Dərslik «Çİnar-çAP»


§ 4. Qabiliyyət və istedaä



Yüklə 4,26 Mb.
səhifə134/175
tarix04.01.2022
ölçüsü4,26 Mb.
#52987
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   175
§ 4. Qabiliyyət və istedaä
Müasir psixologiyanın aktual problemləri içərisində istedad problemi xüsusi yer tutur. Bu, hər şeydən əvvəl, onunla bağlıdır ki, qabiliyyətlorin fəaliyyət prosesində qarşılıqlı əlaqəsinin təhlili tokco elmi-nəzəri məsələ deyildir. Onun böyük praktik ohəmiyyoti vardır.

İstcdad dedikdə qabiliyyətlərin bir vo ya bir neçə fəaliyyətin müvəffəqiyyətli icrası üçün sort olan özünoməxsus birliyi nəzərdo tutulur.

Əgər müşahidoçilik, poetik görmo, surət, hiss və hərokot hafızəsi, yaradıcı təxəyyül, obrazlı təfəkkür, lüğət ehtiyatının zonginliyi vo ifadəli dil, söz assosiasiyalarımn zənginliyi kimi müxtəlif qabiliyyotlor ədəbi fəaliyyət daxilindo üzvi surətdə I birloşib onu müvəffəqiyyətlə icra etmoyə imkan verirsə, bu ədəbi I istedaddır. Eyni sözlər istedadın başqa növlərinə də aiddir.

431


Psixologiyada vaxtilə «istedad» termini daha çox tobi imkanlann mocmuyunu ifado edon anlayış kimi do işlodirdilər Lakin psixoloji tədqiqatlar göstərir ki, istedad anlayışını bioloj' kateqoriya kimi nəzərdon keçirdikdə, о, öz mənasını itirir Qabiliyyət vo istedad da insan foaliyyətinin özü kimi ictimai-tari xarakter daşıyır.

Bu və ya digər foaliyyot sahəsinə qabiliyyət və istedad inkişafı, hər şeydən əvvol, insanın ictimai-tarixi inkişaf şəraitin dən, cəmiyyətin maddi həyat şəraitindon asılıdır.

Qabiliyyot və istedad əmok fəaliyyətinin konkret, tarixən inkişaf edon forıııalarından tocrid olunmuş şokildə izah edilə bilmoz. Onlar konkret tarixi dövrdə fəaliyyətin ictimai cəhotdən əhomiyyətli olan hansı növlorinin təşokkül ctmosindən və «foaliyyotin müvoffəqiyyətli icrası» dedikda hansı meyarın başa düşülməsindən tamamilo asılıdır. Bu meyardan asılı olaraq hər hansı bir ictimai quruluşda istcdadın bu və ya digər xüsusi növü haqqındakı anlayışın da mozmunu əhəmiyyətli dərəcədə doyişilir. Mosələn, «musiqi qabiliyyotləri» və ya «musiqi istedadı» anlayışı bir səsli mahnıdan başqa digər musiqi bilməyən xalqlardan forqlı olaraq müasir adamlar üçün başqa məzmuna malikdir.

2. Qabiliyyotlərin ölçülməsi və əqli inkişaf omsalı
Qabiliyyotlor noinki kcyfiyyot, həm do komiyyot baxımından bir-birlorindən fərqlonirlor. Qabiliyyotlorin ölçül-m о s i dedikdə, onlann komiyyot cohətdon xarakterizə olım masını nəzordo tuturlar.

Psixologiya tarixində ölçmə ideyası ilk dofo nolo XVII osrin 30-cu illərindo iroli sürülmüşdü. Psixometriya (yunanca psuxhe ruh. metreo - ölçü dcmokdir) termini do məhz həmin illordo өтөи golmişdir. Bu haqda müxtəlif fılosoflar, tobiotşünaslar vo riyaziyyatçılar torofındon maraqlı fıkirlər iroli sürülsə do, qabiliyyotlərin ölçülmosi sahəsində ilk mühüm addım XIX əsrdn atılmışdır.

XIX osrdə, 60-cı illərin sonu - 70-ci illorin ovvollorindon başlayaraq yeni ekspcrimcntal istiqamətlə yanaşı başqa (Fexncrın tədqiqatlarından forqli olan) bir istiqamot - fərdin psixologiyan sahəsində riyazi mctodlarm tətbiqi istiqamoti do formalaşırdı

432


İngilis alimi Haltonun tədqiqatları həmin sahənin inkişafında mühüm rol oynamışdır.

Halton fərdi fərqlər psixologiyasının banisi hesab olunur. Onun «Talantın irsiliyi» (1869), «İngilis alimləri: onların təbiəti vo tərbiyəsi» (1874), «İnsan qabiliyyotlərinin və onlann inkişafının tədqiqi» (1883) və b. əsərlərində fərdi forqlor psixologiyası ve testlər metodunun bir çox mühüm məsələləri ilk dəfə özünün geniş əksini tapmışdı.

Haltonun bir alim kimi təfokkürü о zaman toşəkkül edon eksperimental - psixoloji istiqamot çərçivəsində formalaşsa da, onu insanlar arasındakı fərdi fərqlorin genetik (irsi) osasları maraq-landırırdı. O, bu məqsodlo ycni eksperimental modellər axtarır, əkizlor metodunu kəşf cdir, əqli keyfıyyətlərin mənşəyini öyrənmək üçün bioqrafık metodla yanaşı anket metodundan istifadə edir, fərdi forqlərin qanunauyğunluqlarını riyazi düsturlarla təsvir etmək üçün yollar axtanrdı. Halton bu sahədə metodik vasitə kimi statistikadan istifadə etdi (o, hələ gənclik illərində müasir statistikanın banilərindən birinin - Belçika alimi A. Keqlenin (1796 - 1874) əsərlərini, xüsusilə onun «Sosial fizika» əsərini öyrən-mişdi).

Halton 1884-cü ildə Londonda Beynəlxalq sağlamlıq sorgi-sində Antropoloji laboratoriya təşkil etdi (sonralar həmin Iabo-ratoriya Cənub Kensinqtan muzeyinə verildi). Qısa müddət ərzində Antropoloji laboratoriyada 10 minə qədor adamın boyu, çəkisi və s. ilo yanaşı olaraq müxtəlif psixoloji xüsusiyyətlori, eləcə də qabiliyyətləri ölçüldü.

Halton özünün Antropoloji laboratoriyasında apanlan sınaqları əqli testlor (ingiliscə test - sınaq deməkdir) adlandırdı. Bütün psixoloji anlayışlardan fərqli olaraq bu tennin Qərb ölkələrindo tezliklə ən kütləvi terminə çevrildi. Kettelin 1890-cı ildə «Mind» jurnalında dorc olunmuş «Əqli testlər və ölçmələn> adlı məqa-ləsindən sonra isə test termini psixologiyada sözün osl mənasında vətondaşlıq hüququ qazandı.

Test metodunun əsas anlayışlarını tarixi planda nəzərdon keçirək.

Kettel Vundtun laboratoriyasında eksperimental metodları öyrənon ilk amerikan alimi idi. Onu daha çox fərdi fərqlor problcmi maraqlandırsa da, Vundt bu məsələyo əhəmiyyət vermirdi. Buna görə do Kettel Leypsiqdəki psixoloji laboratoriyanı tork edib Halto­nun laboratoriyasına gəldi. О, Haltonun fərdi-psixoloji keyfiy-yətləri ölçmək üçün istifadə etdiyi mctodlan, xüsusilə əqli testləri böyük ruh yüksəkliyi ilə qəbul etdi.

Kettel öz məqaləsində yazırdı: «Əgər psixologiya ekspcrimcnt və ölçməyə əsaslanmasa, fızika kimi möhkəm və dəqiq elmo çevrilə bilməz. Bu sahədə əqli testlər seriyasını daha çox fərdləro tətbiq etmək yolu ilə iroli getmok olan>. О, moqalədo əqli testlər mctodunun xalis elmi əhəmiyyotini qeyd ctməklə yanaşı olaraq onun praktik tətbiqi məsələlərinə diqqəti xüsusilo cəlb edirdi.

Kettel nümunə kimi 50 test toklif etdi və ABŞ-a qayıdan kimi onları tətbiq etməyə başladı. Testlər mctodu A3Ş-da başqa psixoloji laboratoriyalann da diqqətini artıq cəlb edirdi. Qısa müddət ərzindo bu sahədo xüsusi olaqələndinnə mərkozləri təşkil etmək zərurəti yarandı. 1895—1896-cı illərdə ABŞ-da testologiya üzro iki milli komitə yaradıldı. Dünyanın müxtəlif ölkələrində A. Bine, Q, Ebbinhauz, V. Ştcrn, E. Torndayk, Q. Myünsterberq, Q. Müller, R. İerks kimi psixoloqlar müxtəlif testlər yaradılmasında fəal iştirak edirdilər. Bir tərəfdən, məktəbin, təbabətin, istehsalatın chtiyaclarını ödəmək üçün tcstlərdən geniş istifado olunurdu, digər tərofdən iso fordi fərqlor haqqındakı məlumatların işlənilməsi texnikası doqiqləşirdi.

XX əsrin əvvəllərində ingilis psixoloqu S p i r m e n (1863 - 1945) ekspcrimental surətdə müəyyən etdi ki, bir neç# intellektual testo görə bu vo ya digər bir adamın aldığı qiymətlor arasında pozitiv (müsbət) korrelyasiya (asılılıq) mövcuddur, уөп! eyni bir adamın müəyyən bir qabiliyyətini (riyazi, ədobi və s .) Ölçmok üçün müxtəlif testlərdən istifado olunsa da, onlaım nəticələri bir-birinə uyğun golir. Bu nə ilə olaqədardır? Spirmenin fıkrincə, hor bir adam üçün ümumi amil - ümumi istedad amili səciyyovidir. Müxtolif testlor arasındakı pozitiv korrelyasiyt da məhz ümumi istedad amilini ifado edir. Spirmen bu amili О amili adlandırırdı. G ingiliscə general (ümumi dcməkdir) sözünün baş hərfıdir. G amil ümumi istcdadın göstəricisi hesab olunurdu Həmin amil bütün fəaliyyot sahələri üçün ümumidir; hər foaliyyet sahəsi üçün bununla yanaşı horn də özünəməxsus amillər (Sl, S.' və s. amillor) səciyyəvidir.

1904-cü ildə Fransada oqli cəhətdən gcri qalan uşaqlafl müəyyon etmək üçün komissiya yaradılmışdı. Komissiyaytı Alfred Bine (1857 - 1911) başçılıq edirdi. О, hələ XIX

434 osrin son illərində, 1896-cı ildə Anri ilo birlikdə fərdin psixologiyası haqqında yazdığı moqalə ilə diqqəti cəlb etmişdi. 1903-cü ildə iso onun öz qızları Armand və Marqcrit üzorindo apardığı tədqiqatları ümumiloşdirən məşhur əsəri - «İntellektin ekspcrimental tədqiqi» monoqrafıyası nəşr olunmuşdu.

İntellekt (intellectus) latın sözüdür: müxtolif dıllordə anlama, dərketmə, başa düşmə, dərrakə, ağıl mənalarında işlənir. Psixologiya elmindo həmin tcrmindən çoxdan istifado olunsa da, o, XIX əsrin sonu - XX əsrin əvvollərində daha geniş məna kəsb etmişdir. XX əsrdə, elmi-texniki inqilabla əlaqədar olaraq insanın idrak foaliyyotinə yüksok təloblərin verildiyi bir şəraitdə intellekt psixologiyanm aktual problemlərindən birinə çevrilmişdir.

Müasir psixologiyada intellektin onlarla tərifı məlumdur. ünların müqayisəli tohlili göstərir ki, ауп-ауп psixoloji məktəb və cərəyanlarda intellekt daha сох: 1) təlimə qabillik (yəni intellekt soviyyəsi yüksək olan adam daha asanlıqla, tez və yaxşı oxuyur); 2) mücorrod simvollarla əməliyyat aparmaq, mühüm əlaqələri başa düşmok və malik olduğu tocrübə əsasında onlara adekvat cavab vermok qabiliyyəti; 3) yeni situasiyaya uyğunlaşmaq qabiliyyəti kimi xarakterizə olunur.

Aydın məsələdir ki, intellektin nəzordon kcçirdiyimiz xarakteristikalan bir-birilə ayrılmaz surətdə bağlıdır. Onlan bir-birindən ayırmaq olmaz. İnsan intellektinin uyğunlaşma funksiyası nə qodər mühüm olsa da, xarici aləmin yaradıcılıqla əks olunması onun osasını toşkil cdir.

İntellektin səviyyəsini песо müəyyən etmək vo ya onu песо ölçmək olar?

XIX osrin sonu - XX əsrin əvvəllorində bu sual psixologiya üçün təkcə praktik ohəmiyyətə malik deyildi. O, birinci növbədə, metodoloji məsələ idi.

A. Bine əqli cəhətdən geri qalan uşaqlar problemini öyronirdi. 0, bu mühüm problemi holl ctmok üçün maraqlı yol göstərdi: A.Bine uşaqlann bilavasito intellektual səviyyəsini ölçməyi, bu məqsədlə uşaqlar tərəfındən müvəffəqiyyətlə həll edilməsi miimkün olan xüsusi tapşırıqlardan istifado etməyi toklif etdi. A. Bine Т. Simon adlı başqa fransız psixoloqu ilə birlikdo müxtolif yaşlı uşaqların diqqotini, hafızəsini, təfəkkürünü və s. öyrənməyə başladı. Bu eksperimentlər osasında yeni tcstlər yaradıldı. Psixologiyada həmin testlor Bine-Simon testləri kimi məlumdur.

XX əsrin əvvəllərində Bine-Simon testləri əqli inkişaf soviyyosini müəyyən ctmək üçün əlverişli vasitə hesab olunurdu. Onların yaranması ilo testologiyada yeni istiqamət əməlo gəlirdi. Bine-Simonun testlərində fərdi forqlər öz-özlüyündə deyil, yaşla əlaqədar surətdə ölçülürdü. Əgər uşaq öz həmyaşıdlannm əksəriyyəti torəfındən yerinə yetirilon tapşırıqları həll edo bilirdisə, o, normal uşaq hesab edilirdi. Lakin bir sıra hallarda həmin tapşırıqlar uşaq üçün ya həddindən artıq asan, ya da çətin olurdu. Bu faktın müəyyən edilməsi vo psixoloji cohotdən təhlil olunması onunla nəticələndi ki, testologiyaya xronoloji yaş CA (ingiliscə - Chronilogucal Age) anlayışı ilə yanaşı yeni anlayışdan ağıl yaşı - MA (ingiliscə Mental Age) anlayışından istifado olunmağa başlanıldı. Onların bir-birinə uyğun golməməsi ya əqli geriliyin (MA SA-dan aşağı olanda), ya da istedadın (MA SA-dan yüksək olanda) göstoricisi hesab olunurdu. 1912-ci ildə V. Ştern onlann nisbətini intellekt əmsalı (ingiliscə - intelligence guoticnt) adlandırdı.

İntellekt əmsalı - LQ aşağıdakı düsturla hesablanır: LQ= MA m

Ağıl yaşı (MA) müvafıq şkalaya görə müəyyən edilir. BcU» şkalalar müxtəlif uşaqlar üzərində apanlmış sınaqlara əsasən tərtifa olunur və testologiya praktikasında oslində normativ göstəricisı kimi istifado edilir, yəni şkalada uşaqların topladığı xala g onların ağıl yaşının песо olduğu göstərilir. İki misalla tanış olaq.

Tutaq ki, Lcylanın xronoloji (pasport) yaşı 10,5, Sevilin 14-diiı Onların hər ikisinə müəyyən testlər toklif edirik: Leyla da, Sevil do 120 xal toplayır. Onlann intellekt əmsalını hesablamaq щ xronoloji yaş ilə yanaşı ağıl yaşı müəyyən olunmalıdır. Bunun üçün şkalaya baxmaq lazımdır: şkalada 120 xal toplamış uşağm ağıl yaşının 11,5 olduğu göstərilir. Həmin göstəricilərə əsasən tcstoloq Leylanın intcllekt əmsalını aşağıdakı kimi hesablayır.

LQ= -^-100=109,5

Sevilin isə intellekt əmsalı aşağıdakı kimi olur: LQ = ^-100=82,1 436

Beləliklo də Leylanın intellekt əmsalı 109,5, Sevilin isə 82,1 olur. Bu о deməkdir ki, Lcyla əqli cəhətdən Sevilə görə daha çox istedadlıdır (testologiya praktikasında LQ - 130-a borabərdirsə, uşaq istedadlı, 180-dan çoxdursa, on istedadlı hesab edilir).

Testoloqlar LQ -in göstəricilərinə xüsusi əhəmiyyət verir və uşağm taleyini ona osasən qeydsiz-şərtsiz həll edirdilor. LQ aşağı olanda uşağı əqli cəhətdən geri qalanlar üçün xüsusi məktəblərə, yüksək olanda isə onu istedadlı uşaqlar üçün məktəblərə göndərirdilər.

İlk baxışda belo təəssürat yaranırdı ki, guya testlər məktəb təcrübəsində, peşəseçmə sahəsində və s.-də meydana çıxan praktik məsələləri empirik yolla deyil, psixologiyanın məlumatları osasında həll etmək imkanı verirdi. Bu əsasda da testologiyaya maraq günü-gündən artırdı. Əvvəlki testlər daha da təkmilləşdirilir vo yeni variantlarda irəli sürülürdü. Yeni sahələri əhatə edən tcstlər əmolə gəlirdi. Fərdi tcstlərlo yanaşı qrup testlərindon də geniş istifado olunurdu (ABŞ-da birinci dünya müharibəsində 1 750 000, ikinci dünya müharibəsində isə toxminən 20 milyon hərbi qulluqçu test sınaqlarından keçirilmişdir).

Müasir psixodiaqnostikada testlərin müxtəlif növlərindən istifado olunur. Onlann içərisindo intellekt testləri, qabiliyyət və ya krcativlik (latınca creatio - yaradılan, yaratmaq deməkdir) testlori, nailiyyət testləri və s. xüsusi yer tutur.

XX əsrdə Qərb psixologiyasında testlərin tətbiqi metodikası təkmilləşdirilmiş, öz-özlüyündə maraqlı olan orijinal testlər yaradılmışdır.

Lakin bəzi testlərin tətbiqindo birtərfliliyə də yol verilmişdi, guya LQ sabit xarakter daşıyır, uşağın yaşı artsa da onda mühüm dəyişikliklər baş vermir, uşağın öz həmyaşıdlanndan geri qalması və ya inkişaf etməsi xarici təsirlərdən və tərbiyədən asılı deyildir. Ağıl yaşı anlayışına da tənqidi yanaşmaq lazımdır. A. Bine və T. Simon həmin anlayışı irəli sürərkən anadangəlmə intellektin spontan surətdə inkişaf etməsi haqqında birtorofli təsovvürləro əsaslanırdılar. Onlar yaş xüsusiyyətlərinə keyfıyyət baxımından dcyil, ancaq kəmiyyət (statistik) cəhətdən yanaşırdılar. İntellckt omsalı isə xalis nisbi göstəricidir: o, bir konkret testin (tapşınğın) icra soviyyosini bəlkə də əks etdirə bilər, uşağın intellcktual xüsusiyyətlərinin ümumi göstəricisi ola bilməz. Umumi istedad dedikdə isə, ümumi qabiliyyotlor və ya qabiliyyotlor üçün ümumi

437 olan cəhətlərin vəhdəti nəzərdə tutulmalıdır. Onlar, bir tərəfdən, xüsusi qabiliyyətlərin formalaşmasının əsasını toşkil cdir, diger tərofdən isə xüsusi qabiliyyətlərin inkişafı ilə şərtlənirlər.

XX əsrin əvvəllərində Rusiyada difcrensial psixologiya başqa istiqamətdə inkişaf edirdi. Rus psixoloqları, xüsusilə A. Ғ. Lazurskı şoxsiyyətin xarakter kimi fordi psixoloji xüsusiyyətlərinə daha çox diqqət yetirirdilər. 1910-cu ildə A. F. Lazurskinin kəşf etdiyi tobii eksperiment mctodu nəinki rus, bütövlükdə dünya psixologiyasmda böyük hadiso idi. Lakin bununla yanaşı Rusiyada da testlərdon geniş istifado olunurdu.

Hal-hazırda ölkəmizdə tcstlərdən ictimai praktikanın müxtolil sahələrində xüsuson ali məktoblorə toləbo qobulu işində gcnis istifado olunur. Bu zaman onların elmi cəhətdon osaslı olmasına xüsusi diqqət yetiımok zəruridir.

3. Şəxsi konstrukt nəzəriyyəsi haqqında
Aqil adamlar axşam göydəki buludlara baxıb sabah yağış yağacağını deyirlər. Donizdə çiməndə ehtiyatlı oluruq: gözümii/ adotən uşaqlarda olur. Ağır şeyi qaldırmaq üçün lingdən istifado edirik....

Onlarla və yüzlərlə bclə həyati hadisələri psixoloji baxımdan təhlil edərkən qarşıya suallar çıxır: песо olur ki, insan hadisələri qabaqcadan görə bilir, özünün vo başqa adamların davranışına

nəzarət edir?

Ümumiyyətlə, insan xarici aləmdə baş veron hadisələri, о cümlədən başqa adamlann və özünün davranışmı песо başa düşm vo izah cdir? Bu vacib məsəloləri həll etmək ücün təkcə intellekt kifayotdirmi?

Psixoloji tədqiqatlar göstərir ki, hər bir adamda dünya vo insan münasibətləri haqqında özünoməxsus təsəvvür və anlayışlar omole gəlir. O, cisim və hadisələri qavrayarkən onları bu baxımdan mənalandırır, şərh edir, yozur və qiymətləndirir. Cisim ve hadisələrin şəxsiyyət torofındon belə şorholunma və ya yozulma tərzi psixologiyada şəxsi konstruktlar adlanır.

Bu fikri psixoloji cəhətdən çox dəqiq ifadə cdən maraqlı bır atalar sözü vardır. Xalq deyir: «Нәг kəs öz arşını ilə ölçür». Əvvela «arşın» sözüno diqqot edək. Arşın - ölçmə, qiymətlondirmo

438 vasitosidir. İkincisi, hər kəsin öz arşını var, yəni homin «arşın» şoxsi xarakter daşıyır («şəxsi konstrukt» anlayışmda «şəxsi» sözünün xüsusi mənası vardır). Nəhayət, bir sualı aydınlaşdıraq: «Нәг kəsin öz arşını» nccə-əmələ golir? Atalar sözlərində adətən belə suallara cavab verilmir. Lakin məsəloyə montiqi cəhətdən yanaşsaq, sualın cavabını tosəvvür etmək asandır: hər adamda dünya vo insan münasibətləri haqqında müəyyən anlayışlar yaranır. O, cisim və hadisələri qavrayarkən bu anlayışlardan «arşın» kimi istifado edir. Bu baxımdan dilimizdə çoxdan işlənən «Нөг kəs öz arşını ilə ölçür» atalar sözü «şoxsi konstrukt» anlayışının mahiyyətini lakonik şəkildə əks ctdirir.

Konstrukt nəzoriyyəsini amerikan psixoloqu C. Kelli 50-ci illorin birinci yansında irəli sürmüşdür. Onun 1955-ci ildə nəşr olunmuş məşhur kitabı da belə adlanır: «Şəxsi konstruktlar psixologiyası».

Kitabın nəşr olunduğu ilo diqqot yetirin: 50-ci illərin əwolləri Amerika psixologiyası üçün çətin dövr idi. Ölkədo hökm sürən antimentalist cərəyanlar, birinci növbədə, biheviorizm və neobiheviorizm aktual psixoloji problemləri öyrənmək imkanı vermirdi. Amerika psixologiyasında bu şəraitdə bir torəfdən şəxsiyyət və şüur problcmlərinə maraq yaranır, digər tərəfdən isə bir çox psixoloqlar «nəzəri uydurmalardan» imtina cdərək xalis totbiqi tədqiqatlar aparmağa başlayırdılar. C. Kcllinin tədqiqatları bu baxımdan Amerika psixologiyasında yeni istiqamət idi. Onun nəzəriyyəsində əsas anlayış - şəxsi konstrukt anlayışıdır. Konstrukt nədir? Konstrukt termini latınca - construere («rusca konstruirovanie») sözündən əmələ gəlmişdir. Construere çoxmənalı sözdür. Burada construere şərhetmə, yozma, başadüşmə, konstrukt iso rcallığı şərhctmə vasitəsi vo ya reallığın şoxsiyyot tərəfındən yozulması mənasında işlənir.

Kellinin fıkrincə, hər bir adam öz-özlüyündo alimdir, tədqiqatçıdır, о qıcıqlara sadəcə olaraq cavab vermir, xarici aləm-dən aldığı informasiyalan monimsoyərkon osaslı forziyyolər irəli sürür, onları təcrübədə yoxlayır, dünya vo insan münasibotlori haqqında özünün «balaca nəzəriyyəsini», şəxsi konstruktlar və ya anlayışlar sistemini yaradır. Biz bu sistcmo müvafıq olaraq hadisəlori qiymətləndirir, öz davranışımızı müoyyən edir, özümü-zə və başqa adamlara sual vcririk. Bu baxımdan konstrukt insanın özü tərəfındən yaradılan, praktikada yoxlanılan, ətraf gerçəkliyi

439 qavramaqda və başa düşməkdə, hadisələri proqnozlaşdırmaqda və qiymətləndirməkdə ona kömək cdən xüsusi subyektiv vasitodir.

Kelli konstrukt anlayışından istifadə etməklə biheviorizmin əsasını təşkil edən vasitəsizlik postulatını özünəməxsus şəkildo aradan qaldırır. D. N. Uznadzcnin nəzəriyyəsində yönəlişlik anla-yışı, S. L. Rubinşteynin nəzəriyyəsində «fəaliyyətin daxili şərtləri» anlayışı hansı rolu oynayırsa, onun nəzəriyyəsində də konstrııkı anlayışı həmin rolu oynayır. Başqa sözlə, Kellinin fıkrincə, insan xarici aləmi bilavasitə deyil, dolayısı ilə konstnıktlar vasitosib qavrayır, yəni o, insanın psixi həyatmı bixevioristlər kimi S-R düsturu ilə deyil S-K-R düsturu ilə izah edir (Burada К - konstrukt anlayışını ifadə edir).

Qeyd ctdiyimiz anlayışlar (yönəlişlik, fəaliyyətin daxili şərtləri və şəxsi konstruktlar) müəyyən xüsusiyyətlərə görə bir-birlərindən fərqlənirlor. Onlardan һөг birinin öz evristik тәпам vardır. Lakin nəzərə almaq lazımdır ki, həmin anlayışlar həlo psixologiyada müqayisəli şəkildə təhlil edilməmiş və sistemli yanaşma baxımından onlardan hor birinin insanın psixi həyatında oynadığı spesifık rol öyrənilməmişdir.

Kellinin fıkrincə, insanın reaksiyalarını sadəcə olaraq müşa-hido etməklə ona səmərəli təsir göstərmək olmaz. Bunun üçün onun şəxsi konstruktlarını - dünya haqqındakı nöqteyi-nəzərinı öyrənmək lazımdır. Psixologiyanın osas vəzifələrindon biri moh/. şəxsiyyətin daxili aləminə, onun dünya, özünün sosial əhatəsi, özü haqqındakı təsəvvürlər sistemino nüruz etmokdon ibarotdir. O, konstrukt nəzəriyyəsinin əhəmiyyətini do, birinci növbod.». bununla izah cdirdi. Qarşıya sual çıxırdı: şəxsiyyətin daxili aləmin.» песо nüfuz ctmok olar? Kelli bu mühüm mosoloni moharətlə ҺЫ\ cdib şəxsiyyəti öyrənmək üçün yeni metod - repertuar şobəko metodunu yaratdı.

Metodun adına diqqət yetirin: burada repertuar sözünün do, şəbəkə sözünün də öz evristik mənası vardır.

Repcrtuar fransız sözü olub aşağıdakı mənaları ifadə edir: 1) hər hansı bir teatrda tamaşaya qoyulan əsərlərin məcmusu; 2) bir aktyorun ifa ctdiyi rollann, müğənninin oxuduğu vo ya çalğıçının çaldığı havaların məcmusu. Kelli repertuar sözünü, demok olar ki, 2-ci mənada - insanın həyatda ifadə etdiyi rolların mocmusu mənasında işlədir. Kcllinin təcrübələrində iştirak edon bu və ya digər adama şəbəkə formalı blank (metodun adında

440 çebəkə sözü buradan əmələ gəlmişdir) və «rol siyahısı» adlanan bedvol (bax: cədvəl 7 və 8) verilir (rol siyahısına 22 tanış adam-ana, ata, qardaş, bacı, arvad, ər və s. daxil edilmişdir). Təcrübədo ıştirak edən adam müvafıq qrafada, məsələn, 1-ci qrafada - öz Bdını, 2-cidə -anasının (və ya analığının), 3-cüdə - atasının (və ya Btaliğımn) adını qeyd edir. Bu qayda ilo blankda rol siyahısına uyğun olaraq 22 adamm adı göstərilir. Cədvəl 7-dən göründüyü kimi, hor qrafada müəyyən adamlann qarşısında dairə işarələri çəkilmişdir. Eksperimentator tocrübədə iştirak edən adama deyir:

- 1-ci qrafada dairo ilə üç adam qeyd olunmuşdur. Onlardan ikisi hansı xüsusiyyətlərə görə bir-birinə oxşayır və üçüncü adamdan fərqlənirlər. (Təcrübədə iştirak edon adam - kimi bir-birinə oxşar hesab cdirsə, 1-ci qrafadakı müvafıq iki dairəyə xətt çəkir, üçüncü dairə boş qalır.)

Bundan sonra ona təklif olunur ki: 1) onlann hansı xüsusiyyətə görə bir-birinə oxşadığını və; 2) üçüncü adamm onlardan no ilo fərqləndiyini qeyd etsin. Bu sözlər həmin adamın şəxsi kons-truktları kimi qiymotləndirilir. Şəbəkənin digər qrafalan da bu qayda ilə doldurulur.

Elm tarixindən bilirik ki, nəzəriyyə və metod bir-birilə ayrılmaz surətdə bağlıdır. Lakin bununla belə qeyd etmək lazımdır ki, Kcllinin nəzəriyyə və metodunun taleyi eyni olmamışdır: onun metodu nozəriyyəsinə nisbətən daha məşhurdur və xarici ölkələr-də geniş istifado olunur. Son 20 ildə repertuar şəbəkə metodu müxtəlif psixoloqlar tərəfındən nəinki təkmilləşdirilmiş, həm də onun yeni variantları işlənilmişdir.

Kelli göstərirdi ki, şəxsi konstruktlar bipolyar (iki qütblü) xarakter daşıyır. Eybəcər-gözəl, xəsis-səxavətli, kcçmiş-kələcək və s. kimi konstruktlar buna misal ola bilər. O, bclə hcsab edirdi ki, biz həmişə nəyi iso təsdiq edəndə, eyni zamanda nəyi isə inkar edirik. Biz «Məmməd düz adamdın> deyəndə, nəzərdə tuturuq ki, o, fırıldaqçı deyil. İnsan əks qütbü özü üçün çox vaxt aydın müəyyən etmir, lakin o, ətraf gerçəklikdə məna axtararkon, oxşar və fərqli cəhətləri eyni vaxtda görür. Bu mənada həyr bir konstrukt referent (yəni məlumat verən) oxdur: biz onun vasitəsilə şəxsiy-yətin nəyi müsbət vo ya mənfı, nəyi oxşar vo ya fərqli hesab etməsi haqqında məlumat əldə edirik. Bu ilk baxışda sadə görünsə də, əslində son dərəcə mürəkkəb məsələdir. Çünki insan hadisələri qavrayarkən və qiymətləndirərkon eyni vaxtda bir neçə parametri

441 nəzərə ala bilər. Tutaq ki, A. V-ni ancaq yaxşı adam kimi qiymel* ləndirir. B. isə V.-nin yaxşı xüsusiyyətləri ilə yanaşı mənj xüsusiyyətlərini də görür. Bundan asılı olaraq A.-ya nisbətən И nin şəxsi konstruktlar sistemi daha mürəkkəb xarakter daşıuı Müəyyən edilmişdir ki, bu, şəxsi konstruktlan xarakterizə etmek üçün mühüm əhəmiyyəto malik olan, göstoricilordon biridiı Həmin göstərici «koqnitiv çətinlik» adlanır.

Adamların şəxsi konstruktlar sistemi öz səviyyəsinə göro bir-birindən fərqlənirlər. Bəzi adamların şəxsi konstruktlar sistemi sadə, bəzilərinin nisbətən mürəkkəb, bəzilərininki iso mürəkkeb xarakter daşıyır. Əgər hər hansı bir adam hadisəlori qiymotlon-dirərkən eyni vaxtda bir neçə göstoricini nəzəro alırsa, oıuııı konstruktlar sistemi çoxlu miqdarda bir-birilə əlaqədə olan ümumiləşmiş konstruktlan əhatə edirsə, belo konstruktlar koqnitıv baxımdan mürəkkəb konstruktlar hcsab olunurlar. Mürəkkeb konstruktlar sisteminə malik olan adamlar başqalarınm davranısmı dəqiq və diferensial surotdə qiymətləndirirlər.


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin