6.3 Etnik dəyərlər və milli mentalitet
Mentalitet
termini ilk dəfə 1856-cı ildə ABŞ alimi R.Emerson tərəfindən
elmə gətirilmişdir. O zamandan xeyli vaxt keçsə də, bugünədək politoloqlar,
mədəniyyətşünaslar və sosial psixoloqlar arasında bu məfhum haqqında fikir
müxtəlifliyi qalmaqdadir. XX əsrdə isə mentallıq problemi əsasən SSRİ-dən
mühacirət etmiş filosoflar - N.Berdyaev, S.Frank, S.Bulqakov, S.Trubetskoy
243
ETNİK MÜXTƏLİFLİK VƏ MİLLİ İDEYA
və b., xaricdə isə C.Letevir, Levi-Bpyul, R.Mandey, E.Labruss və b. tərəfindən
işlənmişdir.
Sovet cəmiyyətşünaslığında bu problemin tədqiqinə qəsdən imkan
verilmirdi. Çünki o, dinin, şüursuzluq affektlərinin və başqa bu kimi “keçmişin
qalıqlarının” güclü təsiri altında olan Freyd və Nitsşe nəzəriyyələrinin
cərəyanlarına aid edilirdi. XX əsrin 90-cı illərinin əvvəllərindən mentallıq
əsasən fəlsəfə, mədəniyyətşünaslıq və psixologiya çərçivəsində öyrənilir.
Siyasi nəşrlərdə də ciddi məqalələr meydana çıxmağa başlayır. Ümumiyyətlə
isə mentalitet anlamının mahiyyətinin araşdırılmasının milli-etnik münasibətlər
baxımından böyük əhəmiyyəti vardır.
L.İ.Karoçvinin mentalitetin
genetik
cəhətdən əvvəldən müəyyənliyi haqda
fikirləri maraq doğurur. Həqiqətən də, dinin və mədəniyyətin eyni olmaması,
etnik mədəniyyətlərin müxtəlifliyinin dinin müxtəlifliyinə gətirib çıxarmaması
faktorunu nəzərə alsaq, qanunauyğun olaraq belə bir sual meydana çıxır: milli
mentalitetdə
genetik xarakterli
bəzi cəhətlər yoxdurmu? Düzdür, mentallıq
fenomeninin məzmununun dərk edilməsi o qədər də asan məsələ deyildir. Həm
rus, həm də yunan mədəniyyətinin (mentallığının) daşıyıcısı olan F.X.Kessidi
yazır ki, mentallıq anlayışı həddən artıq çox işlənsə də, məsələnin mahiyyəti
nəinki izah edilmir, əksinə çox hallarda bu mahiyyətin üzərinə kölgə salınır.
Bu anlayış
etnosun psixi bazasını
(qəlbini, mənəvi durumunu), yəni onun
temperamentini, emosional vəziyyətini və ümumilikdə, “
dərk olunmamış
elementlər”
ini özündə ehtiva edən xarakterini həmin etnosun düşüncə tipi ilə
eyniləşdirir, demək kifayətdir. Bununla birlikdə bəllidir ki, düşüncə tipinin və
temperamentin bütün tipləri, emosional reaksiyanın hər bir forması, intuisiyanın
inkişafı və psixi “dərk olunmamış elementlər”in təsiri hər bir etnosda vardır.
Bütün bunlar müxtəlif ahəngdarlıqda, kombinasiyalarda və nisbətlərdə təzahür
edir. Xüsusilə qeyd etmək lazımdır ki, etnosun xarakteri və dəyər yönümləri
onun tarixi taleyində çox vaxt düşüncə tipinə nisbətən daha əhəmiyyətli rol
oynayır.
Linqvokulturologiya sahəsi üzrə mütəxəssis A.K.Mixalskaya
“mentalitet”,
“mentallıq” və “xalqın ruhu”
anlayışlarını bir-birinin sinonimi kimi qəbul
edərək bildirir ki, onların mahiyyəti şəxsiyyətin və ya ictimai qrupun düşüncə
tərzində, ağıl durumunda və dünyagörüşündədir.
Mentalitet – mürəkkəb, çoxtəbəqəli və müxtəlif keyfiyyətli təzahürdür,
MULTİKULTURALİZMƏ GİRİŞ
244
strukturca o, müxtəlif xüsusiyyətlərin elementləri ilə təmsil olunmuşdur.
Xalqın, millətin mentaliteti daha konkret subyektivliyə malik olmaqla
onların tarixi keçmişi və bu günü, həmçinin cəmiyyətin sosial-sinfi strukturu
(stratifikasiyası), onun etnik, cins-yas, konfessional və s. keyfiyyətlərinin
xüsusiyyətləri ilə müəyyən olunur.
Mentalitet xalqın özünəməxsus sosial
yaddaşıdır. Lakin onun hər bir törəməsi və tərkib hissələri şüurun və davranışın
müəyyən stereotiplərinə bağlıdir. Son nəticədə bunlar xalqın mentaliteti adlana
bilən toplusunu - məlumatlar məcmusunu təşkil ebir.
Mentalitetin subyektivliyində cəmiyyətin kütlə və elita kimi iri təbəqələrini
ayırmaq lazımdır. Məlum olduğu kimi, sonuncunun bir sıra sahələrdə - dövlət
idarəçiliyi və ictimai fəaliyyətdə, elmdə, mədəniyyətdə, özünün ideal və dəyər
komponentləri ilə birlikdə dünyagörüşündə rolu həmişə böyük olmuşdur. Xalq
gözəlliklərin ilkin yaradıcısı kimi öz içərisindən alimləri, yazıçıları, şairləri,
rəssamları, müsiqiçiləri yetişdirib ortaya çıxarır, onlar da öz sahələrində qiymətli
mədəniyyət incilərini yaradırlar. Bunlarsa xalqın özünəməxsus yaradıcılığı,
dastanlar, ənənələr, miflər, folklorla birlikdə elə bir mənəvi mental mühit
formalaşdırır ki, o da yüz illərlə insanların sosial-psixoloji durumunu və əxlaqi-
etik meyarlarını, obrazlarını, təsəvvürlərini, dəyərləndirmələrini, həyat tərzlərini
və meyllərini müəyyənləşdirməyə qabildir. Qeyd olunanları isə nəsillər bir-
birinə “irsən” ötürürlər.
Öz tarixi inkişafında millətlər (xalqlar), siniflər, qruplar, digər sosial
təbəqələr, cəmiyyətin bütün mövcud sosial-iqtisadi və siyasi-dövlət strukturu
sanki həyatın mental formasının əsası üzərinə qoyulur. Onlar da sosial
proseslərin, münasibətlərin və əlaqələrin vəziyyətinə və dinamikasına davamlı
və uzunmüddətli təsir göstərir.
Bu məsələyə milli identiklik prinsipləri baxımından qəbuledilməz olan
başqa yanaşmalar da mövcuddur. Söhbət ayrı-ayrı dövlət, ictimai, xüsusilə şəxsi,
kommersiya strukturları tərəfindən mətbuatda, televiziyada, radioda, reklam
vasitəsilə, vətəndaşların sosiallaşması institutlarında (ailə, məktəb, ali məktəb,
əmək kollektivləri) xalqa, onun mentalitetinə yad olan, başqa mədəniyyətlərdən
formal şəkildə götürülən normaların və şüur stereotiplərinin, sosial idealların və
istiqamətlərin, psixoloji durumların kortəbii şəkildə yayılmasından gedir.
Bu halı qərbləşdirmə, bəzən isə amerikanlaşdırma adlandırırlar. Postsovet
ölkələrində milli mentalitetin “qərbləşdirilməsi” və “şərqləşdirilməsi”
245
ETNİK MÜXTƏLİFLİK VƏ MİLLİ İDEYA
(Türkiyənin, İranın, Çinin və Şərqin digər ölkələrinin təsiri) probleminin bir sıra
aspektləri vardır. Onların ən ümumilərindən biri Şərq və Qərb arasında mənəvi
sahədə qarşılıqlı münasibətlərdir.
Hamıya bəllidir ki, Şərq və Qərb mədəniyyəti, əxlaqi-psixoloji mentallığı,
sivilizasiyaları bir-birindən fərqlidir. Qərb mentaliteti üçün fəallıq, dinamizm,
zirəklik, işgüzarlıq, fərdiyyətçilik və eqosentrizm, praqmatizm, liberal
dəyərlərə, şəxsi azadlıq və müstəqillik prinsiplərinə meyllilik, təbiətlə “sərbəst”
münasibətlər kimi xüsusiyyətlər xarakterikdir. Şərqə isə daha çox ənənəçilik,
dövlətə, rəhbərlərə, özündən böyüklərə hörmətlə yanaşmaq, dindarlıq, kollektiv
(icma) münasibətləri və əlaqələrə meyl, həyat müdrikliyi və qonaqpərvərlik, ətraf
mühitə adaptiv, təbiətə isə xəyalpərəst münasibət, müəyyən dərəcədə passivlik,
demokratiya, şəxsiyyətin hüquq və azadlığı sahəsində tarixi ənənələrin zəifliyi
xasdır. Şərq və Qərb mentalitet tiplərinin metafizik şəkildə bəzi mübahisəli
stereotipləri formalaşdırılmışdır. Reallıqda isə mentallıq həm Qərbdə, həm
də Şərqdə tarixi planda asta-asta, XX əsrdən isə artan sürətlə dəyişməkdədir.
Struktur baxımından isə mentallığın bəzi elementləri maksimal stabilliyi,
digərləri isə az və ya çox dərəcədə dəyişkənliyi ilə fərqlənir. “Qərb”, “Şərq”
toplum anlayışlarıdır və çoxsaylı etnosların mentallığı kontinental-geosiyasi
birliklər daxilində milli, mədəni və psixoloji xüsusiyyətlər kəsb edərək dəyişir.
Mövcud reallıqlar baxımından xalqımızın milli mentalitetini
dəyərləndirməyə çalışsaq görərik ki, tariximizin keşməkeşli, torpağımızın isə ta
qədimdən bir sərvət mənbəyi kimi yaxın və uzaq dövlətlərin, fatehlərin maraq
obyekti olması bu sahədə də öz dərin izlərini buraxmışdır. Mentalitetimizə
zərdüştilik, ərəb-fars işğalı, monqol əsarəti, xanlıqlara parçalanma, ara
müharibələri və s. öz təsirlərini göstərmişdir. Nəticədə həyat tərzimizdə,
məişətimizdə həm Avestadan gəlmə xüsusiyyətlər (hər şeydən əvvəl xeyirxahlıq),
həm islami dəyərlər, həm də ümumtürk ünsürləri özünü göstərməkdədir. Bu
proses səfəvilər, qacarlar, xanlıqlar, rus işğalı və sovet hakimiyyəti dövrlərində
davam etsə də, ümumtürk mentalitetinin xüsusiyyətləri, çətinliklə olsa belə,
öz varlığını qoruyub saxlamışdır. Türk-islam mentalitetinə isə daha çox bir
tərəfdən fatehlik, özgə işğalına dözümsüzlük, digər tərəfdən isə özündən zəiflərə
mərhəmət göstərmək, unutqanlıq xüsusiyyətləri xasdır. Məsələn, Avropa
cəngavərlərini və hökmdarlarını məğlub edən Sultan Bəyazid isə onları azadlığa
buraxaraq deyirdi:
Dostları ilə paylaş: |