Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


Etnik kimlik və milli müəyyənlik problemi



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə102/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   98   99   100   101   102   103   104   105   ...   175
1 Multikulturalizmə giriş 2019

6.2 Etnik kimlik və milli müəyyənlik problemi
Bəşəriyyətin inkişafının müasir mərhələsində dünyada baş verənlər 
kontekstində milli müəyyənlik məsələsi fərddən tutmuş müxtəlif səviyyəli 
toplumlara qədər hamı üçün aktuallıq kəsb etməkdədir.
Yaranmışların ən alisi olan insan özünü anlamağa başladığı ilk anlardan
hansı mənşəyə, hansı xalqa, hansı nəslə aid olduğunu müəyyənləşdirməyə 
çalışır. İnsanın kimlik axtarışı onu bütün həyatı boyu müşayiət edir. Bu axtarış 
zamanı insan daim özünün hansı sosial qrupa, milli topluma, professional, dil, 
siyasi, iqtisadi, dini, irqi və digər başqa xarakterli birliklərə mənsubiyyətini 
müəyyən etməyə çalışır. Lakin bir çox hallarda insan öz kimliyini və hansı irqi, 
milli-mədəni və əxlaqi-dini sferaya mənsubiyyətini dəqiq təyin edə bilmir. Belə 
vəziyyət bir sıra obyektiv və subyektiv səbəblərin - təbii amillərin, yaxud məqsədli 
və süni yaradılmış situasiyaların nəticəsi kimi ortaya çıxa bilər

Məsələn, qarışıq 
nikahların nəticəsində yaranan, etnik mənsubiyyət baxımından tərəddüd edən və 
unikal etnik cizgiləri olan fərdlər, əqidə yoxsulluğu səbəbiylə dinsizliyə və etnik 
naməlumluğa düçar olmuş insanlar buna misal ola bilər. Qeyd etmək lazımdır 
ki, 
“eqo kimlik”
terminini elmi dövriyyəyə məşhur alman alimi, psixoanalitik 
Erik Homburger Erikson (1902-1994) daxil etmişdir. O, bu terminin məzmununa 
ətraf mühitdə və insanın ideoloji durumunda baş verən dəyişikliklərə - inkişafa
sıçrayışa, fövqəladə tərəqqiyə, yaxud tənəzzülə baxmayaraq, şəxsiyyətin 
bütövlüyünü, qürurunu, insan “mən”inin şəxsi mahiyyətinə tam uyğunluğunu 
və davamlılığını daxil edirdi.


MULTİKULTURALİZMƏ GİRİŞ
238
Bu sahədəki tədqiqatçıların fikirlərini ümumiləşdirsək, kimliklərin bütün 
məcmusunu iki istiqamətə ayıra bilərik: 
1. Davamlı şəkildə yenidən yaradılması üçün təşkilati dəstəyin tələb 
olunmadığı təbii kimliklər;
2. Daim təşkilati dəstək tələb edən süni kimliklər.
Təbii kimliklərin sırasına, bir qayda olaraq, etnik, irqi, ərazi (landşaft - 
dağlı, aranlı, kəndli, şəhərli və s.), ümumdünya (Şərqli, Qərbli, kosmopolit və s.) 
və sosial kimliyi (qadın, kişi, körpə, gənc, yaşlı, qoca) aiddir. Süni kimliklərin 
sırasına isə, əsas etibarı ilə milli, professional, konfessional (iudaist, buddist, 
hindi, xristian, müsəlman), zodiakal (yun. 
zodiakos
- “heyvanlar dövrəsi”, 
bürclər), zümrə (zadəgan, ziyalı) və s. kimliklər aiddir. Elə kimliklər var ki, 
onlar özündə həm süni, həm də təbii əlamətləri ifadə edir (məsələn, insanın bu 
və ya digər cinsin nümayəndəsi olaraq, daxili mənsubiyyət hissini ifadə edən 
gender kimliyi).
Yuxarıda bəhs olunan əsas kimliklər içərisində 
etnik, milli və dini kimliklər
etnik-siyasi birliklərin təşəkkülü işində və davamlı inkişafında müstəsna rol 
oynayırlar.
Etnos–mədəni irsin daşıyıcısı və yayılma arealından asılı olmayaraq 
eyni etnik mənsubiyyətli (dil, mədəniyyət, əxlaq və s.) insanların birliyidir.
Etnoslar hər hansı coğrafi mühitdə və müəyyən tarixi dövr ərzində formalaşır. 
Yeni yaranan etnoslarla birlikdə yeni ideologiyalar və fərqli dünyagörüşü də 
formalaşır. Dünya əhalisi irqinə, dininə, maddi və mənəvi dəyərlərinə, mədəni 
irsinə, mental xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Buna səbəb onların 
müxtəlif ərazilərdə məskunlaşması və həmin mühitə uyğunlaşmasıdır. 
Dünyada 4-5 min etnos, milli azlıq vardır. Sayı 100 milyondan çox olan 
böyük etnoslara
çinliləri, hindliləri, benqalları, rusları, yaponları və s. göstərmək 
olar. 
Kiçik etnoslara,
məsələn, Şri-lankada veddi, Braziliyada botokudu, 
ölkəmizdə xınalıq, buduq və s. aid etmək olar. Etnosların formalaşmasına bir 
çox amillər təsir edir ki, onlardan da ən mühümü landşaftdır.
Tarixçi, etnoqraf alim L.N.Qumilyov 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin