Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə34/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   30   31   32   33   34   35   36   37   ...   175
1 Multikulturalizmə giriş 2019

Siddhartha 
Qautama
idi.
Siddharthanın hansı tarixlərdə yaşadığı, ümumiyyətlə, Buddizmin dəqiq 
yaranma tarixi barədə tədqiqatçılar arasında yekdil fikir mövcud deyil. Ona 
görə də şərti olaraq e.ə. 544-cü il
UNESKO tərəfindən bu dinin yaranma tarixi 
kimi qəbul edilmiş və buna əsasən 1956-cı ildə Buddizmin 2500 illiyi qeyd 
olunmuşdur.
Buddizmin mahiyyətini anlamaq üçün ilk növbədə Siddhartha Qautamanın 
ənənəvi həyat hekayəsini bilmək olduqca vacibdir. Buddizmin mənbələrində qeyd 
olunur ki, gələcək Budda döyüşkən Sakya çarlığının hökmdarı Suddhodananın 
ailəsində şahzadə olaraq dünyaya gəlmişdir. Paytaxtı Kapilavastu şəhəri olan bu 


67
DÜNYA DİNLƏRİ 
kiçik dövlət Hindistanın şimal-şərqində, Himalay dağlarının ətəyində yerləşirdi 
(hazırda Nepalın ərazisidir).
Ənənəyə görə, uşağın dünyaya gəlməsinə az qalmış anası, şahzadə 
Mahamaya, ata evinə yollanır. Lumbini kəndinin meşəliyində övladını dünyaya 
gətirir. Lakin yeddi gündən sonra o vəfat edir və dayəlik yeni doğulmuş 
şahzadənin xalasına həvalə olunur.
Hökmdar Suddhodana övladının gələcəyini öyrənmək üçün məşhur 
münəccim Aşitаnı saraya çağırır və o, uşağın bədənində onun böyük şəxsiyyət 
olacağını göstərən otuz iki əlamət müəyyənləşdirir. Bu əlamətlər əsasında Aşita 
qeyd edir ki, balaca şahzadə gələcəkdə ya böyük bir hökmdar - bütün dünyanın 
hakimi (çakravartin), ya da həqiqəti dərk edəcək müqəddəs zahid (budda) 
olacaq. Bundan sonra uşağın adını Siddhartha Qautama qoydular. “Siddhartha” 
– “məqsədinə tam nail olmuş şəxs” mənasını verir. “Qautama” isə onun mənsub 
olduğu sülalənin adıdır.
Suddhodana oğlunun gələcəkdə zahid deyil, onun yerinə keçəcək böyük 
hökmdar olmasını arzulayırdı. Bu məqsədlə o, övladının ömrü boyu həyatın 
mənası, əzab və ölüm haqqında fəlsəfi düşüncələrə meyllənərək zahid olmaması 
üçün onu xarici aləmdən təcrid edir, gözəl sarayda zənginlik və firavanlıq içində 
yaşamasını təmin edir. Hətta əhalinin qoca, xəstə və kasıb insanlarını paytaxt 
Kapilavastudan ayrı bir şəhərə köçürdür. Siddhartha məhz belə bir mühitdə 
böyüyür.
Dövrünə görə yaxşı təhsil alan, öz yaşıdlarını həm elmdə, həm də 
idmanda üstələyən Siddhartha uşaqlıqdan düşünməyə, fikir yürütməyə meyl 
göstərir, xeyirxahlığı hər şeydən üstün tutur, kin, nifrət və düşmənçilikdən uzaq 
olmağa çalışır. On altı yaşında Siddhartha Yaşodhara adlı şahzadə qızla evlənir 
və Rahula adlı oğlu dünyaya gəlir. Hər şey atasının istədiyi kimi getdiyi halda 
29 yaşlı Siddhartha ova getmək üçün ilk dəfə icazəsiz saraydan kənara çıxır və 
bu onun həyatını tamamilə dəyişir.
Yolda şahzadə Siddharthanın qarşılaşdığı dörd hadisə onu həyatın 
məşəqqət və əzab-əziyyəti barədə dərin düşünməyə vadar edir və nəticədə o, 
mənəvi sarsıntı keçirir. Belə ki, şahzadə həyatında ilk dəfə dəfn mərasimi görür 
və anlayır ki, özü də daxil olmaqla bütün insanlar ölümlüdür. Nə var-dövlət, 
nə də səltənət ölümdən xilas etməyə qadir deyil. Daha sonra cüzama tutulmuş 
xəstəyə rast gəlir və başa düşür ki, hər bir insan xəstəliyə mübtəla ola bilər. 


MULTİKULTURALİZMƏ GİRİŞ
68
Şahzadə bir müddət sonra pul istəyən dilənçi ilə qarşılaşır və var-dövlətin, ad-
sanın mahiyyət etibari ilə ötəri və bihudə olduğunu anlayır. Nəhayət o, dünyadan 
əlini çəkərək zahidlik edən və bununla da həyatdan razı qalan müdrik bir qocaya 
rast gəlir. Qoca ilə görüşdən sonra şahzadə başa düşür ki, insanın zahidlik edərək 
öz nəfsinə yönəlməsi və daxili dünyasını dərk etməsi həyatın əzab-əziyyətinin 
səbəbini bilmək və ondan qurtulmağın yeganə yoludur.
Rastlaşdığı hadisələrdən sonra şahzadə Siddhartha artıq dəbdəbəli sarayda 
rahat yaşaya bilmir və bir gün gecə yarı xidmətçisinin müşayiəti ilə sarayı tərk 
edir. Meşənin kənarında atını və qılıncını xidmətçiyə verir və onunla vidalaşır. 
Dünya həyatından əl çəkir, uzun saçlarını kəsdirib sadə geyim geyinir və meşəyə 
yollanır. Bununla da Siddhartha mənəvi axtarış yoluna – zahidliyə qədəm qoyur.
Siddhartha əvvəlcə yuxarıda qeyd olunan müxtəlif şraman qruplara 
qoşulur və onların təlimlərini öyrənir. Şramanlar cəmiyyətdən kənar gəzərək, 
özlərini hər şeydən məhrum edir, ac qalmaq və digər üsullarla nəfslərini sınağa 
çəkirdilər. Onlar həmçinin yoqa və nəfəsin gimnastikası metodu ilə ruhun 
bədəndən asılılığını azaltmağa çalışırdılar. Siddhartha tezliklə şramanların bütün 
təlimlərini mənimsəyir, tətbiq edir, amma heç kimin davamçısına çevrilmir. Beş 
yoldaşı ilə birlikdə qidadan imtina edərək asketizmin sərt metodlarını tətbiq 
edir, lakin gəldiyi nəticələr insan, həyat və həqiqət mövzusunda axtardığı 
suallara cavab vermədiyindən onu razı salmır. Belə olan təqdirdə Siddhartha sərt 
zahidlikdən əl çəkir və yaxınlıqda yaşayan bir qızdan sadə, lakin kifayət qədər 
qidalı yemək (südlü düyü sıyığını) qəbul edir. Bunu görən ətrafındakı yoldaşları 
Siddharthanı dönük adlandırıb, tənha qoyub tərk edirlər.
Siddhartha qatı zahidliyin əvəzinə nə nəfsin hər istəyinə boyun əyən
nə də bədəni zəiflədəcək qədər məhrum buraxan orta yol müəyyənləşdirir və 
meşənin dərinliyində tənha altı il yaşayır. Otuz beş yaşı olanda bir gün Neranjara 
çayının sahilində bodhi ağacının (əncir ağacının bir növü) altında oturur və 
and içir ki, həyatın, ölümün, əzab və əziyyətin həqiqi mahiyyətini və səbəbini 
dərk etməyənə qədər yerindən durmayacaqdır. O, meditasiya icra edir və dərin 
düşüncələrə dalır.
Buddizmin mistik ənənəsində bildirilir ki, dərin düşüncə zamanı 
Siddharthanın ölüm və doğuş dünyalarına qalib gələcəyini görən şər qüvvə 
Mara vəsvəsə edərək onu əvvəlcə qorxutmağa, daha sonra qızlarının gözəlliyi 
vasitəsilə yoldan çıxartmağa çalışır. Lakin bütün bunlar Siddharthaya təsir etmir 


69
DÜNYA DİNLƏRİ 
və Mara təslim olur. Siddhartha düçüncənin ən dərin qatlarına enəndə artıq 
ona əzab, əzabın səbəbləri, əzabın qurtarması və onun sona çatmasına aparan 
yollar barədə 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin