Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 1,17 Mb.
səhifə357/435
tarix10.01.2022
ölçüsü1,17 Mb.
#113758
növüDərs
1   ...   353   354   355   356   357   358   359   360   ...   435
Pedaqogika I cild

Laboratoriya işi. Müəllimin göstərişi əsasında şagirdlərin təcrübə qoymaları pro­sesi, bilavasitə müşahidə etmələri və müstəqil nəticə çıxararaq bi­lik əldə etmələri laboratoriya işidir. Fizika, kimya, botanika, zoolo­giya, ümumi biologiya, əmək təlimi və s. fənlərin tədrisində la­bo­ra­toriya işindən daha geniş istifadə edilir.

Laboratoriya işinin müvəffəqiyyətli təşkili üçün müvafiq ava­dan­lığın, cihazların, preparatların, texniki vasitələrin, digər zəruri əş­yaların məktəbdə olması vacibdir.

Laboratoriya işi məktəbin laboratoriyalarında, fənn ka­bi­net­lə­rin­də, məktəbyanı sahədə, istehsalat müəssisələrində təşkil ed­i­lir.

Laboratoriya işinin səmərəliliyi üçün müəllim bir sıra tə­ləb­lə­rə əməl edir:



  1. Laboratoriya işi üçün şagirdlərə tapşırılacaq təcrübənin möv­zusunu, gedişini, nəticəsini müəllim əvvəlcədən dəqiqləşdirir, dər­sə qədər isə təcrübəni özü qoyur, alınacaq nəticəni yoxlayır;

  2. Müəllim laboratoriya işinin mövzusu, məqsədi, mərhələləri ba­rədə şagirdlərə məlumat verir, təhlükəsizlik məsələlərini diqqət mər­kəzində saxlayır;

  3. Müəllim təcrübənin gedişini diqqətlə izləyir, çətinlik çə­kən­lərə istiqamət verir, təcrübə qoymaq bacarığının uşaqlarda formalaş­ma­sına köməklik göstərir.

  4. Müəllim təcrübənin gedişini diqqətlə izləyir, çətinlik çə­kən­lərə istiqamət verir, təcrübə qoymaq bacarığının uşaqlarda formalaş­ma­­sına köməklik göstərir.

  5. Laboratoriya işində qoyulan təcrübədən alınan nəticələrin ümu­miləşdirilməsinə və sözlə ifadə olunmasına müəllim rəhbərlik ed­ir.

Laboratoriya işi həm biliklərin şüurlu mənimsənilməsinə, həm də biliklə əlaqədar bacarıqların formalaşmasına münasib imkan ya­ra­dır. Yeni məlumat əldə edən, onun mahiyyətini öyrənən şagird ye­ni biliyi qarşıya qoyulmuş məsələni həll etmək vasitəsinə çevirir. Həm də bu zaman evristik müsahibədəkinə nisbətən fəal axtarış zo­na­sı genişlənir. Müəllimin bilavasitə və ya dolayı rəhbərliyi altında şa­­gird axtarış yolunu müəyyənləşdirir, onun uğursuz variantlarını kə­nara atır, öz fikrincə daha doğru bir həlli seçib götürür. Müsa­hi­bə­də və ya disputdakına nisbətən laborator işində şagirdlərin müstə­qil­liyi və yaradıcılığı xeyli çoxdur. Laboratoriya işi şagirdlərdə mü­şa­hidəçiliyi, dərketmə qabiliyyətini inkişaf etdirir, faktlara qarşı on­lar­da hörmət tərbiyə edir, əmək mədəniyyətini formalaşdırır. Labo­ra­­toriya işi məktəblini politexnik xarakterli bacarıq və vərdişlərlə si­lah­landırmaqla yanaşı, onları elmi eksperiment metodikası ilə tanış edir, cihaz və alətlərlə işləməyi öyrədir.

Heç bir üsul dərketməyə dair müstəqil axtarış işinin təşkili və ey­ni zamanda onun idarəedilməsi sahəsində laboratoriya işi qədər bö­yük imkana malik deyildir. Laboratoriya işlərini frontal və ya qrup üzrə, avadanlıq imkan verdikdə isə fərdi surətdə də təşkil et­mək olar. Bu üsul axtarışın tərkibinə daxil olan hər bir ünsürü ay­rılıqda gö­türüb onun müvəffəqiyyət və uğursuzluğunu təhlil et­məyə, fəa­liy­yət­dən sonra atılacaq addımı müəyyənləşdirməyə im­kan verir. La­bo­ratoriya işini əməli cəhətdən hər hansı bir mərhələdə da­yan­dır­maq və dərketmə məsələsinin həllinə dair hər hansı bir sualı mü­za­ki­rəyə qoymaq olar. Laboratoriya işinin üstünlüyü onda­dır ki, bu­ra­da şagirdlərin fəaliyyəti, bir qayda olaraq maddiləşir və bunun sa­yə­sin­də dərketmənin ayrı-ayrı mərhələləri göz qabağın­da olur və idarə edi­lə bilir.




Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   353   354   355   356   357   358   359   360   ...   435




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin