Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Nəticə çıxarma və qiymətləndirmə



Yüklə 1,17 Mb.
səhifə407/435
tarix10.01.2022
ölçüsü1,17 Mb.
#113758
növüDərs
1   ...   403   404   405   406   407   408   409   410   ...   435
Pedaqogika I cild

Nəticə çıxarma və qiymətləndirmə. Hakim daha inan­dı­rıcı mövqelərdən çıxış edən komandanı seçir. O yalnız eşit­dikləri əsa­sında nəticə çıxarır və öz seçimini edir. Çox vacibdir ki, o öz seçimini etdikdən sonra onu əsaslandıra bilsin. Verilən sualların və alınan cavabların keyfiyyəti iştirakçıların debatların mövzusunu nə dərəcədə dərindən və hərtərəfli mənimsədiklərini göstərir. Bu za­man həm də spikerin alınmış cavabları nə dərəcədə ustalıqla op­po­nen­tin mövqeyini zəiflətmək və öz mövqeyini gücləndirmək üçün is­tifadə edə bilməsi qiymətləndirilir.

Şərtlər:

  1. Qrupda şagirdlərin sayı 20 nəfərdən çox olmamalıdır.

  2. Mövzu qısaca ifadə edilən zaman aşağıdakı prinsiplərə ria­yət olunmalıdır.

    • mövzu aktual olmalıdır;

  • mövzu maraqlı olmalıdır;

  • mövzu “münaqişəli” olmalıdır, məsələn, əgər A mövqeyi möv­­cuddursa, bu o deməkdir ki, əks fikir də (B mövqeyi) möv­cud­d­u­r;

  • mövzu elə ifadə edilməlidir ki, heç kəs bir mövqeyin üstün­lü­yünü hiss etməsin;

  • mövzu nə çox dar, nə də çox geniş olmalıdır. Məsələn, “Ev­ta­­nasiya xərçəng xəstəliyinə tutulmuş insanlar üçün leqallaşdırıl­ma­lı­­­dır”-dar, “Təhsil rəsmi dövlət dilində olmalıdır” isə geniş möv­zu­d­u­r.

  1. Hazırlıq prosesində debatçılar idrak prosesinin mühüm ün­sür­lərindən olan sualların ifadə texnikası və məharətinə yiyə­lən­mə­li­dirlər.

  2. Şagirdlərin mənbələrlə işləyə bilməsi, dəstək və sübutların mən­tiqi, mövzuya, problemə uyğun seçilməsi vacibdir.

Vasitələr: Müzakirə üçün əvvəlcədən hazırlanmış suallar, müx­təlif məlumat mənbələri.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   403   404   405   406   407   408   409   410   ...   435




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin