Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 1,17 Mb.
səhifə359/435
tarix10.01.2022
ölçüsü1,17 Mb.
#113758
növüDərs
1   ...   355   356   357   358   359   360   361   362   ...   435
Pedaqogika I cild

Tədqiqat metodu. Pedaqoji ədəbiyyatda bəzilərinin (məsələn, İ.Y.Lerner) bu me­todu “tədqiqat prinsipi” istilahı ilə də ifadə et­mə­si­nə rast gəlirik. La­kin onların şərhində bu terminlərin hər ikisi eyni mə­nanı verir. Şüb­həsiz, buna “tədqiqat metodu” demək məq­sədə da­ha çox uy­ğun­dur. Ona görə ki, “prinsip” “metoda” görə ge­niş mə­na­lı­dır: tədqiqat prin­sipi deyilirsə, bütün dərsləri bu əsasda ye­rinə yetir­mək tələb olu­nardı. Halbuki, dərslər (xüsusən yuxarı siniflərdə) qis­mən bu yol­la verilə bilər. Əlavə olaraq onu da demə­liyik ki, didak­ti­kada tə­lim prisnpiləri arasında belə adda prinsip yox­dur və olmamış­dır. Əda­­lət naminə qeyd olunmalıdır ki, təlim metodları (axtarış me­todla­rı) sırasında bu tədqiqat metodu özünə yer almışdır və peda­qoq­lar bu məsələdə öz mövqelərini tutarlı arqu­mentlərlə əsas­lan­dırmışlar. Təd­­qiqat metodunun özünəməxsus tarixi vardır. Təd­qiqat meto­du­nun mahiyyətinə gəldikdə, deməliyik ki, bu hər yerdə, hər zaman tət­biq olunmur.

Qeyd edək ki, laboratoriya işi əsasən bir faktla, bir hadisə ilə məh­dudlaşırsa, tədqiqat üsulu eyni səciyyəli bir çox hadisələrin öy­rə­nilməsini nəzərdə tutur. Tədqiqat üsulunda şagirdlər müəllimin gös­tərişi əsasında müvafiq təbiət və ya cəmiyyət hadisələrini müs­təqil müşahidə edərək lazım olan faktlar topladıqlarından və nəti­cə­lər çıxartdıqlarından əsil elmi tədqiqata yaxınlaşırlar.



Müstəsnasız olaraq bütün fənlərin tədrisində tədqiqat üsu­lun­dan istifadə edilə bilir. Təbiət fənləri ilə əlaqədar əşyaların xassələri, mad­dələrin qarşılıqlı təsiri, bitki örtüyünün müxtəlifliyi, onun sə­bəb­ləri, kənd təsərrüfat məhsullarının havadan, ümumiyyətlə, iqlim­dən, relyefdən asılılığı və s. şagirdlər üçün tədqiqat mövzusu olur.

Humanitar fənlər üzrə ədəbi dilin xüsusiyyətlərinə, ləhcə xü­su­siyyətlərinə, ailə ənənələrinə, xalq yaradıcılığına, musiqiyə, nəğ­mə­yə, təsviri incəsənətə, diyarşünaslığa və i.a. aid şagirdlərə təd­qi­qat xarakterli tapşırıqlar verilir.



Şagirdlərin tədqiqat işi məktəbin laboratoriya və fənn kabi­net­lə­rində, şitilliyində, canlı guşəsində, məktəbyanı sahədə, isteh­sa­lat­da, kənd təsərrüfatı sahələrində, çöldə, meşədə, çəmənlikdə və s. təş­kil edilir.

Tapşırığın xarakterindən asılı olaraq şagirdlərin tədqiqat işinin müd­dəti müxtəlif olur. Tapşırıq alan şagirdlərə aydın olmalıdır ki, təd­qiqat işi bir sıra mərhələlərdən keçir: 1. Tapşırığa uyğun faktların mü­şahidəsi; 2. Şagirdlər üçün faktlarda aydın olmayan cəhətlərin mü­­­əyyənləş­dirilməsi; 3. Bu cəhətləri izah etmək üçün fərziyə (eh­ti­­­­mal) irəli sürülməsi; 4. Fərziyənin doğruluğunun yoxlanılması; 5. Yox­­lama­dan müəyyən əməli nəticə çıxarılması.

Tədqiqat metodu elmə məlum olan, lakin şagirdlər üçün yeni olan biliyin əsaslı və möhkəm mənimsədilməsinə kömək edir və on­la­rı müstəqil düşünməyə, mühakimə yürütməyə alışdırır, elmi təd­qi­qat işinə hazırlayır. Tədqiqat işinin şagirdlər üçün çətinliyini mü­əy­yən edən müəllim bu metoda onları tədricən alışdırır; bir halda şəkil və ya təcrübə, yaxud ayrı-ayrı faktlar üzrə suallar qoymaqla prob­le­mi duymağı şagirdlərə öyrədir, digər halda suala cavab verməyə, üçün­cü halda müvafiq faktlardan nəticə çıxartmağa, dördüncü halda eh­timal yürütməyə, beşinci halda ehtimalın doğruluğunu yoxlamaq üçün plan tutmağa, altıncı halda ehtimalı yoxlamağa alışırlar.




Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   355   356   357   358   359   360   361   362   ...   435




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin