MULTİKULTURALİZMƏ GİRİŞ
70
sakya qəbiləsi onu böyük sevinclə qarşılayır. Budda ilə söhbətdən sonra xanımı
Yaşodhara və oğlu Rahula rahibliyi qəbul edirlər. Hökmdar Suddhodana
vəliəhdsiz qalır və Buddadan söz alır ki, o bir daha ailənin bir oğul övladını
valideynlərinin icazəsi olmadan icmaya qəbul etməyəcək. Budda buna söz verir
və bu adətə indinin özündə də Buddizmin yayıldığı ölkələrdə ciddi riayət olunur.
Buddanın məşhurluğu onun əmisi oğlu Devadattanın paxıllığına
səbəb
olur. O, əvvəllər də şahzadə Siddharthanın uğurlarını paxıllıqla qarşılayırdı. İndi
isə Buddanı fiziki olaraq məhv etməyə cəhd göstərir, lakin uğursuzluğa düçar
olur. Daha sonra icmanı daxildən parçalamaq üçün yalandan rahibliyi qəbul edir.
Amma onun bütün fitnə-fəsadları ifşa olunur və o, icmadan rüsvayçı şəkildə
qovulur.
Zaman ötür, Budda yaşlanırdı. Mənbələrə görə, o, 80 yaşında Nayrancani
çayının
sahilində, Kuşinaqara adlanan yerdə tələbələri ilə vidalaşır, onlara
öz güvvələrinə güvənmək və xilas olmaq naminə səylə çalışmaq barədə son
məsləhətlərini verir. Daha sonra sağ tərəfi üstündə uzanır, üzünü şərqə çevirir,
sağ əlini başının altına qoyaraq meditasiyaya qərq
olur və əbədi nirvanaya
qovuşur (parinirvana).
Onun vəfatından sonra tələbələri adət-ənənə üzrə Buddanın nəşini
yandırdılar. Hörmət əlaməti olaraq, ətraf dövlətlərin hökmdarları onun yanmış
cəsədinin külündən bir hissə götürüb saxladılar. Daha sonra həmin külü
“stupa” adlanan və konusvari formada inşa olunan xüsusi
tikililərin içərisinə
yerləşdirdilər.
Budda sağlığında özündən sonra icmanı idarə etmək üçün heç kəsi təyin
etməmişdir. Ona görə də onun vəfatından qısa müddət sonra tələbələri Rajagriha
şəhərində
toplaşaraq ilk böyük şura yığıncağı çağırdılar. Şuranın məqsədi
Buddanın dediyi və öyrətdiyi bütün məsələlərin şifahi ötürülməsində səhvlərin baş
verməməsini təmin etmək idi. Buddanın üç məşhur tələbəsi – Ananda, Mahakaşyapa
və Mahamaudqalyayana hafizələrindən Buddanın fəlsəfi təlimini, moizələrini,
nəsihətlərini, öyrətdiyi normaları, icmanın qayda və qanunlarını bir araya gətirirlər.
Sonrakı dövrlərdə də buddist rahiblər arasında yaranmış müəyyən fikir ayrılıqlarını
aradan qaldırmaq üçün üç böyük şura yığıncağı çağırılmış və imperator Aşokanın
(e.ə. 273-232) bu məsələdə xüsusi xidmətləri olmuşdur. Ümumiyyətlə, Buddizmin
tarixi baxımından e.ə. III əsrdə Hindistanda hakimiyyətdə
olmuş imperator
Aşokanın fəaliyyəti böyük əhəmiyyət kəsb etmişdir.
71
DÜNYA DİNLƏRİ
Belə ki, Aşoka Buddizmi qəbul etdikdən sonra, onun geniş arealda
yayılması istiqamətində tədbirlər görmüş, bu dinin təbliğatçılarını dəstəkləməklə
onu dövrünün ən böyük dininə çevirmişdir.
Dostları ilə paylaş: