Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə91/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   87   88   89   90   91   92   93   94   ...   175
1 Multikulturalizmə giriş 2019


New York City Tribune”, “The Washington Times”, “Middle East 
Times” 
kimi qəzetlər onlar tərəfindən yaradılmışdır. Bununla yanaşı, Vəhdət 
Kilsəsinə məxsus olan 
“Free Press International” 
xəbər agentliyinin maddi 
dəstəyi ilə 
“Insight on the News”, “The World and I”, “Free Press International”
və digər jurnallar təsis olunmuşdur.
Qeyd edək ki, Vəhdət Kilsəsinin üzvlərinin (munçular) sayı dəqiq bilinmir. 
Dünyada munçuların sayının cəmi 7-8 min nəfər təşkil etdiyini deyənlər olduğu 
kimi, onların sayının 8 milyona çatdığını bildirən tədqiqatçılar da vardır.
Sovet İttifaqı dağıldıqdan sonra munçular postsovet məkanda, o cümlədən 
Azərbaycanda da fəaliyyət göstərməyə başlamışlar. Onlar QİÇS-lə mübarizə, 
ekologiyanın qorunması, sağlam ailənin qurulması adı altında seminarlar 
təşkil edərək gənclər arasında öz dini ideyalarını yaymağa çalışmışlar. Fəal 
təbliğatlarına baxmayaraq, munçular Azərbaycanda çoxlu tərəfdar qazana 
bilməmişlər. 
Beynəlxalq Krişna Şüuru Cəmiyyəti
Beynəlxalq Krişna Şüuru Cəmiyyəti
– 13 iyul 1966-cı ildə Nyu-Yorkda 
(ABŞ) benqallı rahib 
A.Ç.Bhaktivedanta Svami Prabhupada
(1896-1977) 
tərəfindən yaradılmış beynəlxalq dini təşkilatdır. 
“Hare Krişna”
hərəkatı kimi 
də məşhur olan bu təşkilatın mənzil-qərargahı Hindistanın Qərbi Benqaliya 
ştatının Mayapur qəsəbəsində yerləşir. Təşkilatın ali idarə orqanı Rəhbərlik 
Şurasıdır. Hazırda şuranın üzvlərinin sayı 36 nəfərdir. Sözügedən cəmiyyətə 
500-dək dini mərkəz, məbəd və ekoqəsəbələr, 100-dək vegetarian restoran, 
minlərlə yerli icma və kiçik dini qruplar daxildir. Həmçinin onun nəzdində 
Bhaktivedanta institutu və Bhaktivedanta kolleci fəaliyyət göstərir. 


209
MÜASİR DÖVRDƏ DİN
Beynəlxalq Krişna Şüuru Cəmiyyəti etiqad baxımından Hinduizm dininin 
Vayşnavizm (vişnuizm) cərəyanının Qaudiya-vayşnavizm istiqamətinə aiddir. 
Qaudiya-vayşnavizmin banisi Çaytanya Mahaprabhu (1486-1534) sayılır. Bu 
hinduist cərəyanın mənsubları vayşnavlar və ya krişnaçılar adlandırılırlar. 
Onlar Krişnaya pərəstiş göstərərək onu Tanrının ali sifəti kimi qəbul edirlər. 
Krişnaçıların inancına görə, Hinduizmdə ali tanrı hesab olunan Vişnu tanrı 
Krişanın mücəssəməsidir. Lakin Vayşnavizmin digər cərəyanlarının mənsubları 
Vişnunun özünü ali tanrı sayırlar. Məhz Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin 
təbliğatı nəticəsində Qaudiya-vayşnavizm Hindistanın hüdudlarını aşaraq 
dünyanın digər ölkələrində yayılmışdır. 
Sözügedən cəmiyyətin dini-fəlsəfi təlimi 
“Bhaqavat-gita”, “Bhaqavata-
purana” və “Çaytanya-çaritamrita”
kimi Hinduizmin müqəddəs kitablarına 
əsaslanır. 1960-1970-ci illərdə A.Ç.Bhaktivedanta Svami Prabhupada bu dini 
mətnləri sanskrit və benqal dilindən ingilis dilinə tərcümə edərək onlara şərhlər 
yazmışdır. Xüsusən “Bhaqavat-gita olduğu kimi” adlı kitab Beynəlxalq Krişna 
Şüuru Cəmiyyətinin üzvləri arasında böyük nüfuza malikdir. “Bhaqavat-
gita”nın tərcüməsi olan həmin əsər, eyni zamanda özündə A.Ç.Bhaktivedanta 
Svami Prabhupadanın Qaudiya-vayşnavizm ənənəsinə uyğun olan şərhlərini 
ehtiva edir. “Bhaqavat-gita olduğu kimi” kitabının çapını “Bhaktivedanta Buk 
Trast” nəşriyyatı həyata keçirir. Bu nəşriyyatın məlumatına görə, 80-dən çox 
dilə tərcümə olunmuş “Bhaqavat-gita olduğu kimi” kitabı yüz milyondan yuxarı 
tirajla buraxılmışdır. 
Vegetarian həyat tərzi sürən krişnaçılar bu qidalanma sisteminin dünyada 
təbliğinə böyük önəm verirlər. Təsadüfi deyildir ki, Beynəlxalq Krişna Şüuru 
Cəmiyyətinin nəzdində vegetarian qidanın dünyada yayılması üzrə ən böyük 
humanitar missiyalardan biri olan “Hare Krişna – həyatın qidası” təşkilatı 
fəaliyyət göstərir.
Yoqa və meditasiya krişnaçıların dini həyatlarında mühüm yer tutur. 
Onlar yoqanın dörd növündən biri olan bhakti-yoqanı tətbiq edirlər. Bhakti-yoqa 
təliminə görə, hər canlının həyatının əsas məqsədi Tanrıya, yaxud rəbb Krişnaya 
sədaqət və məhəbbətlə xidmət göstərməkdir.
Hər gün yoqa ilə məşğul olan krişnaçılar müxtəlif 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin