqanlar vasitəsi ilə həyata keçirir. Bu tip orqanlara ticarət üzrə mübaisələrin nizamlanması, Malların ticarəti üzrə şura, Xidmətlər üzrə şura, İntellektual əmlakın ticarət aspektlərinin qorunması üzrə şura həyata keçirir. Bundan əlavə, mal və xidmətlər üzrə sazişlərin bağlanması və danışıqların aparılması üçün komitələr yaradılır. Ayrı-ayrı mühüm ticarət siyasətini həyata keçirmək üçün konsessuslar təşkil edilir və s.
Hazırda ÜTT-nın 153 tam hüquqlu üzvü vardır və onlardan 25-i yeni daxil olan ölkələrdir: Bolqarıstan (1996), Monqolustan və Panama (1997), Qırğızıstan (1998), Latviya, Estoniya (1999), İordaniya, Gürcüstan, Albaniya, Oman və Xorvatiya (2000), Litva, Moldova (2001), Çin (2001), Tayvan (2002), Ermənistan (2003), Makedoniya (2003), Nepal (2004), Kamboca (2004), Səudiyyə Ərəbistanı (2005), Vyetnam və Tonqo (2007), nəhayət, Ukrayna və Kabo verda (2008).
Hazırda 30-dan çox ölkə ÜTT-a daxil olmaq üçün müşahidəçi statusundadırlar. Bu ölkələrə Rusiya, Əlcəzair, Qazaxıstan, o cümlədən Azərbaycan və MDB-nin digər ölkələri də daxildirlər.
Dostları ilə paylaş: |