Elçilər Romadan Yəhudeyaya qayıdırlar
15 Bu vaxt Numeni və onunla olanlar
padşahlara və ölkələrə yazılmış
məktublarla Romadan qayıtdılar.
Məktublarda
bunlar
yazılmışdı:
16 «Romalıların konsulu Levkidən padşah
Ptolemeyə salamlar! 17 Baş kahin Şimon
və Yəhudi camaatı tərəfindən göndərilmiş,
dostlarımız və müttəfiqlərimiz olan Yəhudi
elçiləri əvvəlki dostluq və ittifaqı bərpa
etmək üçün yanımıza gəldilər. 18 Çəkisi
min mina olan bir qızıl qalxan gətirdilər.
19 Biz də niyyət edərək padşahlara və
ölkələrə yazdıq ki, onlara zərər
vurmasınlar, onlarla, şəhərləri ilə və
ölkələri ilə müharibə etməsinlər, onlarla
müharibə edənlərə müttəfiq olmasınlar.
20 Gətirdikləri qalxanı qəbul etməyə qərar
verdik. 21 Belə ki onların ölkəsindən
yaramaz adamlar sizə qaçıb sığınmışsa, öz
qanunları ilə cəzalandırsın deyə onları baş
kahin Şimona təslim edin». 22 Konsul
bunları həmçinin padşah Dimitriyə, Attala,
Ariarata və Arşaka yazdı. 23 Bütün
ölkələrə, Sampsama, Spartalılara, Delosa,
Mində, Sikiona, Kariyaya, Samosa,
Pamfilyaya, Likiyaya, Halikarnasa,
Rodosa, Fasilidaya, Kosa, Sidaya, Arada,
Qortinə, Knidaya, Kiprə və Kireneyə
göndərdi. 24 Bunların bir surətini də baş
kahin Şimona yazdılar.
Dostları ilə paylaş: |