Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə7/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   109
STRATEJİ MENECMENT (1)

Birinci -İ.Ansoff Harvard qrupunun təklif etdiyi modeldən fərqli yüksək rəhbərliyin dəyərlərini formalaşdırarkən göstərilən əlamətlərə formal yanaşmalı və bu zaman strategiyanın nəzərə alınmalı olduğunu qeyd edirdi.
İkinci- İ.Ansoffa görə strateji planın formalaşmasına formal bir proses kimi baxmaq olar.
Orta müddətli planlaşdırma seçilmiş biznes sahəsi üçün tər­tib edilir, resurslardan istifadə edərək strategiyanı reallaş­dır­maq üçün bütün amillər nəzərə almaqla həyata keçirilir.
Strateji plan­­laş­dırma aşağıdakı blok – sxemdə göstərilən ardıcıllıqla ha­zır­la­nır.


Sxem 1.2. İ.Ansoffun strateji planın formalaşması modeli
Bu modeldən göründüyü kimi xarici siqnallara reaksiya müəssisənin inkişafının məqsədini müəyyənləşdirir. Burada əsas məqsəd bazara daxil olmaq üçün strateji qərarların qəbul edilməsi imkanlarının müəyyən edilməsidir.
Bu modelə görə diversifikasiya strategiyası formalaş­dırılarkən əvvəlcə müəssisənin təşkilati strukturunun bütün elementlərinin səmərəliliyini təmin edən vacib strateji qərarlar qəbul edilməlidir. Yuxarıda qeyd olunan strateji qərarlara əsasən müəssisədə hal-hazırda istehsal olunan məhsulların satışı və şaxələndirilməsi üzrə konkret strategiya hazırlanır. Bunlar birlikdə və yaxud ayrılıqda müəssisənin “məhsul/bazar” ümumi strategiyasında əks olunur. Ancaq İ.Ansoffa görə strategiyanın bütöv olması üçün bu strateji planda maliyyə və inzibati strategiya mütləq nəzərə alınmalıdır.
Maliyyə strategiyası müəssisədə maliyyə potensialının (imkanlarının) artımını təmin edən qayda və vəsaitlərin toplusundan ibarətdir. Aydındır ki, bu strategiya bir tərəfdən konkret alternativ (genişləndirilmiş bazar və diversifikasiya) strategiyalar və digər tərəfdən müəssisənin bütövlüyünü xarakterizə edən sistemli strategiya ilə əlaqədardır.
Bu modelin Harvard Biznes məktəbinin modelindən əsaslı fərqi ondan ibarətdir ki, burada əks əlaqə strateji planın prosedurunun interaktivliyinin formalaşdırılmasını və onun dayanmadan həyata keçirilməsini təmin edir.


H.Steyner modeli.
F.Minçbergin fikrincə H.Steyner planlaşdırma mövzusu ilə əlaqədar daha çox böyük həcmdə tədqiqat aparmış, tövsiyyələr işləmiş, yəni onun 1969-cu ildə 800 səhifə həcmində yazdığı “Top Manag­ment Planning” kitabı daha məşhurdur. H.Steynerin tərtib etdiyi strateji planın formalaşdırılması sxemi aşağıda verilmişdir.
H.Steynerin modelinin ilkin təhlili göstərir ki, bu model Harvard Biznes məktəbinin modelinə yaxındır (əgər planların inkişafı və yenidən baxılması blokunu nəzərə almasaq).
İlkin olaraq strateji idarəetmə sxemini tərtib edərkən ümumi qəbul edilmiş tələblər olan tam məlumatlı və modelin sadəliyi nəzərə alınmalıdır.









Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin