Dərslik Bakı 014 bbk 60. T 12


TA-nın keçirilməsi mərhələləri



Yüklə 2,78 Mb.
səhifə126/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   131
TA-nın keçirilməsi mərhələləri.

Bir çox sadə məsələləri nümunə göstərirdik. Onlar riyazi metodlarla – hansıları ki, TA prosesində istifadə oluna bilərlər – hələlik heç cür bağlı deyillər. Bir daha qeyd edirik ki, bizim əsas məqsədimiz onu göstərməkdən ibarətdir ki, hər bir analizin tədqiqat strategiyası mürəkkəb, çoxsəviyyəli anlayış aparatına və sosioloji tədqiqatlarda reallaşdırmaq üçün öz şəxsi çoxvariantlı strategiyasına malikdir. Bu anlayışlar arasında empirik interpretasiyaya bütövlüklə tabe olmayan ideal anlayışlar (ekzogen) həmişə olur. Onlar analizin məntiqinin strukturlaşdırılmasında sosioloq üçün “yolgöstərən ulduz” rolunu oynayırlar. Onların aralarında elələri də var ki, empirik interpretasiyaya məruz qalırlar və elələrini törədirlər ki, onlara qarşı uyğun olaraq riyazi konstruktları qoymaq olar (formullar, qrafiklər, bərabərliklər və s.).

Biz 4.2.1 sxemində göstərilən bəzi anlayışları müfəssəl olaraq nəzərdən keçirmədik. TA-nın keçirilməsinin məntiqinin illüstrasiyası üçün bu bir o qədər də vacib deyildir. Bizim fikrimizə görə, tipoloji analizin keçirilməsinin mərhələləri daha vacibdir. Məktəb məsələlərinin həlli bu mərhələlərlə analojidir. Amma, məktəb məsələlərinin həllindən fərqli olaraq bir sosioloji məsələdə bəzi mərhələlər lazım gəlməyə də bilərlər, digər məsələdə isə yeni mərhələlər əlavə oluna bilərlər. Bu həyatın bütün hallarını nəzərdə tutaraq yaradılan bir sxem deyildir. Beləliklə, analizin alçalan strategiyası çərçivəsində keçirilən TA-nın ardıcıl olaraq yerinə yetirilən mərhələləri bunlardır:

1.Apriori tipologiyasının qurulması (həyata keçirilməsi). Bunun üçün zəruri olan tipyaradan əlamətlər və onlara uyğun empirik indikatorlar tətbiq olunurlar. TA prosedurasının birinci interpretasiyasında bu mərhələ olmaya ola bilər. Sonrakı interpretasiyalarda onların keçirilməsi və formalaşması üçün zəruri olan tipyaradan əlamətlər lazım gələ bilər.

2.Tipologiya obyektinin müəyyən edilməsi və tipyaradan əlamətlərin ikinci hissəsinin formalaşması.

3.Axtarılan tiplərin mövcudluğunu izah etmək üçün faktor rolunu oynayan tipyaradan əlamətlərin formalaşması.

4.Təsnif edilən obyektlər məcmusunun formalaşması. Qeyd etmək lazımdır ki, informasiya mənbəyi individ olduğu halda təsnifat obyekti kimi birincisi ailələr, briqalar, tələbə qrupları və istənilən başqa birliklər çıxış edə bilərlər. İkincisi, identiklik obyektləri, dəyərlər, həyacanlar, “nəyin isə strukturları”, mətnlər, məqalələr, həyat tarixçələri və s. Ümumi halda təsnifat obyektləri – bu 2.1.3-də göstərilmiş bütün məlumat tiplərində analiz vahidləridir.

5.Mümkün definisilərdən birinə “tipologiyanın əsası” anlayışını daxil etmək.

6.Tipyaradan əlamətlərə uyğun gələn (əlamətlərin bütün üç funksional qrupuna) empirik indikatorlar məcmularının formalaşması.

7.Empirik indikatorların xüsusiyyətlərinin – hansıların ki, əsasında təsnifat əlamətləri formalaşdırılacaq – analizi. Buraya şkala tipi, fiziki və faktiki şkala tiplərinin uyğun gəlməməsi, empirik indikatorun sıfır qiymətinin interpretasiyası kimi ümumi xüsusiyyətlər də aiddirlər. Sonuncusu fiziki şkala tipi sıra şkalasından yüksək olanda vacibdir. Bu halda sıfır qiyməti təsnifat obyektləri üçün ya təsadüfi, ya da spesifik olan kimi interpretasiya oluna bilər. Məsələn, respondentin müəyyən məşğuliyyətinin müddəti. Hər bir tədqiqatda məlumatların tipindən, empirik indikatorların növündən irəli gələn spesifik xüsusiyyətlər baş verə bilər. Bu tip həm də tipyaradan əlamətlərin digər iki hissəsi üçün də tətbiq oluna bilər.

8.Əsasən əlamətlərin təsnifatının formalaşması məqsədilə empirik indikatorların qarşılıqlı əlaqələrinin strukturunun analizi. Bu mərhələnin məqsədləri: müxtəlif tipli şkalaların uçotu, ümumiləşdirilmiş göstəricilərin kiçik sayına keçid, qarşılıqlı əlaqə strukturlarının spesifik göstəricilərinin formalaşması. Xüsusilə, əgər ümumiləşdirilmiş göstəricilərin formalaşması haqqında apriori təsəvvürlər yoxdursa, onda söhbət empirik indikatorlar məcmusunun faktorlu strukturunun mövcudluğunun öyrənilməsindən gedə bilər.

9.Bölgü alqoritminə daxil olmağa tabe olan təsnif edilmiş əlamətlərin formalaşması;

10.Bölgünün keçirilməsi üçün məntiqin seçilməsi. Xüsusilə, təsnifat alqoritmləri məcmusunun və onların tətbiqinin ardıcıllığının seçilməsi. Əgər söhbət bölgünün çoxölçülü metodlarından gedirsə, onda bu çox zəhmət tələb edən mərhələdir.

11.Siniflərin interpretasiyalarının prinsip və üsullarının müəyyən edilməsi;

12.Ya siniflərin birləşdirilməsi, ya da siniflərin ayrılması əsasında birtipli obyekt qruplarının formalaşdırılması.

13.Lazım olanda tipoloji analizin əsas anlayışlarını düzəliş etmək və ilk mərhələyə qayıtmaq.



Biz “... xüsusiyyətlərin analizi” mərhələsini nəzərdən keçirmirdik. Məsələn, istifadə olunan şkalaların müxtəliftipliyi xüsusiyyətlərə aiddir və bu xüsusiyyəti TA prosesində nəzərə almaq zəruridir. Biz həm də “... strukturunun analizi” mərhələsinə də toxunmadıq. O, tipyaradan əlamətlərə uyğun olan böyük miqdarda empirik indikatorların gücünə görə zəruridir. Buna görə də ümumiləşdirilmiş, onlardan törəmiş göstəricilərə keçmək istəyirlər. Bu mərhələ elə buna görə lazımdır.

Analizin yüksələn strategiyası çərçivəsində TA-nın keçirilməsinin əsas mərhələlərini ancaq proyektiv metodun, tamamlanmamış cümlələr metodunun vasitəsilə alınmış mətn informasiyası ilə işləmək halı üçün göstərəcəyik [34]. Bizim tədqiqatda TA keçirməyin məqsədi “mədəni adam” obrazında tipoloji sindromların axtarışıdır, yəni respondent qrupları arasında – hansılar üçün ki, mədəni insan obrazı yaxındır, oxşardır – axtarış. Bu mərhələləri qısaca təsvir etməzdən əvvəl aşağıdakını qeyd etmək lazımdır.

Qeyd olunduğu kimi, məlumatların analizinin yüksələn strategiyası öyrənilən fenomenin tipləri haqqında apriori təsəvvürlərin yoxluğu zamanı istifadə olunur. Daha dəqiq desək, tədqiqatçının müəyyən etdiyi mənada tiplərin mövcudluğu haqqında izahedici hipotezin yoxluğu zamanı. Aydındır ki, bu heç də onu istisna etmir ki, tiplər haqqında mürəkkəb, yayğın obrazlar və təsəvvürlər mövcuddur (məsələn, sırf keyfiyyət tədqiqatçılarına və ictimai rəyin öyrənilməsi tipli tədqiqatlara xas olanlar).

Tədqiqat situasiyasında yüksələn strategiyaya ehtiyac yaranmasına sosioloji tədqiqatların keçirilməsi praktikasında analizin alçalan strategiyasına (AAS) daha tez – tez rast gəlmək olur. Bu situasiyalarda TA-nın təqdim olunmuş anlayış aparatı xeyli sadələşdirilsə də, yenə də mühüm rol oynamaqdadır. Əsasən anlayışlar arasındakı qarşılıqlı əlaqələrin xarakteri dəyişır. Beləliklə, mətn informasiyasının növlərindən biri üçün keçirilən TA-nın mərhələləri ibarətdir:

 Apriori tipologiyanın qurulması (keçirilməsi). Bu mərhələ analizin alçalan strategiyası (AAS) çərçivəsində birinci mərhələyə analojidir. Tamamlanmamış cümlələr metodunun vasitəsilə stereotiplər, obrazlar öyrənildiyi üçün, onda apriori tipologiyanı təsvir edən tipyaradan əlamətlər kimi individlərin istənilən xarakteristikaları – “obrazlardan” irəli gələn xarakteristikalar istisna olmaqla – xidmət edə bilər.

 “Elementar əsaslandırmaların” göstərilməsi – cümlə sonluqları mətninin bölünməz hissələri.

 “Elementar əsaslandırmalardan”, “elementlərdən” obrazların təsviri üçün faktorlu sindromların formalaşdırılması, onalardan isə eyni faktorlu sindrom daşıyan elementlərin məcmusunu – “kateqoriyaları” formalaşdırmaq. Bir növ ümumiləşdirmələrdən “piramida” qurulur. Bu mərhələ respondentlərin və ekspertlərin iştirakı ilə dəfələrlə təkrarlanır, çünki bu bir növ sona cümlə sonluqları mətnlərinin linqvistik analizidir. Əgər söhbət bir neçə cümlənin eyni zamanda analizindən gedirsə (bizim tərəfimizdən məhz bu hal nəzərdən keçirilmişdi). Situasiya mürəkkəbləşir. Kütləvi sorğularda situasiya bir qədər sadələşir, çünki ayrıca götürülmüş cümlənin sonunda olan “obrazlar” analiz olunur.

 Obyektlərin təsnif olunan məcmusunun formalaşdırılması. Bu mərhələ AES-nın 4-cü bəndinə analojidir, istisna olan yeganə odur ki, öyrənilən obraza münasibətdə bəzi cümlə sonluqlarının irrelevant xarakterdə olmasına görə respondentlərin müəyyən məcmusu üzrə məlumatları çıxarmaq zərurəti yaranır.

 “Tipologiyanın əsası” anlayışının müxtəlif definasiyalarının eyni zamanda daxil edilməsi. Onların müqayisəli analizi.

 Obraz strukturunun xarakteristikalarının (struktur göstəriciləri) daxil etmək. Məsələn, “obrazın” yayğınlıq dərəcəsi, “elementar əsaslandırmaların müxtəlifliyi”, elementlərin iyerarxiyası və s. Əslində söhbət obrazın məntiqi formalizasiyasından gedir.

 Təsnifatlaşdırılmış əlamətlərin formalaşması.

 Təsnifat alqoritminin seçilməsi. TA-nın ilk interpretasiyalarında bir neçə alqoritmi seçməklə eksperimentlər keçirmək məqsədəuyğun hesab olunmur.

 Müxtəlif əsaslar üzrə təsnifatın keçirilməsi.

 Öz aralarında bölünmənin nəticələrini müqayisə etmək və “obrazın nüvəsini” və “periferiyanı” seçib ayırmaq.

 Əsasların eksplikasiyası və yeganə əsasın daxil edilməsinin mümkünlüyünün analizi.

 “Obrazın” struktur göstəricilərinin məcmusunun formalaşması mərhələsinə qayıtmaq, çünki bu məcmu dəyişikliklərə məruz qalmış ola bilər.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin