MULTİKULTURALİZMƏ GİRİŞ
252
edən taktikadır. İdeologiya milli ideyanın cəmiyyətdə yayılması metodları və
vasitələridir.
Digər qrup tədqiqatçılar hesab edirlər ki,
milli ideya
daha çox mənəvi-
əxlaqi, fəlsəfi səciyyə daşıyır. Milli ideya xalqın ideoloji təfəkküründə uzun
müddət dominant rol oynayan, onun ideoloji özünəməxsusluğunun mümkün
qədər böyük zaman çərçivəsində qorunub saxlanılmasına və gələcək nəsillərin
öz ideologiyasını seçmək hüququnun qorunmasına əsaslanan etik-mənəvi
dəyərlər kompleksidir.
Milli ideologiya isə daha çox siyasi mənada, milli dövlətçilik anlamında
işlədilir və siyasi şüur hadisəsidir. O, milli ideyanın nəzərdə tutduğu dəyərləri
də özündə birləşdirir.
Milli ideologiya konkret bir dövlətin ərazisində yaşayan və ya hər hansı
ölkənin vətəndaşı olan, lakin özünü eyni millətin nümayəndəsi hesab edən bütün
insanların, sosial qrupların, etnik azlıqların, siyasi təbəqələrin mənafelərini
özündə ifadə edən milli inkişaf konsepsiyasıdır.
Cəmiyyətin bütövlüyü, həmrəyliyi məhz milli ideologiyanın müxtəlif
sosial və siyasi təbəqələrin, milli azlıqların və etnik qrupların, dini icmaların
maraqlarını nə dərəcədə düzgün ifadə etmək qabiliyyətindən asılıdır. Onun
məzmununa aşağıdakılar daxildir:
Dostları ilə paylaş: