241
ETNİK MÜXTƏLİFLİK VƏ MİLLİ İDEYA
xalqların, etnik qrupların, həmçinin dövlətyaradan millətin lokal milli kimliyi və
“Azərbaycançılıq”
məfkurəsi ilə sıx bağlılığı Cənubi Qafqazda
“Azərbaycan”
adlanan etnik-siyasi birliyin davamlılığı üçün başlıca şərt hesab olunur.
Hər hansı etnik birliyin hansı tarixlə və mədəniyyətlə assosiasiya olunması,
Şərqə, yaxud Qərbə, dünyəviliyə, yaxud dindarlığa, Avropaya, yaxud Asiyaya
mənsubiyyətinin təyin edilməsi işi son dərəcə vacibdir. Lakin dünyada elə etnik-
milli kimliklər var ki, tarixən sivilizasiyaların qovşağında yerləşməsi ilə əlaqədar
onlara qoşa, hətta bir neçə müxtəlif mahiyyət məxsusdur. Bu baxımdan da
Azərbaycan kimliyini nümunə göstərmək olar. Beləliklə, Azərbaycan kimliyinin
gücü və qüdrəti məhz onun müxtəlif cəhətli olmasındadır.
Bu və ya digər millətlərin tərkibində yaşayan azsaylı xalqların
milli
kimlikləri özlərində həm regional etnik-mədəni mənsubiyyəti, həm də sıx bağlı
olduqları dövlət və dövlətyaradan millətlə əlaqədar olan mənsubiyyəti ifadə edir.
Bəşıriyyətin etnik tərkibi müxtəlif irqlərin və etnosların nümayəndələrinin
davamlı yerdəyişməsinin - miqrasiyasının nəticəsidir. Etnosların
təsnifləşdirilməsi isə müxtəlif əlamətlərə görə aparılır (dərinin rəngi, saçların
forması, kəllə sümüyünün strukturu, xarakterik mentalitet, düşüncə tərzi, sifətin
cizgiləri və s.). Onların içərisində say və dil faktoru daha mühüm əhəmiyyət
kəsb edir. Sayına görə dünya xalqları müxtəlifdir. Belə ki, onların böyük bir
hissəsi azsaylı xalqlardır.
Yer kürəsində yaşayan bütün xalqların cəmi 310-nun sayı 1 milyon
nəfərdən artıqdır. Onlar dünya əhalisinin 96%-ni təşkil edir. Say etibarı ilə ən
böyük xalqlar isə aşağıdakılardır: 1. Çinlilər. 2. Hindistanlılar. 3. Amerikalılar.
4. Benqallar. 5. Rusiyalılar. 6. Braziliyalılar. 7. Yaponlar.
Dünya xalqları bu və ya digər formada cəmi 20 dil ailəsində təmsil olunur
ki, onların da ən böyükləri aşağıdakılardır:
1. Hind-Avropa dil ailəsi (Bu dillərdə 150 xalq, 2,5 milyard əhali danışır);
2. Çin-Tibet dil ailəsi (bu dillərdə Çinin, Nepalın və Butanın ümumilikdə
1 milyarddan artıq əhalisi danışır);
3. Ural-Altay dil ailəsi (bu dillərdə isə 500 milyondan artıq insan danışır-
əsasən türk xalqları).
Müasir statistik təhlillərin nəticəsindən çıxış etsək, dünya ölkələrinin beşdə
dörd hissəsi bu və ya digər səviyyədə birmillətlidir. Bu, dövlət sərhədləri ilə etnik
sərhədləri əsasən üst-üstə düşən ölkələrdir. Burada
əsas dövlətyaradan millətin
MULTİKULTURALİZMƏ GİRİŞ
242
ümumi sayı əhalinin 90%-dən çoxunu təşkil edir. Belə ölkələrin böyük hissəsi
Avropada, Latın Amerikasında və Yaxın Şərqdə yerləşir.
Çoxetnoslu ölkələrin
sərhədləri çərçivəsində isə bir neçə etnos yaşayır. Belə ölkələri 4 qrupa bölmək olar:
1. Bir millətin mütləq say üstünlüyü şəraitində az və ya çox sayda milli
azlıqların yaşadığı ölkələr (Azərbaycan, Böyük Britaniya, Fransa, İspaniya,
İtaliya, Gürcüstan, Monqolustan, Yaponiya, Türkiyə, Əlcəzair, Mərakeş, ABŞ,
Avstraliya, Çin və s.).
2. İki etnosun əsas etnik dominant olduğu ölkələr (Kanada, Belçika).
3.
Mürəkkəb, lakin etnik cəhətdən eyni tipli etnik tərkibi olan ölkələr
(İran, Əfqanıstan,
Pakistan, Laos və s.).
4. Etnik anlamda mürəkkəb və polietnik milli tərkibi olan ölkələr (Rusiya,
Hindistan, İsveçrə, İndoneziya və s.).
Qeyd edik ki, 7.7 milyarda yaxın əhali, 4-5 min xalq, millət, etnik qrup
olan yer kürəsində cəmi 200-dən bir az çox müstəqil dövlət (onlardan 193-ü
BMT-də təmsil olunur) vardır. Onlardan da biri 60-dan çox xalq və etnik qrupun
qarşılıqlı hörmət və ehtiram şəraitində yaşadığı, BMT-nin tam hüquqlu üzvü -
müstəqil Azərbaycan Respublikasıdır.
Bu gün Azərbaycan kimliyi öz gücünü şanlı tariximizdən,
mənəvi
zənginliyimizdən, vətənpərvərlikdən və fərqli etnik birliklər arasındakı qarşılıqlı
hörmət və ehtiramdan alır.
Bu əlaqə daha düşünülmüş və məqsədyönlü olduqca,
dövlət siyasəti səviyyəsinə qaldırılmış multikulturalizm cəmiyyətimizin həyat
tərzinə çevrildikcə, şüurlardakı qeyri-müəyyənliklər tədricən aradan qalxır,
mütərəqqi ideoloji konstruksiyanın formalaşdırılması
isə daim daha xoşbəxt
gələcəyə can atan müasir mədəni Azərbaycan anlamı yaradır. Onun da başlıca
əlamətləri dünyəvilik, maarifçilik, humanizm, tolerantlıq, mərhəmət, şəfqət və
mərifətdir ki, onlar da milli mentalitetimizin tarixi laylarından qaynaqlanır.
Dostları ilə paylaş: