Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə100/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   96   97   98   99   100   101   102   103   ...   175
1 Multikulturalizmə giriş 2019

xalq ümumi əraziyə, təsərrüfat fəaliyyətinə, ortaq 
dilə, mədəniyyətə, adət-ənənələrə, psixi davranış tərzinə mənsub olan insanların 
birlik formasıdır.
Qeyd etdiyimiz kimi, ilk dövlətlərin meydana gəlməsi insanların yeni 
tarixi birlik forması olan xalqın formalaşması üçün zəruri şərait yaradır. İbtidai 
icma quruluşunun quldarlıq və ya feodal cəmiyyəti dövrü ilə əvəz olunması 
insanların birlik formasının möhkəmlənməsində sosial amillərin əhəmiyyətini 
artırır. Onu da qeyd etmək lazımdır ki, sinfi cəmiyyətin ilk mərhələlərində tayfa 


231
ETNİK MÜXTƏLİFLİK VƏ MİLLİ İDEYA
insanların birliyinin təmin edilməsində öz rolunu saxlayır. Bu dövrdə tayfa ilə 
xalq birgə mövcud olur. Yalnız feodalizm cəmiyyəti dövründə xalq insanların 
birlik forması kimi tam şəkildə bərqərar olur. 
Artıq qeyd etdiyimiz kimi, insanların tarixi birliklərinin təkamülünün 
yüksək forması 
millətdir.
Lakin milləti sadəcə daha geniş, daha böyük 
etnik birlik kimi təsəvvür etmək düzgün olmazdı. Etnos tarixin ilkin insan 
birliklərini-qəbilə, tayfa, tayfa ittifaqlarını, xalqı əhatə edir və təbii-tarixi 
proses kimi kiminsə iradəsindən asılı olmayaraq yaranır. Millət isə milli 
hərəkatların gedişində çoxsaylı insanların, bəzi hallarda hətta onların bir neçə 
nəslinin müəyyən məqsədlərə, ilk növbədə isə siyasi məqsədlərə nail olmaq 
uğrunda apardığı uzun müddətli mübarizənin nəticəsində yaranır. Bu zaman 
etnik əlaqələr, etnik əlamətlər millətin müəyyənedici amili kimi yox, ilkin 
müqəddəm şərti rolunda çıxış edir. Millət eyni bir ərazidə yaşayan, hər hansı bir 
etnosun və ya etnoslar qrupunun birgə səyləri ilə yaranan və mahiyyət etibarilə 
etnik səciyyədən daha çox sosial, iqtisadi, siyasi, ideoloji səciyyə daşıyan bir 
təsisatdır. O, kapitalist münasibətlərinin meydana gəlməsi ilə bağlıdır və onun 
təbiətini də həmin mərhələdə baş verən köklü sosial, iqtisadi, siyasi, mənəvi-
əxlaqi transformasiyalar müəyyənləşdirmişdir. Kapitalizm cəmiyyətinin millətin 
meydana gəlməsində rolunu yüksək qiymətləndirərkən qeyd etmək lazımdır ki, 
cəmiyyətin kapitalizm dövrünə qədərki siyasi, iqtisadi, mədəni-mənəvi inkişafı 
millətin tarixi arenaya çıxması üçün ümumi ərazi, ortaq dil, adət-ənənələr
psixi davranış tərzi, ilkin əmək bölgüsü kimi müəyyən maddi və mənəvi zəmin 
yaratmışdır. Bütün bunlar kapitalizmə qədərki cəmiyyətdə mövcud olsa da, onlar 
iqtisadi həyatın ümumiliyini təmin edə bilməmişdir. İlk baxışda iqtisadi həyatın 
ümumiliyi dedikdə belə təsəvvür yaranır ki, söhbət istehsalçılar tərəfindən 
eyni məhsulun istehsal olunmasından gedir. Lakin bu, belə deyil. İqtisadi 
həyatın ümumiliyi ölkənin müxtəlif rayonlarının müəyyən məhsulun istehsalı 
üzrə ixtisaslaşmalarını və bunun sayəsində onlar arasında ticarət-mübadilə 
əlaqələrinin möhkəmlənməsini nəzərdə tutur. Bu, istehsalçılar arasında əmək 
bölgüsünü yaradaraq əməyin səmərəliliyinin artmasına müsbət təsir göstərir. 
İqtisadi həyatın ümumiliyinin təmin edilməsi məhz kapitalizmin meydana 
gəlməsi və inkişafı ilə bağlıdır. Belə ki, kapitalizm bazar münasibətlərini inkişaf 
etdirərək ölkədə müxtəlif istehsalçılar arasında iqtisadi əlaqələri yaratdı. Bazar 
münasibətlərinə xas olan qanunlar bu əlaqələri əsaslı şəkildə inkişaf etdirdi. 


MULTİKULTURALİZMƏ GİRİŞ
232
Kapitalizm cəmiyyətinin məhsulu olan millət insanların birlik formalarının 
təkamülündə keyfiyyətcə yeni bir mərhələ idi. Millətin insanların digər birlik 
formalarından fərqi aşağıdakı əsas cəhətlərdə öz əksini tapmışdır:
1. 
Ərazi ümumiliyi. Ərazinin ümumiliyi millətin formalaşmasını təmin edən 
ilkin və mühüm şərtlərdən biridir. Müəyyən bir ərazidə yaşadıqda ortaq dil, 
adət-ənənələr, psixi davranış tərzi, iqtisadi həyatın ümumiliyi və milləti 
xarakterizə edən digər bu kimi əlamətlər yaranır. Və eləcə də əksinə, 
ümumi ərazinin olmaması qeyd olunan əlamətlərin formalaşmasının, 
mövcud olduqda isə inkişafının qarşısını alır. Bununla belə qeyd etmək 
lazımdır ki, sadəcə eyni ərazidə birlikdə yaşamaqla millət formalaşmır. 
Başqa sözlə desək, ərazinin ümumiliyi millətin formalaşması üçün zəruri 
olsa da kifayət deyil.
2. 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin