Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə134/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   130   131   132   133   134   135   136   137   ...   304
Barux

Yəhuda Makkabinin üsyanı
1 Bu arada Yəhuda Makkabi və yoldaşları
gizlicə   keçib   kəndlərə   gəldilər,
qohumlarını   bir   yerə   çağırdılar.   Yəhudi
dininə   sadiq   qalanları   cəlb   edərək
təxminən   altı   min   adam   topladılar.
2 Hamının tapdaq altına saldığı xalqa nəzər
salması   üçün   Rəbbə   yalvardılar.   Ondan
istədilər   ki,   dinsiz   adamların
müqəddəsliyini   pozduğu   məbədə   rəhm
etsin,   3 viranəyə   dönən   və   az   qala   yerlə
yeksan   olan   şəhərə   mərhəmət   göstərsin,
tökülən   qanların   Ona   qalxan   fəryadını
eşitsin, 4 günahsız körpələrin haqsızcasına
məhv edilməsini, Öz adına edilən küfrləri
yada   salsın   və   şərə   nifrətini   göstərsin.
5 Makkabi   öz   qoşununu   yığan   kimi
bütpərəstlər   üçün   məğlubedilməz   oldu,
çünki   Rəbbin   qəzəbi   mərhəmətə
çevrilmişdi.   6 O,   şəhər   və   kəndlərə
gözlənilmədən   hücum   edərək   onları
yandırdı   və   əlverişli   mövqelər   tutaraq
düşmənləri bir cox halda qaçmağa məcbur
etdi. 7 Bu cəhdlərə kömək məqsədi ilə o
əsasən   gecə   vaxtını   seçirdi.   Onun
igidliyinin sədası hər tərəfə yayılmışdı.
8 Yerusəlimi   idarə   edən   Filip   bu   adamın
yavaş-yavaş gücləndiyini və getdikcə daha
tez-tez   uğur   qazandığını   görəndə   Koyle-
Suriya   və   Finikiyanın   hərbi   valisi
Ptolemeyə   yazdı   ki,   padşahın
əməliyyatlarına   kömək   etsin.   9 Ptolemey
də padşahın ən ilkin dostlarından biri olan
Patroklun oğlu Nikanoru bu işə təyin etdi
və   onu   müxtəlif   millətlərdən   təşkil
olunmuş iyirmi min nəfərdən az olmayan
bir qoşunun başında bütün Yəhudi nəslinin
kökünü   kəsmək   məqsədi   ilə   göndərdi.
Sərkərdə   və   hərbi   işlərdə   təcrübəsi   olan
Qorgiyanı   da   ona   qoşdu.   10 Nikanor
padşahın Romalılara verdiyi iki min talant
borcunu   əsir   tutulan   Yəhudiləri   köləliyə
satmaqdan əldə etməyi nəzərdə tutmuşdu.
11 Buna   görə   də   təcili   olaraq   dəniz
sahilindəki şəhərlərə adam göndərib onlara
Yəhudi   qullarını   satın   almağı   təklif   etdi.
Bir   talant   əvəzində   doxsan   adam   güzəşt
etməyə   söz   verdi.   Amma   onu   təqib
etməkdə olan Külli-İxtiyarın mühakiməsini
gözləmirdi.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin