edib Timoteyin qalada qoyub getdiyi on
mindən çox adamı öldürdülər. 20 Onda
Makkabi öz ordusunu dəstələrə ayıraraq
onları bu dəstələrin üzərində başçı qoydu
və özü Timoteyin ardınca tələsdi;
Timoteylə birgə yüz iyirmi min piyada və
iki min beş yüz süvari var idi.
21 Yəhudanın yaxınlaşdığını öyrənəndə
Timotey qadınları, uşaqları və digər ev
əşyalarını Karnion adlı bir yerə göndərdi.
Çünki oranı mühasirəyə almaq çətin idi;
ətrafdakı bütün yollar çox dar olduğundan
o yer çətin keçilə bilirdi.
22 Amma Yəhudanın ilk bölüyü görünəndə
düşmən qorxuya düşdü. Hər Şeyi Görən
Allahın təzahüründən onlar dəhşətə
gəldilər: o tərəf-bu tərəfə cumaraq
qaçmağa üz qoydular, belə ki onların çoxu
öz adamlarının qılınclarının iti ucları ilə
vurulub yaralandı. 23 Yəhuda əzmlə onları
təqib etdi və təqsirkarları qılıncdan keçirdi,
otuz minə qədər adamı öldürdü.
24 Dositeylə Sosipaterin əlinə düşən
Timotey böyük hiyləgərlik edərək onu sağ
buraxmalarını istədi, çünki onlardan
çoxunun ailəsinin, bəzilərinin də
qardaşlarının onun əlində olduğunu söylədi
və onun başına bir iş gələrsə, onlara da
rəhm olunmayacağını bildirdi. 25 Nəhayət,
Timotey qohumlarını sağ-salamat
buraxacağına
onları
dönə-dönə
inandırdıqdan sonra onlar qardaşlarının
xilas olması naminə onun getməsinə izin
verdilər.
26 Sonra Yəhuda Karniona və Aterqat
məbədinə hücum edib iyirmi beş min
adamı öldürdü.
Dostları ilə paylaş: