Q. Tatarova
I FƏSİL.
SOSİOLOGİYADA EMPİRİK MƏLUMATLARIN STRUKTURU
1. Empirik sosiologiyanın postulatlarından məlumatların analizinin metodologiyasına doğru
Empirik sosiologiya. Sosioloji informasiya. Terminlərin istifadəsində çoxmənalılıq (metodologiya, analiz, metod, formalizasiya, operasionallaşdırma). Məntiqi və riyazi formalizasiya haqqında anlayış. Empirik sosiologiyada statistik və humanitar yanaşmaların mövcudluğu üçün əsaslar.
Lap əvvəldən nəzəriyyəçiliklə məşğul olmaq istəməzdik, amma müəllif baxışı variantı kimi diqqətinizə təqdim etdiyimiz sosiologiyanın bu sahəsi hələ özünü tam «tutmayıb». Ədəbiyyatda nadir hallarda «sosiologiyada məlumatların analizi metodologiyası» söz birləşməsinə rast gəlmək olar, əgər rast gəlmək olarsa da, bu çox dar mənada başa düşülür. Buna görə də biz bu elm sahəsinin spesifikasını izah etməyə borcluyuq. Bundan başqa, bu bölmədə sosioloji tədqiqatlarda bir növ analiz «dilinin» struktur elementləri haqqında söhbət gedir ki, bu da belə dilin əsas anlayışlarının elementlərinin tətbiq edilməsini tələb edir.
Kitabın adında «metodologiya» anlayışı var. Məlum olduğu kimi, metodologiya yeni biliyə nail olmaq üçün üsullar haqqında bilik sistemidir. Bu elmin metodologiyası geniş mənada nəzəriyyədən, onun predmetinin tədqiqinin ümumi elmi və xüsusi metodlarından, dar mənada isə informasiya almaq metodları sistemindən, onun analizindən, şərhindən və izahatından ibarətdir. [1, s. 4; 17; s.633; 23, s. 390-392]
Dostları ilə paylaş: |