Deuterokanonik kitabları Yoxlama versiyası


Yəhudilərə Antioxun məktubu



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə139/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   135   136   137   138   139   140   141   142   ...   304
Barux

Yəhudilərə Antioxun məktubu
18 Allahın haqlı mühakiməsi onun üzərinə
gəldiyindən   Antioxun   ağrıları   heç   cür
dayanmırdı. Onda o, bütün ümidini itirərək
Yəhudilərə   yalvarış  şəklində   bu   məktubu
yazdı; məktubun məzmunu belə idi:
103


19 «Ləyaqətli   Yəhudi   vətəndaşlarına
padşah və baş komandan Antioxdan çoxlu
salam, salamatlıq və uğur olsun! 20 Əgər
siz   uşaqlarınızla   birgə   yaxşısınızsa   və
işləriniz   öz   istəyinizə   görə   gedirsə,
məmnunam, belə ki mənim ümidim Allaha
qalıb. 21 Mən həssaslıqla sizin hörmət və
rəğbətinizi   xatırlayıram.   Fars   torpağından
qayıdanda   narahatlıq   gətirən   xəstəliklə
üzləşdim   və   hamının   təhlükəsizliyi   üçün
bəzi   tədbirlər   görməyi   düşündüm.
22 Özüm   üçün   ümidsiz   deyiləm,   çünki
xəstəlikdən qurtarmağa böyük ümidim var.
23 Lakin   mən   gördüm   ki,   atam   yuxarı
ölkələrlə   döyüşdüyü   zaman   vərəsə   təyin
edərdi.   24 Ona   görə   ki   gözlənilməz   bir
hadisə  baş  verdikdə,  yaxud  həyəcanlı  bir
xəbər eşidildikdə ölkənin sakinləri narahat
olmasın   və   işlərin   kimin   öhdəsinə
buraxıldığını   bilsin.   25 Bundan   başqa,
hüdudlarda   olan   hökmranların   və
padşahlığımızın   qonşularının   fürsət
axtardıglarını   və   nələrin   baş   verəcəyini
görmək   üçün   gözlədiklərini   bilirəm.   Bu
səbəbdən   oğlum   Antioxu   padşah   təyin
edirəm;   mən   tələsik   yuxarı   vilayətlərə
getdiyim   zaman   onu   sizlərdən   çoxuna
tapşırar   və   sizi   təklif   edərdim.   Burada
yazdıqlarımı   ona   da   yazdım.   26 Beləcə,
sizi   özünüzə   göstərilən   ümumi  və  xüsusi
xeyirxahlıqları   yada   salmağa   çağırır   və
bunu xahiş edirəm. Hər birinizin mənə və
oğluma   münasibətdə   xoş   niyyətinizi
saxlamağınızı   istəyirəm.   27 Mən   əminəm
ki,   oğlum   sizə   mülayimlik   və
insanpərvərliklə   yanaşmaqda   mənim
siyasətimi davam etdirəcək».
28 Beləcə, bu qatil və küfr danışan adam
başqalarına   çəkdirdiyi   qədər   dəhşətli
əzablar   içində   qərib   diyarda   dağlar
arasında acınacaqlı tale ilə öz həyatını başa
vurdu. 29 Onunla birgə tərbiyə alan Filip
onun   cəsədini   götürüb   apardı.   Filip
Antioxun   oğlundan   ehtiyat   etdiyi   üçün
Misirə,   Ptolomey   Filometorun   yanına
köçüb getdi.
10

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin