MULTİKULTURALİZMƏ GİRİŞ
230
Tayfa
qəbiləyə münasibətdə ibtidai icma quruluşu çərçivəsində insanların
daha yüksək birlik forması idi. Onun əsas fərqləndirici cəhəti eyni kökdən
çıxmış, lakin sonradan bir-birindən ayrılmış qəbilələrin birləşməsi idi. Buna
görə də tayfa qəbilədən sayca daha böyük insan qrupunu özündə birləşdirirdi.
Bununla belə qeyd etmək lazımdır ki, tayfanın da əsasını qan qohumluğu təşkil
edir. Buna görə də tayfa da qəbilə kimi etnik kateqoriya olaraq qalırdı. Eyni
zamanda tayfanın meydana gəlməsi cəmiyyətdə qərarlaşmış çoxfunksiyalılığın
parçalanmasına gətirdi. Bu, onunla izah olunurdu ki, qəbilə hələ də cəmiyyətin
təsərrüfat hüceyrəsi olmaqda davam edirdi. Tayfa isə ictimai funksiyaların
yalnız bir hissəsini həyata keçirirdi. Belə olan bir şəraitdə etnik birliyin təsərrüfat
funksiyalarından ayrılması prosesi başladı.
Xalq
insanların birlik forması kimi tarixin daha yüksək inkişaf
mərhələsində formalaşır. O, qəbilə və tayfadan fərqli olaraq əsas birləşdirici
amil kimi qan qohumluğunu yox, ümumi ərazi, təsərrüfat fəaliyyəti, ortaq dil,
mədəniyyət, adət-ənənə, psixi davranış tərzini ehtiva edir. Xalqın formalaşması
ilk dövlətlərin meydana gəlməsindən sonra baş verir. Xalqın bu xüsusiyyətləri
onun müxtəlif insan qrupları arasında ərazi, təsərrüfat və qonşuluq əlaqələrinə
əsaslandığını göstərir. Bu isə öz növbəsində xalqın qəbilə və tayfadan fərqli
olaraq mahiyyətinə görə sırf etnik deyil, sosial-etnik birlik forması olduğunu
göstərir. Əgər tayfa iki daha çox qəbilənin birləşməsindən yaranan insanların
birlik formasıdırsa, xalqı tayfaların sırf mexaniki birliyi, cəmi kimi təqdim
etmək düzgün deyil. Çünki xalqın meydana gəlməsi etnik birliyin inkişafındakı
keyfiyyətcə yeni mərhələdir. Xalqın formalaşması ilə insanların birliyinin təmin
olunmasında qan qohumluğu amilinin rolu arxa plana keçir. Xalqın formalaşması
ilə etnik birliyin əldə olunmasında ortaq dil, mədəniyyət, birgə təsərrüfat
fəaliyyəti, iqtisadi əlaqələrin hüceyrələrinin yaranması kimi sosial faktorların
əhəmiyyəti artır. Beləliklə,
Dostları ilə paylaş: