Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə106/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   102   103   104   105   106   107   108   109   ...   175
1 Multikulturalizmə giriş 2019

“Gedin, qoşun yığıb yenidən gəlin, sizi məğlub etməkdən çox 


MULTİKULTURALİZMƏ GİRİŞ
246
məmnun oluram”.
Milli mentalitetin formalaşmasında təbii faktorların da rolu danılmazdır. 
Bu baxımdan İbn Xaldunun (1332-1406) “Müqəddimə” əsərində aşağıdakı 
müddəalar maraq doğurur: 
“a. Adamların irəli sürdükləri ictimai ideyalar
onların həyat tərzi ilə bilavasitə əlaqədardır; b. Köçəri həyat sürənlər oturaq 
əhaliyə nisbətən daha sağlam olurlar (həm fiziki, həm də mənəvi cəhətdən); c. 
Köçəri xalqların təbii həyatı onları fateh etmişdir, oturaq həyata keçəndə özləri 
əsarətə düşürlər”.
Xalqımızın da milli mentalitetinin və milli xarakterinin formalaşmasında 
ölkəmizin əsrarəngiz təbiətinin rolu danılmazdır. “Azərbaycanlı” Qarabağın, 
Milin, Muğanın, Şirvanın ab-havasını götürmüş, Kürün, Arazın coşqunluğundan, 
Şahdağın, Kəpəzin məğrurluğundan vüqarlanmış, özünəməxsus təsərrüfat 
qurmuş, qonşularla müvafiq münasibətlərə girmiş, nağıllar, dastanlar yaradaraq 
dünyanı dərk etmək istəyini ifadə etmişdir. Dağlar, təbii qalalar milli xarakterin 
formalaşmasına, azadlıq, mübarizlik, qəhrəmanlıq əhvalı-ruhiyyəsinin 
möhkəmlənməsinə öz töhfəsini vermişdir. Lakin qədim və orta əsrlərdə əsas 
sərvət hesab olunan münbit və suvarıla bilən torpaqlar, sonrakı dövrlərdə isə neft 
və digər yeraltı və yerüstü sərvətlərimiz Azərbaycan xalqına şan-şöhrətlə yanaşı 
problemlər də gətirmişdir. Ölkəmiz tez-tez yadellilərin hücumlarına məruz 
qalmışdır. Bütün bunlar isə mənəvi genefondumuza, milli psixologiyamıza 
və milli xarakterimizə öz təsirini göstərmişdir. Azərbaycan mentalitetinin 
formalaşmısını əngəlləyən məsələlərdən biri də 200 ilə yaxın bir müddət ərzində 
ölkəmizin və xalqımızın ikiyə bölünməsi və təbii ki, bu böyük zaman kəsiyində 
bir sıra fərqli xüsusiyyətlər kəsb etməsidir. 
XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan cəmiyyətəinin yuxarı 
təbəqələrinin məhdud bir hissəsində avropalaşma meyli artsa da, əksəriyyətdə 
asiyalılıq tam şəkildə öz varlığını qoruyub saxlayırdı. Bu zamanlarda Avropanın 
özündə də Şərqə, onun füsunkarlığına maraq xeyli artmışdı. XIX əsrin məşhur 
Fransız yazıçısı Aleksandr Dümanın ölkəmizdə olarkən xalqımızı necə 
xarakterizə etməsi milli mentalitet baxımından da çox önəmlidir: 
“O ki qaldı
azərbaycanlılara... Bu xalq vaxtı ilə müzəffər olmuş, indinin özündə də ruhən 
döyüşkən olaraq qalır. Azərbaycanlılar… azad yaşamağı üstün tuturlar… 
Azərbaycanlı ilə bir şey barədə sövdələşəndə ondan imzalanmış sənəd tələb 
etməyə ehtiyac yoxdur. Söz verdi, qurtardı”.


247
ETNİK MÜXTƏLİFLİK VƏ MİLLİ İDEYA
Amerikalı Sulla Benetin fikirləri də Dümanın fikirləri ilə eyni səslənir. 
O, “
Necə yaşayasan–yüzü haqlayasan”
əsərində yazır: 
“Azərbaycanlılarda söz 
vermək, zamin olmaq, şifahi razılıq ciddi məsələdir. Söz verdin gərək onu yerinə 
yetirəsən, dildən kağız verməyə, onu imzalamağa, sənədləşdirməyə ehtiyac 
yoxdur”.
Rus səyyahı və etnoqrafı V.L.Veliçko yazırdı ki, 
“.. Azərbaycanlıların 
damarlarında nəciblik qanı axır, onlar təbiətən xeyirxah, mərd, genişqəlbli və 
alicənabdırlar”.
Hələ vaxtilə isveçrəli psixoloq Karl Yunq qədim sivilizasiyaların 
mifologiyasını və bədii ədəbiyyatını öyrənmiş, onlara əsaslanan 
arxetipik rəmzləri
açıqlamışdır. Arxetip K.Yunqun işləyib hazırladığı “Analitik psixologiya”nın 
mərkəzi anlayışıdır. Fərdlər səviyyəsində “şüuraltı”nı (təhtəlşüuru) tədqiq 
edən psixoanalizdən fərqli olaraq analitik psixologiya kollektiv səviyyəsində 
“şüuraltı”nı - bəşəri yaddaşı, millətlərə, irqlərə, nəsillərə, hətta qruplara məxsus 
olan kollektiv “şüuraltı” yaddaşı öyrənir. Arxetip fərdin mənsub olduğu 
kollektivin “şüuraltı” yaddaşında “mürgüləyən” və müvafiq məqamlarda 
inanclar, əsatirlər, rəmzlər, bədii obrazlar, kütləvi davranış standartlarıdır ki, 
fərd onu daxil olduğu mühitdən hazır şəkildə əxz edir. O, ayrı-ayrı fərdlərin, 
insan qruplarının, bütöv xalqların əhval-ruhiyyəsini, mədəniyyətini, davranış 
“kod”larını öyrənmək üçün istifadə olunan bir dərketmə alətidir. K.Yunq 
Azərbaycan mədəniyyətini öyrənməsə də, Şərq mədəniyyəti haqqında önəmli 
mülahizələr söyləmişdir. Onun fikrincə, Şərqin simvollar nəzəriyyəsi hələ də 
möcüzələrlə zəngindir.
Milli mentalitetimizin arxetiplər kontekstində araşdırılması da mühüm 
önəm kəsb edir. Bu məsələləri araşdıran 
H.Quluyevin
fikrincə, 
arxetiplər bizim 
hər birimizin qəlbimizdədir, həyat tərzimizə nüfuz edir, davranışımıza nəzarət 
edir.
Uzaq keçmişdə əcdadlarımızın davranışına ağsaqqallar, miflər, sehirli-
ovsunlu rituallar, tabular necə sərt ölçülərlə nəzarət edirdilərsə, arxetiplər də 
bizim davranışımıza elə nəzarət edirlər. Onlar bizim üçün sosial-mədəni “ənənə 
genləri” - mentalitetimizin kodları kimi fitridirlər.
Nəsildən-nəsilə ötürülən ənənələrin və davranış formalarının ali dərəcədə 
mürəkkəb rabitəsi olan arxetiplər universal xassəli olmaqla insanların şüur və 
davranışında bilavasitə əks olunurlar. Milli mentalitetimizdə özünə möhkəm 
yer tutmuş və onun xarakterizə edilməsində müstəsna əhəmiyyətə malik olan, 


MULTİKULTURALİZMƏ GİRİŞ
248
cəmiyyətimizin müasirləşməsi tempinə yüksək dərəcədə təsir göstərən aşağıdakı 
arxetipləri fərqləndirmək olar:

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin