-
DƏRSİN ADI –Siqaretçəkməyə “yox” demək
-
Üsul və fəaliyyət növləri:
Qruplarla iş;
Sual-cavab;
Müzakirələr;
Şəkillərlə iş;
-
DƏRSİN MƏQSƏDİ
1 Siqaretin ayrı-ayrı orqanlara mənfi təsirini dərk etdirmək;
2.Siqaretçəkməyə “Yox” deməyin vacibliyini anlat-
maq
-
LAZIM OLAN VƏSAİT:
Vərəqlər (dəftər və ya A4);
Müxtəlif şəkillər.
-
DƏRS PROSESİNİN ƏTRAFLI İZAHI
1. Salamlaşma və sinfin təşkili
2. Şagirdlərin qruplaşdırılması: Qruplar müəllim tərəfindən bilik və bacarığına görə 3 qrupa bölünür
-
MOTİVASİYA
7. TƏDQİQATIN
APARILMASI
Tədqiqat sualı:
-Siqaret ayrı-ayrı orqanlara necı təsir göstərir?
Tapşırıqlar hər 3 qrupa verilir:
1.Gənclərdə siqaretin ayrı-ayrı orqanlara təsiri haqqında məlumat yazmaq;
2.Verilmiş şəkillərdə siqaret çəkən insanların xarici
görünüşlərində,xüsusən üzlərində baş verən dəyişiklikləri qeyd etsinlər.
8.Qrupların təqdimatı
Qruplar öz aralarında müzakirələr etsikdən sonra, hər
qrupdan bir nəfər qrupun işinin nəticəsini lövhədən asır
və təqdim edir.Paylanmış şəkillərin seçilməsində və qrupların siqaretin ayrı-ayrı orqanlara mənfi təsiri haqqındakı yazılar birlikdə müzakirə olunur,hansı qru-
pun işində səhvlər varsa onlara düzəliş olunur.Ən yax-
şı iş xüsusi qeyd edilir.
9.Məlumat və müzakirələr
Qrupların təqdimatından sonra müəllim bu sahədə on-ların biliklərini artırmaq məqsədiilə alkoqol qəbulunun ayrı-ayrı orqanlara mənfi təsiri, siqaretçəkmənin səbəb
və nəticələri haqqında daha geniş məlumat verir
10.Refleksiya.Anket-sorğu
Qrupların ayrı-ayrı üzvlərinə anketlər paylanir.Anketdə uşaqlara aşağıdakı suallara cavab vermık tapşırılır:
-Neçə yaşından siqaret çəkirsən?
-Siqaret çəkməyi sənə kim öyrədib?
-Valideynlərin siqaret çəkirmi?
-Siqaret çəkəndən sonra özünü necə hiss edirsən?
-Siqaretin sənin orqanlarına mənfi təsirini necə görür-
sən?
-Sən siqaret çəkməyə “yox”deyə bilərsənmi?
-“Yox” demək üçün nə etmək lazımdir?
Şagirdlərə suallara cavab vermək üçün müəyyən vaxt verilir.Sonra anketlər yığılır,cavablar anonim saxlanılır.
Şagirdlərin cavabları oxunur (bunun üçün müəllim cavabları qarışdırıb sonra paylayır,cavablar üzrə müzakirələr başlanır).
11.Ümumiləşdirmə və nəticə
Müəllimin köməyi ilə şagirdlər aşağıdakı nəticələrə gəlirlər:
-siqaret bütun orqanizmə zərərlidir;
-siqaret həm daxili orqanlarının normal inkişafına,həm
də xarici görünüşünə mənfi təsir göstərir;
-hər kəs siqaretə “yox“ deməyi bacarmalıdir.
12.Qiymətləndirmə
Şagirdlərin siqaretə”yox” demək bacarığı anket sorğusu
vasitəsilə qiymətləndirilir.
Dostları ilə paylaş: |