Sxem 1.1. Harvard Biznes məktəbinin modeli
Əgər seçilmiş strategiya qeyd olunan bütün tələbləri ödəyirsə, onda onun həyata keçirilməsinə başlanılmalıdır. Strategiyanın formalaşdırılmasının daha səmərəli variantının seçilməsi yüksək rəhbərliyin idarəetmə dəyərinin mahiyyətinin göstəricisi kimi qəbul edilir.
İndi isə bu modelin metodoloji prinsiplərini daha ətraflı nəzərdən keçirək:
Formalaşdırılan strategiya nəzarət edilən olmalıdır. Yəni, bu o deməkdir ki, strategiya intuisiyadan və gözlənilməz problem toplusundan meydana gəlməməlidir, mütəxəssis tərəfindən dərin düşünülmüş və nəzarət edilən proses olmalıdır.
Strategiyanın formalaşdırılması prosesinə cavabdehlik təsnifatın yüksək səviyyəli menecerinə həvalə olmalıdır.
Strategiya planının formalaşması modeli sadə və məlumatlı olmalıdır.
Strategiya mahiyyətinə görə yeganə və yaradıcı layihələndirmə prosesinin nəticəsi olmalıdır. Yəni, strategiya nəzərdə tutulan müəssisənin fərdi olaraq onun inkişafına yönəldilmiş plan olmalı və standart şablonlara görə tərtib olunmamalıdır.
Strategiya strateji planlaşdırmanın nəticəsi kimi mükəmməl, tam başa çatmış xarakterdə hazırlanmalıdır. Strategiyanın hazırlanması prosesi son məhsul olaraq bütün alternativ varaintların təhlili və dəyərləndirməsinə müvafiq ən səmərəli və optimal variant seçilməlidir.
Strategiya sadə, aydın hazırlanmalı, müəssisənin fəaliyyətini təşkil etməli, müəssisənin işçiləri tərəfindən başa düşülən və qəbul edilən olmalıdır. Məsələn, General Electric şirkətinin planlaşdırma xidmətinin işçilərin prinsiplərindən biri “Yaxşı strategiya iki sətirdə də yazıla bilir. Əgər bunu eləmək mümkün deyilsə deməli bu strategiya yaxşı strategiya deyil.”
Əgər strategiya dəqiq və tam formalaşdırılıbsa və ya unikaldırsa onda bunun həyata keçirilməsi mümkündür.Belə ki, seçilmiş strategiya müəssisənin idarə strukturunun bütün elementləri tərəfindən qəbul edilirsə onda müəssisə onun yerinə yetirilməsi üçün bütün resurslara və istəyə malik olmalıdır.
Starteji planın predmeti sahibkarlığa aid olan bütün fəaliyyətlər ola bilər.
Harvard qrupunun tərtib etdiyi model ilə yanaşı İ.Ansoff digər modellərdən fərqlənən müəssisənin inkişafının strateji planını təklif etmişdir. Bu modelin iki fərqləndirici əlaməti var.