6.1. Pedaqoji proses haqqında ümumi anlayış
6.1.1. “Pedaqoji gerçəklik”, “pedaqoji proses” və “təlim-tərbiyə” anlayışlarının qarşılıqlı səciyyəsi
“Pedaqoji proses” anlayışı pedaqoji ədəbiyyatda əsasən belə təqdim olunur: Qarşıya qoyulmuş məqsədə çatmaq üçün müəllimlərlə şagirdlərin qarşılıqlı təsirinə pedaqoji proses deyilir. Bu qarşılıqlı təsir qabaqcadan nəzərdə tutulmuş şəkildə şagirdlərin vəziyyətinin, xassə və keyfiyyətlərinin dəyişməsinə gətirib çıxarır. Başqa sözlə desək, pedaqoji prosesdə mənimsənilən sosial təcrübə şəxsiyyətin keyfiyyətinə çevrilir.
Professor B.A.Əhmədov göstərir ki, “harada ki, təcrübənin verilməsi vardır, orada pedaqoji gerçəklik mövcuddur; pedaqoji proses isə pedaqoji gerçəklikdən dar anlayışdır. Yəni, o, ümumiyyətlə təcrübənin verilməsi deyil, yalnız müəyyən tip müəssisələrdə özünü göstərən pedaqoji gerçəkliyi əhatə edir.” Onun fikrincə, “pedaqoji proses” təcrübənin verilməsi və qəbul edilməsi prosesidir, düz və əks əlaqələr vəhdət halında fəaliyyət göstərir. Əgər idarə edən (təsir göstərən) komponenti “U”, idarə olunan (təsiri qəbul edən) komponenti “S”, onların arasındakı vasitələr sistemini, o cümlədən şəraiti “V” ilə işarə etsək, onda pedaqoji gerçəkliklə pedaqoji prosesin fərqini belə göstərə bilərik.
Pedaqoji gerçəklik: U V S
Pedaqoji proses: U⇄ V⇄ S.
“Pedaqoji gerçəklik” və “pedaqoji proses” anlayışlarının məzmununa, B.A.Əhmədovun″ fikrincə, konkret şəkildə aşağıdakılar daxildir, hansı ki, biz onun fikirləri ilə şərik deyilik:
Dostları ilə paylaş: |