203
MÜASİR DÖVRDƏ DİN
Armageddon
(İsa Məsih və İblis arasında müharibə.- Red.) müharibəsində qələbə
qazanacaq İsa Məsih yer üzünü 144 000 seçilmiş insan ilə birgə göylərdən idarə
edəcəkdir.
Ç.Rasselin vəfatından
sonra Keşikçi Qülləsi, İncillər və Traktatlar
Cəmiyyətinə onun yaxın silahdaşı Cozef Franklin Ruterford rəhbərlik etmişdir.
Lakin onun vaxtında cəmiyyət daxilində parçalanma baş vermişdir. Bu səbəbdən
C.F.Ruterford öz tərəfdarları ilə birgə başqa təşkilat qurmuşdur. O, 1931-ci ildə
rəhbərlik etdiyi təşkilatı
“Yehovanın Şahidləri”
adlandırmışdır.
C.F.Ruterforddan sonra “Yehovanın Şahidləri” təşkilatına
Natan Norr
(1942-1977), Frederik Uilyams Frens (1977-1992), Milton Corc Henşel (1992-
1999), Don Adams (1999-2014), Robert Siranko (2014)
rəhbərlik etmişlər.
Xristianlığın
antitrinitarizm
cərəyanına daxil olan “Yehovanın Şahidləri” bütün xristian dünyasının
yekdilliklə qəbul etdiyi bir sıra ehkamları, məsələn,
Müqəddəs Üçlüyü, yəni
Tanrının üç ilahi sifətdən ibarət olmasını (Ata, Oğul və Müqəddəs Ruh.- Red.)
inkar edirlər. Digər xristianlardan fərqli olaraq, onlar xaç çevirmir, ibadətlərində
surət, rəsm, təsbeh, ikona kimi əşyalardan istifadə etmirlər. Yehovaçılar inanırlar
ki, ənənəvi xristian kilsələri Müqəddəs Üçlük, ölümdən sonra ruhun dirilməsi,
cəhənnəm əzabı barədə ehkamları qəbul etməklə İsa Məsihin həqiqi təlimini
təhrif etmişlər. Onların fikrincə, İsa Məsih möcüzəvi şəkildə dünyaya gəldiyi
üçün Tanrının oğludur, amma onun bərabəri deyildir. O, Rəbbin seçilmiş qulu
və elçisidir. Tanrı İsa Məsihi bütün bəşəriyyət üzərinə hökmdar təyin edib.
İnsanlar məhz İsa Məsih vasitəsilə xilas olacaqlar.
Yehovaçılar əbədi əzaba və ruhun ölümsüzlüyünə inanmırlar. Onların
etiqadına görə, Armageddonda İsa Məsih Tanrının ordusuna başçılıq
edərək
insanlar tərəfindən qurulan hökumətlərlə müharibə aparacaq, onları
məğlub
edərək insanın yer üzündəki hökmranlığına son qoyacaqdır. Bununla da xeyir şər
üzərində, ilahi hakimiyyət dünyəvi hakimiyyət üzərində qələbə qazanacaqdır.
“Yehovanın Şahidləri” dini təşkilatında sərt nizam-intizam hökm
sürür. Təşkilata iyerarxik idarə üsulu xasdır. Yehovaçılar bunu “teokratik
idarə” adlandırırlar. Çünki öz təşkilatlarını Tanrı tərəfindən seçilmiş sayırlar.
Yehovaçılar vətən və millət anlayışını qəbul etmir, dünyəvi dövlətin atributlarına
ehtiram göstərmir, milli adət-ənənələrə ikrah hissi ilə yanaşırlar. Həmçinin ali
təhsil almağı, hərbi xidmət çəkməyi, seçkilərdə iştirak etməyi, ad gününü, dövlət
MULTİKULTURALİZMƏ GİRİŞ
204
bayramlarını və milli şənlikləri qeyd etməyi, əyləncələrə qatılmağı haram hesab
edirlər. Bununla yanaşı, “Yehovanın Şahidləri” qanköçürmədən və qan tərkibli
qidaların qəbulundan imtina edirlər.
Qeyd edək ki, “Yehovanın Şahidləri” dini təşkilatı Azərbaycanda ötən
əsrin 90-cı illərin əvvəllərindən fəaliyyət göstərməyə başlamışdır.
Dostları ilə paylaş: