Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Təlimin tərbiyəedici funksiyasının təmin olunması



Yüklə 1,17 Mb.
səhifə336/435
tarix10.01.2022
ölçüsü1,17 Mb.
#113758
növüDərs
1   ...   332   333   334   335   336   337   338   339   ...   435
Pedaqogika I cild

Təlimin tərbiyəedici funksiyasının təmin olunması daha mü­rək­kəbdir. Təlimin tərbiyəedici xarakteri onun funksi­ya­sında hə­yata keçirilir. Bu, təlimin müxtəlif funskiyaları içərisində mə­rkəzi, aparıcı xətt hesab olunur.

Bu, pedaqogikada ən sadə, hamının dərk edə biləcəyi bir həqi­qət­dir, nəinki müasir, hətta klassik didaktikanın əsas, başlıca prin­sip­lərindəndir. Sözügedən həqiqəti dönə-dönə qeyd etməklə məqsəd onu sa­də­cə xatırlamaq deyil, yüksək səviyyədə həyata keçirməyə diqqət yönəltməkdir. Şagirdlərə müəyyən bilik vermək, onun yadda qal­ma­sı­na na­­­­­­il olmaq, onlarda bacarıq və vərdişlər aşılamaq, sonralar isə möh­­kəm­lən­dirmək elə bir çətinlik törətmir, lakin burada tərbiyəvi effekti də­qiq müəyyənləşdirmək lazımdır. Həm də bu vəzifəni əldə etmək, tə­li­min tərbiyəedici göstəricisinə nail olmaq o qədər də asan məsələ de­yil­. Vaxt vardı ki, dərsdə tərbiyəedici “momentlər” haq­qın­da çox danışır və yazırdılar. Unutmaq olmaz ki, hər hansı bir tə­lim, hət­ta nə qədər formal keçsə belə, uşağın qəlbində müəyyən iz qo­yur.

Qabaqcıl müəllimlər bu vəzifənin həllinə yerli şəraiti nəzərə ala­raq və pedaqogikanın tövsiyə etdiyi qaydalara riayət etməklə, tə­li­min təhsil və tərbiyələndirici vəzifələrinin vəhdətini təmin etmək yo­lu ilə nail olurlar. Bu vəzifələrin həlli, birinci növbədə, müəllim­lər­dən dərin bilik, məktəblərdə optimal təhsil və tərbiyə şəraiti tələb edir. Nə qədər ki, bu vəzifələr təfərrüatı ilə yerinə yetirməlidir, onda tə­bii ki, təlim prosesində hər fənn üzrə hər bir dərsin tərbiyələn­di­ri­ci vəzifəsini nəinki müəyyənləşdirmək, onu təlimin müxtəlif priyom və metodlarından istifadə etməklə praktik surətdə həyata keçirmək tə­ləb olunur. Təbii ki, bu işdə müəllimin hazırlığından və onun yaradıcı fəaliyyətindən çox şey asılıdır.

Təlimin tərbiyəedici funksiyası həm onun məzmununda, həm dər­sin keçirilmə metodu və dərsdə əlverişli təlim şəraitinin yaradıl­ma­sında, həm də dərsin emosional axınında həyata keçirilir. Mə­lum­dur ki, “emosiyalar xarakterindən asılı olaraq əqli fəaliyyətə can­­­lan­d­ırıcı, yaxud əksinə, cansıxıcı təsir göstərir. Təlimdə müsbət emo­siyalar mənəvi yüksəliş yaradır. Heyranlıq, həzz almaq, fərəh, hüsn-rəğbət müsbət emosiyalar kimi nəzərdə tutulur. Mənfi emo­si­ya­lar da vardır. Məsələn, narazılıq, məyusluq, nifrət, şübhə (L.V.Zan­­kov). Hər bir təlim fənni emosional təsirin yaradılması im­kan­larına malikdir ki, bu da şagirdlərin əxlaq və estetik tərbiyəsində mü­hüm amil hesab olunur.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   332   333   334   335   336   337   338   339   ...   435




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin