MULTİKULTURALİZMƏ GİRİŞ
214
Digər ibrahimi dinlər kimi, Xristianlıqda da humanizm prinsipləri önə
çəkilir:
“Bir-birinizi sevməkdən başqa heç nədə heç kimə borclu qalmayın;
çünki başqasını sevən Qanunu yerinə yetirmiş olur...”
(Əhdi-Cədid, Pavelin
romalılara məktubu, 13:8-10).
Bütün bunlardan sonra haqlı bir sual yaranır: dinlər sülhü, rifahı və
əmin-amanlığı təbliğ etdikləri halda, dini radikalizm necə yaranır və nədən
qaynaqlanır?! Radikalizmə aparan yol
fanatizmdən
başlayır. Fanatik dindarlıq
isə cahillikdən doğur. Bu cür dindarlar Tanrını dərk etmədən Onu “razı salmağa”
çalışır, savadlı dindar isə Tanrını razı salmağa Onu tanıyıb öyrənməklə başlayır.
Çünki inanc təkcə qəlb işi deyil, həm də ağıl işidir. Axı Yaradanı dərk etmədən
Onun bizdən nə istədiyini, bizi necə görmək istədiyini anlaya bilmərik.
Fanatizm hər hansı bir inanca və ya baxışa ifrat dərəcədə bağlılıq, digər
düşüncə tərzlərinə qarşı dözümsüzlük deməkdir. Dini fanatizm dini ideyalara
hansısa tənqidi yanaşmanı istisna edən kor-koranə, həddindən artıq bağlılığı və
real həyatda onlara şərtsiz riayət etməyi nəzərdə tutur.
Dostları ilə paylaş: